Məhkəmə qərarları › İş №e-2(001)-6089/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6089/2024

19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6089/2024 19.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın saxlanması üçün aliment və digər uşağın himayəyə verilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı uşağın saxlanması üçün aliment və digər uşağın himayəyə verilməsi barədə ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmənin mövqeyi Hazırki iddia ərizəsində iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. İrəli sürülmüş tələblərə nəzər salsaq, bir tələbdə iddiaçının himayəsində olan X1 üçün alimentin müəyyən edilməsi, digər hissədə isə cavabdehlə nikahlarından anadan olmuş digər uşağın - xx.xx.2012-ci il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə olması özü-özlüyündə fərqli prosessual yanaşma tələb edən bu iki tələbə bir icraatda baxılmasını istisna edir. Qeyd edilən nöqsanlar iddia ərizəsi ona əlavə edilmiş sənədlərlərin müraciət edənə qaytarılması üçün əsas sayıldığından iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın saxlanması üçün aliment və digər uşağın himayəyə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi zamanı ödənilmiş 50 AZN (qəbz **********58) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar