Məhkəmə qərarları › İş №e-2(001)-6031/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6031/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6031/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə nikahlarından olan 05 oktyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2020-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin, hüquqi yardıma görə ödədiyi 100 manatın və mediasiya xərci kimi ödədiyi 60 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələri təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında göstərdi ki, tərəflər arasındakı nikah pozularkən iddiaçı cavabdehdən uşaqların saxlanması üçün aliment tələb etməmişdir. Hazırda iddiaçı alimentin rəsmi qaydada tutulmasını istəyir, həm də cavabdehin verdiyi pulla uşaqların maddi tələbatlarını qarşılamaq çətin olduğundan, alimentin miqdarının hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Sonda nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, iddiaya münasibətini bildirməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 05 oktyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2020-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(001)- 2500/2024 saylı qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan 05 oktyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2020-ci il təvəllüdlü X3 adlı uşaqların anaları İddiaçı yanında qalmaları qərara alınmışdır. 22 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat ödəniş edilmişdir. AZEMİS elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir, lakin xx.xx.2019-cu ildən aktiv VÖENə malik olmaqla avtomobillərin daşınması üzrə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. AZEMİS elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh himayəsində iddiaçı ilə birgə nikahdan olan uşaqlardan başqa xx.xx.2013-cü il təvəllüdlü X4 adlı övladı var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, təhsilləri, geyimləri ilə bağlı xərci, istirahət vaxtlarının səmərəli təşkil edilməsinin zəruriliyini, habelə, cavabdehin hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində aliment ödəmə qabiliyyətinin olmasına dair iddiaçı tərəfin məhkəməyə hər hansı sübut təqdim etmədiyini, “Elektron məhkəmə”informasiya sistemindən əldə edilmiş məlumatlarla isə cavabdehin rəsmi iş yerinin olmadığını, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, həmçinin yaşayış minimumu haqqında normaları və dövlətin hər yeni il üzrə mövcud normaların artıma doğru istiqamətlənən mövqeyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün alimentin məbləği hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində müəyyən olunmalı, beləliklə iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 6000 manat təşkil etdiyinə və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 80 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutulmasına münasibətdə isə, tələbin qismən, 50 manat hissəsində təmin olunmasını məhkəmə ağlabatan hesab edir. Belə olan halda, şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. 05 oktyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2020-ci il təvəllüdlü X3 adlı uşaqların 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, vəkilin göstərdiyi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar