Məhkəmə qərarları › İş №e-2(001)-6147/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6147/2022

20.09.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6147/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı Borclu məhkəmə əmrinin verilməsi barədə etirazını nəzərdən keçirərək MÜƏYYƏN ETDİM Borclu məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməklə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən müəyyən olunur ki, borclu əmr icraatı qaydasında əmrə etirazını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1.-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.-ci maddəsinə əsasən məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Həmin Məcəllənin 279.1.-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.2.-ci maddəsinə əsasən bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. Həmin Məcəllənin 279.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İstinad olunanlara əsasən hesab edirəm ki, Borclu etirazı əmr icraatı qaydasında baxılması yolverilməz olduğundan ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 6003\2017 saylı əmrinə etirazını ümumi qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM Borclu məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər Borclu geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar