Məhkəmə qərarları › İş №e-2(001)-5995/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5995/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5995/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 aprel 2023-cü il təvəllüdlü X3 doğulduğu gündən bu aya qədər olan 1100 AZN olmaqla yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 AZN aliment məbləğinin və uşaqa baxılması məqsədilə digər xərclər üçün 150 AZN müavinətin tutulması ilə yanaşı məhkəmə (mediasiya) xərclərinin də cavadeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbini dəqiqləşdirməklə, cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X3 doğulduğu gündən bu aya qədər olan 1100 manat, yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat aliment məbləğinin və uşağın 3 yaşına çatanadək saxlanılması üçün onun xeyrinə 150 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı rəsmi qaydada pozulmamış və birgə nikahdan 10 aprel 2023-cü il təvəllüdlü Əsədov Onur adlı bir uşaqları vardır. Cavabdeh heç bir səbəb olmadan uşaq bətnində olarkən ailəsinin təzyiqi ilə onları atmış, həmin vaxtdan heç bir maddi köməklik göstərməmişdir. Uşağın doğum daxil bütün xərclərini özü qarşılamışdır. Hazırda işsiz olduğuna görə uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4 maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.Həmin Məcəllənin 76.1 maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Cavabdehin heç bir gəliri olmadığından alimentin sabit pul məbləğində yaşayış minimumuna uyğun olaraq hər ay üçün 220 AZN hesablanmasını və işsizliyindən dolayı heç bir gəlirinin olmamasını əsas tutaraq uşağın 3 yaşına qədər əlavə olaraq 150 AZN müavinət də tələb edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin dekabr ayından cavabdehlə faktiki olaraq ayrıdırlar. Uşaq doğulan tarixən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxta kimi keçən dövrü üçün ödənilməli olan 1100 manat alimenti tələb edir. Həmçinin ilk dəfə xx.xx.2023-cü il tarixində aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Mediasiya mərhələsində isə may ayında keçmişdir. Uşağın doğum xərci daxil olmaqla, doğulan gündən uşağın saxlanmasına öz atası dəstək olur. Cavabdeh işsizdir. İşləyib-işləməməsi barədə məlumatı yoxdur. Lakin ailənin icarəyə verdiyi obyek sayəsində aylıq 7000 manat gəlirləri var.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir Cavabdeh 10 aprel 2023-cü il təvəllüdlü X3 doğulduğu gündən oktyabr ayınadək olan 1100 manat olmaqla yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat aliment məbləğinin tutulması və uşağın 3 yaşına çatanadək onun xeyrinə 150 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Birinci dəfə bu ilin avqust ayında məhkəməyə müraciət etmiş, lakin məhkəmənin digər hakiminin təkidi ilə iddia ərizəsini geri götürmüşdür. Belə ki, hakim ona məzuniyyətə çıxacağından işin icraatının uzanmamasına görə yenidən məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bu səbəbdən iddia ərizəsini geri götürərək sentyabr ayında yenidən məhkəməyə müraciət etmişdir. 2022-ci ilin dekabr ayından cavabdehlə ayrı yaşayır. Cavabdeh bugünədək heç bir maddi yardım göstərməmişdir. Bu ilin aprel ayından etibarən 5 ay müddətinə yəni bu ilin sentyabr ayınadək 1100 manat tələb edir.

6. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, AZ-T seriyalı, 055136 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında 12 iyun 2022-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1512 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əsədov”, arvada isə “Əsədova” soyadı verilmişdir.

8. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 18 aprel 2023-cü il tarixli, AZ-İV seriyalı, 872818 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 aprel 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 18 aprel 2023-cü il tarixində 1560 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.

9. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli MŞB/2-03003/2023 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində keçirilmiş mediasiya prosesində iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. X5 mediasiya prosesində iştirak etməmişdir.

10. “Azemis” Elektron Məhkəmə sistemindən iddiaçı ilə bağlı əlaqəli məhkəmə işlərinin sorğulanmasından görünür ki, iddiaçı ilk dəfə aliment tələbi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixində öz ərizəsi ilə iddia ərizəsini hazırlıq iclasından geri qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5061/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi hazırlıq iclasından geri qaytarılmışdır. İddiaçı hazırki iddia tələbi ilə isə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. Cavabdeh ilə X1 arasında 12 iyun 2022-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1512 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əsədov”, arvada isə “Əsədova” soyadı verilmişdir. Tərəlfərin birgə nikahlarından 10 aprel 2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, hal-hazırda birlikdə yaşamırlar. Uşaq faktiki olaraq ananın himayəsindədir.

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hər ay 220 manat məbləğində alimentin və uşaq 3 yaşına çatanadək arvadın xeyrinə 150 manat alimentin tutulmasını xahiş edir.

13. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş iddiaya dair münasibətini bildirməmişdir.

14. İddiaçı ilk dəfə aliment tələbi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixində iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmış və xx.xx.2023-cü il tarixində yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk dəfə alimentin tutulması barədə iddia ərizəsini hakimin məzuniyyətə çıxmasına görə geri götürmüşdür. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

16. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

25. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaq halhazırda iddiaçının, yəni ananın himayəsində olduğundan, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.

26. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumumu haqqında tələbləri nəzərə alaraq hesab edir ki, 10 aprel 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

27. Alimentin əvvəlki dövr üçün tutulması ilə bağlı tələbə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır.

28. Belə ki, Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

29. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi aliment əvvəlki dövr üçün o zaman tutula bilər ki, iddiaçı buna qədər aliment almaq üçün tədbirlər görməli və görülən tədbirlərə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən yayınmalıdır.

30. İşin müəyyən edilmiş hallarından görünür ki, 2022-ci ilin dekabr ayından cavabdehlə ayrı yaşadığına istinad etsə də, iddiaçının alimentin alınması ilə bağlı gördüyü real tədbir xx.xx.2023-cü il tarixdə ilk dəfə məhkəməyə müraciət etməsi olmuşdur. Hansı ki, həmin vaxt cavabdeh iddiaçının aliment tələb etdiyini bilmiş, uşağın saxlanılmasında iştirak etmədiyindən agah olmuş və uşağın saxlanılmasında iştirak etməkdən yayınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

31. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

33. 85.2 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;

34. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

35. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır.

36. Məhkəmə tərəflərin uzun müddət faktiki olaraq ayrı yaşamasını, uşağın körpə olmasını və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu, uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğini nəzərə alaraq hesab edir ki, uşağın 3 yaşına çatanadək arvadın xeyrinə tutulmalı olan alimentin məbləği hər ay üçün 80 manat məbləğində müəyyən edilməlidir. Belə ki, cavabdeh iddia ərizəsini rəsmi qaydada almış və tələb edilən aliment məbləğindən xəbərdar olmuşdur, buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə dair yazılı və ya şifahi etiraz verməmişdir. Odur ki, tələbin alimentlə bağlı olduğunu və iddiaçının faktiki ayrı yaşayan ərinin gəlirləri ilə bağlı sübut təqdim etməsinin çətinliyini nəzərə alaraq məhkəmə hesab edir ki, qətnamə ilə müəyyən edilən alimentin miqdarı Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinin tələbi və sübutetmə yükünün bölgüsü baxımından işin hallarına və tərəflərin mənafeyinə uyğundur.

37. Aliment isə məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan arvadın xeyrinə tutulan aliment xx.xx.2023-cü il tarixindən hesablanmalıdır.

38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

39. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

44. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

45. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

46. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

47. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:

48. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 aprel 2023cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, 10 aprel 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

49. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 46,4(220X12=2460- 1000=1460X0.1%+30=46,4) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. 10 aprel 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 10 aprel 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsiin. İddiaçının ödəməkdən azad edildiyi 46,4 (qırx alt manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar