Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6078/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində aliment tutularaq ona ödənilməsi, cavabdehlə birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X3 əlillikləri ilə əlaqədar əlavə hər ay hər uşaq üçün 80 manat olmaqla cavabdehdən ümumilikdə 160 manat məbləğində əlavə aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh ilə qeyrirəsmi nikah münasibətində olmuşdur. Bu münasibətdən 2 övladı - xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Bu faktı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr və doğum haqqında şəhadətnamələr də tam olaraq sübut edir ki, hər iki uşağın atası xx.xx.1967-ci il təvəllüdlü Cavabdehdur. Bunu təsdiq edən sənədləri də, iddia ərizəsinə əlavə edir. Uzun bir müddət cavabdeh ilə yaxşı ailə münasibətləri olsa da, bu münasibətlər sonradan çox pisləşmişdir. Ailə münasibətləri yoxdur. Cavabdeh ona və övladlarına şiddət göstərmişdir. Onu döyərək fiziki zorakılıq göstərmişdir. Cavabdeh müxtəlif səbəblərə görə ona və övladlarına dəfələrlə şiddət göstərmişdir. Buna görə artıq heç bir qarşılıqlı münasibəti qalmamışdır və uşaqlarına da özü tək başına baxır. Yuxarda göstərdiyi hallar artıq davamlı və təhlükəli halaldığından, Abşeron Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 30 günlük qısamüddətli mühafizə orderi verilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, maddi vəziyyətləri çox ağırdır. O, övladlarına özü baxır. Cavabdeh heç bir maddi yardım göstərmir. Əksinə, onları daha da sıxıntıda qoyur. Onları həm maddi, həm də fiziki zorakılığa məruz qoyur. O, həm evin xərclərini, həm uşaqların xərclərini, həm də qida və kommunal xərclərini öz gəliri ilə idarə edir. Bütün bu səbəblərə görə cavabdehdən övladlarının saxlanılması üçün hər ay aliment tutularaq ona ödənilməsinə ehtiyac vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. 2023-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində aliment tutularaq mənə ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd edir ki, övladlarının hər ikisi 1-ci dərəcəli əlildirlər. Qızı - X2-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə əsasən ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. Oğlu - X7 isə ağır dərəcəliəqli gerilik və nitq artikulyasiyasının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Buna görə də, övladlarının daima ciddi qulluğa və müalicəyə ehtiyacları vardır. Bütün bunlar isə böyük xərc tələb edir və hər birini həll etməyə çalışsa da, bu qeyri-mümkündür. Həm onlara baxmalı, yanlarında olub qulluq etməli, həm də işləyib pul qazanmalı olur. Bu isə çox çətindir. Uşaqların hər ikisinin 1-ci qrup əlilliyi olsa da, cavabdeh uşaqların xəstəliyinə görə heç bir maddi yardım göstərmir, hətta onlarla maraqlanmamışdır. Bütün bunlara əsasən də, Cavabdeh övladlarının müalicəsinə və qulluğuna görə də əlavəhər ay hər uşaq üçün 80 manat olmaqla cavabdehdən ümumilikdə 160 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 2 aya yaxındır ki, kirayə qalır. Cavabdeh isə ailəsi və uşaqları ilə maraqlanmır. Əvvəlki evlərində uşaqlar həyətə çıxa bilsələr də, bu evdə evdən bayıra çıxa bilmirlər. Uşaqları məktəbə taksi ilə aparır. Lakin taksilərə 20-50 manat xərci çıxır. Dövlət tərəfindən verilən vəsait onun xərclərini qarşılamır. Məktəbdə adi bir müəllimdir. Başqa gəliri yoxdur. Cavabdehin əvvəllər mağazası olanda dolanışıqları yaxşı olmuşdur. Son 3 ildə isə cavabdeh işə getməmiş, evdən işləmiş və uşaqlara baxmışdır. Kommunal ödənişləri cavabdeh ödəsə də, uşaqların bütün xərclərini özü qarşılamışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, uşaqlar üçün ödənilən yardım onlara ilkin tibbi xidmətin göstərilməsinə ancaq kifayət edir. Cavabdehin kifayət qədər gəlirə mlaik olması barədə onda məlumat yoxdur və bu barədə məhkəməyə sübut təqdim edə bilmir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh onu və uşaqlarını iki həftədən artıqdır ki, evdən çıxardıb. Hazırda uşaqlarla kirayədə qalır. Cavabdeh uşaqları ilə maraqlanmır. Uşaqlar hər ikisi ağır xəstədirlər. Qızı serebral iflic xəstəliyindən, oğlu isə ağır dərəcəli autizm xəstəliyindən əziyyət çəkir. Oğlu dərmansız qala bilmir. Oğlunun dərmanının birinin qiyməti 100 manatdır. Qızı isə yemək yeyə bilmir, ancaq sıyıq yeyir və qiyməti 7 manat təşkil edir. Uşaqları psixoloqa aparır. Bundan başqa məktəbdə müəllimə işləyir və işi bitdikdən sonra uşaq hazırlaşdırır. Onun iş qrafiki səhər saat 08:00-dan günorta saat 16:00-dəkdir. Cavabeh dəfələrlə ona qarşı fiziki zor tətbiq edib. Bu barədə hətta ekspert rəyi də var. Cavabdeh uşaqlara dayə tutmağa icazə vermir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əvvəllər maddi durumu kifayət qədər yaxşı olmuşdur. Hətta uşaqların saxlanmasına ayda 4000-5000 manat pul xərcləmişdir. Hətta qızı xəstə doğulduğundan onu xəstəxanadan çıxaranda 40000 manatdan çox pul xərcləmişdir. İddiaçının məqsədi uşaqları saxlamaq deyil. Uşaqlardan istifadə edib pul qazanmaqdır. Yoxsa özünə bahalı alış-verişlər etməzdi. Hazırda ayda 200-300 manat pul qazanır. Özünün Vöen-i var və satışla məşğul olur. Yaxşı halda aya 390-400 manat pul qazanır. Uşaqların hər birinə dövlət tərəfindən 270 manat pensiya, 50 manat yol xərci, 100 manat baxım xərci verilir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabeh izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar yalandır. Ailəsini bugünədək özü saxlamışdır. Lakin 3 ildir ki, işsizdir. Əvvəllər ehtiyat hissələrinin satışı ilə məşğul idi. Mağazasını banka girova qoyub kredit götürmüşdür. Krediti ödəyə bilmədiyi üçün bank mağazasını əlindən almışdır. Hazırda mağazada qalan ehtiyat hissələrini satır və arabir taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı hər iki uşağa görə hər ay 270 manat və uşaqlara baxmağa görə isə özü 100 manat müavinət alır. Bundan başqa iddiaçı uşaqları ilə maraqlanmır. İddiaçı məktəbdə müəllimə işləyir və səhər saat 08:00-dan axşam saat 20:00-dək işdə olur. O, iddiaçını evdən qovmamışdır İddiaçı özü evdən çıxmışdır. Evi özü tikmiş, lakin bankla mübahisəsi olan ərəfədə evi iddiaçıya bağışlamaqla onun adına keçirtmişdir. Onun hazırda imkanı yoxdur. İddiaçı uşaqlara heçnə almır. İddiaçı bahalı dükanlardan alış-veriş edir. Dəfələrlə bu barədə iddiaçıya irad tutsa da heç bir nəticəsi olmamışdır. O, 8 il uşaqların bütün xərclərini ödəmişəm. Uşaqlara hər ay 4000-5000 manat pul xərcləmişdir. Lakin hazırda maddi imkanı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 313255 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixində vətəndaş İddiaçı doğulmuş, X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixində 191 № ilə qeyd edilmişdir.
9. Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 313289 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixində vətəndaş İddiaçı doğulmuş, X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 138 № ilə qeyd edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X6 orqanizm funksiyasının 85 % pozulması nəticəsində birinci dərəcəli əlillik verilmiş, ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik (İQ-21) daima qulluq və müalicə tələb edən davranış pozuntuları diaqnozu qoyulmuşdur.
11. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X7 orqanizm funksiyasının 90 % pozulması nəticəsində ağır dərəcəli əqli gerilik (İQ-30), daima qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq artikulyasiyasının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. İddiaçı ilə Cavabdeh arasında faktiki nikah münasibətləri olmuş, tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X10 doğulmuşlar. Tərəflər müəyyən dövr birlikdə yaşasalar da, hazırda birlikdə yaşamırlar.
13. Uşaqların hər ikisinə birinci dərəcəli əlillik verilmişdir. Hər ikisinin daimi qulluğa ehtiyacı var. Hazırda analarının himayəsində yaşamaqla, kirayə qalırlar. Dövlət tərəfindən uşaqlar üçün müavinət ödənilir.
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların saxlanması üçün hər birinə 220 manat olmaqla 440 manat alimentin tutulmasını və əlilliyi olan uşağa qulluq etdiyi üçün özünə hər ay hər uşaq üçün 80 manat olmaqla cavabdehdən ümumilikdə 160 manat məbləğində alimentin tutulmasını xahiş edir.
15. Cavabdeh isə iddia tələbini qəbul etmir, səbəbini isə aliment ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını göstərir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
17. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
23. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşaqların saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaqlar hal-hazırda iddiaçının, yəni ananın himayəsində olduqlarından, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.
27. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X3 mənafeyini, uşaqların əvvəlki təminatının səviyyəsini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumumu haqqında tələbləri nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay, hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
28. Xüsusilə vurğulanmalıdır ki, aliment ödəməli olan əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh isə əmək qabiliyyətli bir valideyn kimi harada işləməsindən, hansı məbləğdə əmək haqqı almasından asılı olmayaraq övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir. Hazırki iş üzrə isə cavabdehin bu vəzifələrini icra etməkdən yayınması üçün hər hansı üzrlü səbəb yoxdur.
29. Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
30. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
31. İddia tələbinin əlilliyi müəyyən olunmuş uşaqlara baxan arvada ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
33. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
34. 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər
35. 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
36. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
37. 85.1.2-ci maddəsinə əsasən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad)
38. 85.1.3-ci maddəsinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
39. 85.1.4-cü maddəsinə ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
40. 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.
41. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
42. Əvvəla qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 84-85-ci maddələri ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəliklərini müəyyən etmiş, hazırki iş üzrə tərəflər isə rəsmi nikahda olmamışlar.
43. Bununla belə, əgər iddiaçı tələbində cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunmasını nəzərdə tuturdusa, bu halda da iddia təmin edilməməlidir.
44. Belə ki, Ailə Məcəlləsinin 81-ci maddəsində qeyd edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
45. İşin mübahisəsiz halı kimi müəyyən edilən hallarından məlum olur ki, iddiaçı uşaqların müalicəsi və qulluğuna görə dövlət tərəfindən ödənilən müavinət alır. Bundan başqa cavabdehin gəlirləri onun əlavə xərclərdə iştirakına imkan vermir, çünki cavabdehin həm aliment ödəmək, həm də əlavə xərclərdə iştirak etmək üçün kifayət qədər qazanca malik olması müəyyən edilmir. Tətbiq edilən prosessual normalar:
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
47. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
48. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
49. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
50. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
51. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
52. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
53. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:
54. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
55. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 72,8(440X12=5280- 1000=4280X0.1%+30=72,8) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsiin. İddiaçının ödəməkdən azad edildiyi 72,8 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev