Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6183/2023 25.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 noyabr 2022-ci iltarixli e-2(001)-4433/2022 saylı qətnaməsinə əsasən tutulmuş alimentin miqdarını artıraraq xx.xx.2018-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh bir uşaq üçün hər ay 220 manat, toplam 440 manat alimentin, həmçinin autizm xəstəliyindən əziyyət çəkən qızım xx.xx.2020-ci il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 500 manat məbləğində əlavə xərclərin, ümumilikdə hər ay 940 manat pulun tutularaq mənə, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixində elektron qaydayda ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh alimentin azaldılması tələbi ilə bağlı iddia ərizəsinin məhkəmənin icraatında olduğunu bildirmiş və işin hərtərəfli, obyektiv araşdırılması məqsədilə hər iki işin eyni icraatda birləşdirilməsi ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair e- 2(001)-6183/2023 saylı mülki işin Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbinə dair e-2(001)-4614/2023 saylı mülki işlə birlikdə bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan vəsatətlərinə baxaraq o qənaətə gəlir ki, vəsatətlər əsaslıdır və təmin edilməlidir. Belə ki, elektron informasiya sistemindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin(hakim R.Qoşqarlı) icraatında İddiaçı Cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Həmin iddia ərizəsi üzrə iddiaçı alimentin miqdarının azaldılaraq cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmaqla, e-2(001)-4614/2023 nömrə ilə baxılmaqdadır. Göründüyü kimi həm hazırki mülki iş, həm məhkəmənin icraatında digər mülki iş tərəflər arasında olan mübahisə alimentin məbləği ilə bağlıdır və e-2(001)-4614/2023 nömrəli mülki iş daha əvvəl icraata qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, eyni məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə iş vardır və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatətlər təmin edilsin. İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə e-2(001)-6183/2023 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-4614/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(001)-4614/2023 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-6183/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6183/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver