Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6222/2025 21.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” (açar sözlər: aliment, əlavə xərclər, tutulma qaydası) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, uşağın müalicəsi üçün çəkilən xərclərin 28,567 (iyirmi səkkiz min beş yüz altmış yeddi) manat pul vəsaitinin yarısının, vəkil üçün çəkilən 330 AZN xərcin, məhkəmə (və mediasiya) rüsumu olan 135 AZN-nin Cavabdeh tutulması, alimentin artırılaraq 2025-ci il üçün yaşayış minimumu haqqında qanunda uşaqlar üçün nəzərdə tutulan 246 AZN təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında rəsmi qeydə alınmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 3695/2019 saylı qətnaməsi ilə pozulmuşdur və nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü Abbas Əsədovun (AZ-İİİ № 891467) ananın – İddiaçı himayəsində qalması, 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, Əsədov Abbas anadangəlmə fiziki və zehni olaraq inkişafdan geri qalmış, həkimlərin diaqnozlarına əsasən orqanik beyin sindromu xəstəliyi, son diaqnozları zamanı isə epilepsiya xəstəliyi də aşkar edilmişdir. Diaqnozlar əsasında mütəmadi olaraq müalicə alması zərurəti yaranmış, bəzi diaqnozlar isə yalnız xarici ölkədə müalicəsi və müayinəsi mümkün olmuşdur. Daha öncə isə fərqli xəstəliklərlə diaqnozlar qoyulmuşdur. Eyni zamanda, hal-hazırda Əsədov Abbasın İ dərəcəli əlilliyi mövcuddur. Nikahın pozulmasından sonra uşağın saxlanması ilə bağlı bütün xərcləri yalnız iddiaçı qarşılamışdır. Xüsusilə vurğulamaq istəyirəm ki, uşağın sağlamlığı və müalicəsi üçün zəruri tibbi xərclər, dərman vasitələri, müayinə və müalicə haqları tam şəkildə müvəkkilim tərəfindən ödənilmişdir. Əlavə olaraq qeyd edirik ki, xx.xx.2025-ci il tarixində “Mediasiya Şurası”nda 18 saylı mediasiya təşkilatında keçirilmiş X2 cavabdeh iştirak etməmişdir. Uşağın sağlamlığına dair xərclər: Müvəkkilim tərəfindən təqdim olunmuş qəbzlərdə, uşağın müalicəsi ilə bağlı olaraq Azərbaycan və digər xarici ölkələrdəki diaqnozlarından açıq şəkildə görünür ki, tibbi müayinələr,analizlər, dərman preparatları və digər müalicə xərcləri mütəmadi olaraq ödənilmişdir. Bu, uşağın sağlam böyüməsi və normal inkişafı üçün əhəmiyyət kəsb etmişdir. Bildirmək istəyirəm ki, xx.xx.2022-ci il tarixindən günümüzə qədər ümumi olaraq 20,722 (iyirmi min yeddi yüziyirmi iki ) manat və 189.305,29 (yüz səksən doqquz min üç yüz beş türk lirası iyirmi doqquz) türk lirəsi olmaqla (7845,14 manat) toplam olaraq 28,567 (iyirmi səkkiz min beş yüz altmış yeddi) manat pul vəsaiti yalnız uşağın müalicə xərclərinə getmişdir. 1. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə TANDEMAİLƏYƏ DƏSTƏK MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 1200 AZN məbləğində xərc çəkilmişdir. 2. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə Laleli Eczanesi tibb müəssisəsində Dərman xidmətinə görə 511,41 türk lirəsi məbləğində xərc çəkilmişdir. 3. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 1430 AZN məbləğində xərc çəkilmişdir. 4. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 1550 AZN məbləğində xərc çəkilmişdir. 5. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 950 AZN məbləğində xərc çəkilmişdir. 6. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 1200 AZN məbləğində xərc çəkilmişdir. 7. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 1200 AZN məbləğində xərc çəkilmişdir. 8. İddiaçı tərəfindən xx.xx.2022 tarixdə Doktorlar Merkezi tibb müəssisəsində Nevrologiya xidmətinə görə 24.500,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 9. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 1390 AZN məbləğində xərc çəkilmişdir. 10. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 810 AZN məbləğində xərc çəkilmişdir. 11. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 840 AZN məbləğində xərc çəkilmişdir. 12. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə Faros Optik tibb müəssisəsində Komp. gözlük alışı xidmətinə görə 3.000,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 13. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə Eczane tibb müəssisəsində Dərman xidmətinə görə 8.604,39 türk lirəsi məbləğində xərc çəkilmişdir.
14. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə Doktorlar Merkezi tibb müəssisəsində Nevrologiya xidmətinə görə 18.100,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 15. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 80 AZN məbləğində xərc çəkilmişdir. 16. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə ADDİM NİTQ VƏ PSİXOLOGİYA MƏRKƏZİ MMC tibb müəssisəsində Günərzi xidməti xidmətinə görə 270 AZN məbləğində xərc çəkilmişdir. 17. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə MEDİCOM MMC tibb müəssisəsində Digər xidmətinə görə 400 AZN məbləğində xərc çəkilmişdir. 18. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə X13 tibb müəssisəsində Biokimyəvi analizlər xidmətinə görə 106 AZN məbləğində xərc çəkilmişdir.
19. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 120 AZN məbləğində xərc çəkilmişdir. 20. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 80 AZN məbləğində xərc çəkilmişdir. 21. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 910 AZN məbləğində xərc çəkilmişdir. 22. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə DTX Hərbi Tibbi baş İdarəsinin poliklinikası tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 73 AZN məbləğində xərc çəkilmişdir. 23. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə X13 tibb müəssisəsində Rentgen xidməti xidmətinə görə 73 AZN məbləğində xərc çəkilmişdir. 24. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə MEDİCOM MMC tibb müəssisəsində Digər xidmətinə görə 160 AZN məbləğində xərc çəkilmişdir. 25. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 120 AZN məbləğində xərc çəkilmişdir. 26. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 120 AZN məbləğində xərc çəkilmişdir. 27. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə ADDİM NİTQ VƏ PSİXOLOGİYA MƏRKƏZİ MMC tibb müəssisəsində Günərzi xidməti xidmətinə görə 800 AZN məbləğində xərc çəkilmişdir. 28. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə Royal Eczanesi tibb müəssisəsində Dərman xidmətinə görə 8.178,21 türk lirəsi məbləğində xərc çəkilmişdir. 29. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə Doktorlar Merkezi tibb müəssisəsində Nevrologiya xidmətinə görə 27.000,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 30. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X14 tibb müəssisəsində Dərman xidmətinə görə 1.180,00 türk lirəsi məbləğində xərc çəkilmişdir.
31. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə Doktorlar Merkezi tibb müəssisəsində Nevrologiya xidmətinə görə 33.000,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 32. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 120 AZN məbləğində xərc çəkilmişdir. 33. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə MEDİCOM MMC tibb müəssisəsində Dafo(2 hissəli) sifarişi xidmətinə görə 520 AZN məbləğində xərc çəkilmişdir. 34. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə Harbiye eczanesi tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 5.370,64 türk lirəsi məbləğində xərc çəkilmişdir. 35. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə X8 tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 4.250,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 36. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə Harbiye Eczanesi tibb müəssisəsində Dərman xidmətinə görə 5.196,18 türk lirəsi məbləğində xərc çəkilmişdir. 37. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə Harbiye Eczanesi tibb müəssisəsində Dərman xidmətinə görə 174,46 türk lirəsi məbləğində xərc çəkilmişdir. 38. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə X8 tibb müəssisəsində Dərman xidmətinə görə 4.250,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 39. İddiaçı tərəfindən 06.05? tarixdə Loqos Psixoloji və X15 tibb müəssisəsində Müalicəvi idman xidmətinə görə 200 AZN məbləğində xərc çəkilmişdir. 40. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə Balat Or-Ahayim Hastanesi tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 2.250,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 41. İddiaçı tərəfindən xx.xx.2024-xx.xx.2025 tarixdə Loqos Xırdalan MMC tibb müəssisəsində Konsultasiya xidmətinə görə 4255 AZN məbləğində xərc çəkilmişdir. 42. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə Doktorlar Merkezi tibb müəssisəsində Nevrologiya xidmətinə görə 38.000,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 43. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə Best Klinik tibb müəssisəsində Nevrologiya xidmətinə görə 64 AZN məbləğində xərc çəkilmişdir. 44. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 80 AZN məbləğində xərc çəkilmişdir. 45. İddiaçı tərəfindən xx.xx.2025 tarixdə X13 tibb müəssisəsində Biokimyəvi analizlər xidmətinə görə 121 AZN məbləğində xərc çəkilmişdir. 46. İddiaçı tərəfindən xx.xx.2023 tarixdə X18 MƏRKƏZİ MMC tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 1200 AZN məbləğində xərc çəkilmişdir. 47. İddiaçı tərəfindən xx.xx.2024 tarixdə Loqos Psixoloji və X15 tibb müəssisəsində Müalicəvi idman xidmətinə görə 200 AZN məbləğində xərc çəkilmişdir. 48. İddiaçı tərəfindən - tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 40 AZN məbləğində xərc çəkilmişdir. 49. İddiaçı tərəfindən - tarixdə Doktorlar Merkezi tibb müəssisəsində Stremregen gıda takviyesi xidmətinə görə 5.400,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 50. İddiaçı tərəfindən 2025 tarixdə VERTEBRA ONURĞA TİBB MƏRKƏZİ tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 40 AZN məbləğində xərc çəkilmişdir. 51. İddiaçı tərəfindən 8.03 tarixdə X8 tibb müəssisəsində Uşaq inkişafı xidmətinə görə 340,00 türk lirəsi məbləğində xərc çəkilmişdir. 52. İddiaçı tərəfindən 4.2025 tarixdə - tibb müəssisəsində Digər xidmətinə görə 79,80 AZN məbləğində xərc çəkilmişdir. 53.İddiaçı tərəfindən tarixdə tibb müəssisəsində xidmətinə görə 20722 AZN məbləğində xərc çəkilmişdir. 54. İddiaçı tərəfindən tarixdə tibb müəssisəsində xidmətinə görə 7845,14 manat türk lirəsi məbləğində xərc çəkilmişdir. Eyni zamanda, hal-hazırda cavabdeh 2(001)-3695/2019 saylı qətnamə ilə 160 manat məbləğində aliment ödəsə də 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqlar üçün yaşayış minimumu məbləği 246 AZN təşkil etməkdədir.
II. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği uşağın saxlanmasına kifayət etmir, uşağın saxlanmasında əziyyət çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinə bütün zəruri sübutlar əlavə edilmişdir. Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqlar üçün yaşayış minimumu məbləği 246 manat təşkil edir, alimentin artırılmasına ehtiyac vardır. Odur ki, məhkəmədən iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ikinci dəfə ailə qurmuş, birgə nikahdan bir oğlu vardır. Hazırda aylıq gəliri 400 manat təşkil edir, onun da 160 manat hissəsini alimentə ödəyir. Özünə 240 manat pul qalır. Hazırda ailəsi 3 nəfərdən ibarətdir. Başqa yerdən gəliri yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini hər ay vaxtında ödəmiş, gecikməsi olmamışdır. İddiaçı ilə birgə nikahından olan uşağın müalicə xərci ilə bağlı əvvəl ondan pul tutulub. Lakin özünün hazırda müalicə xərclərində iştirak etmək üçün maddi imkanı yoxdur, uşaqda olan xəstəlik ömürlük olan xəstəlikdir və müalicə ilə aradan qalxmır. Bundan başqa iddiaçı uşağı ona göstərmədiyindən hansı müalicəyə ehtiyacı olduğunu bilmir. İddia tələbində qeyd edilən məbləği tam şəkildə ödəmək imkanı yoxdur. Məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş edir.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- AzeMis elektron sistemdən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. - AZ-İİ seriyalı 561307 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra qadına Əsədova soyadı verilmişdir. - AZ-V seriyalı 000962 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.04.24-cü il təvəllüdlü X4 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3695/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Əsədova (Əskərova) Sənanə Sənan qızı arasında xx.xx.2017-ci il tarixdə Kürdəmir Rayon İHB-nın Sığırlı kəndi üzrə nümayəndəliyində 11 saylı akt qeydi ilə rəsmi qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 anası Əsədova (Əskərova) Sənanə Sənan qızının yanında saxlanılsın. xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Əsədova (Əskərova) Sənanə Sənan qızının xeyrinə ödənilməsi qət edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin 2(001)-650/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 2400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X11 G80.0 kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, G82.4 spastik tetraplegiya, G40.2 kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik fokal epilepsiya, tez-tez tutmalarla (ayda 5-6 dəfə), G91 hidrosefaliya, əlaqəli hidrosefaliya xəstəliklərindən əziyyət çəkir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də təlimçi (Digiboom Academy MMC-də sərəncamverici direktor) vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. - AzeMis elektron sistemdən görünür ki, Cavabdeh 120 manat təqaüd alır. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 müayinəsinə 1000 TL, EEG: 150 TL, laboratoriya 4000 TL, Nad (9 seans) üçün 18000 TL ödənilmişdir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 müayinəsinə 1500 TL, EEG: 1500 TL, laboratoriya 3100 TL, Nad (6 seans) üçün 12000 TL ödənilmişdir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 müayinəsinə 4000 TL, EEG: 4000 TL, laboratoriya 4000 TL, Nad (serum tedavisi 1 flakon) üçün 20000 TL ödənilmişdir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 müayinəsinə 4500 TL, Nad (5 seans) üçün 22500 TL ödənilmişdir. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 müayinəsinə 7000 TL, Nad (serum tedavisi 1 flakon) üçün 25000 TL, stemregen 6000 TL ödənilmişdir. - ödəniş qəbzlərindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 müalicəsi üçün xx.xx.2025-ci il tarixdə 4250 TL, xx.xx.2023-cü il tarixdə müayinə 2000 TL, EEG: 3000 TL, NAD (8 seans) 28000 TL, xx.xx.2025-ci il tarixdə 5196,18 TL, xx.xx.2025-ci il tarixdə 174,46 TL, xx.xx.2025-ci il tarixdə 2628,5 TL, xx.xx.2025-ci il tarixdə 2250 TL, xx.xx.2025ci il tarixdə 5370,64 TL, xx.xx.2025-ci il tarixdə 4250 TL, xx.xx.2024-cü il tarixdə 8604,39 TL, xx.xx.2025-ci il tarixdə 511,41 TL, xx.xx.2024-cü il tarixdə 3000 TL, xx.xx.2025-ci il tarixdə 340 TL, xx.xx.2023-cü il tarixdə 1180 TL, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 8178,21 TL, xx.xx.2024-cü il tarixdə 106 manat, xx.xx.2025-ci il tarixdə 40 manat, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2025-ci il tarixdə 40 manat, xx.xx.2025-ci il tarixdə 73 manat, xx.xx.2025-ci il tarixdə 79,8 manat, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 64 manat, xx.xx.2025-ci il tarixdə 121 manat, xx.xx.2025-ci il tarixdə 73 manat, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 40 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 160 manat, xx.xx.2025-ci il tarixdə 120 manat ödəniş edilmişdir. - Loqos sağlamlıq tərəfindən verilmiş 0089 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün həmin tarixədək 4255 manat ödəniş edilmişdir. - “X18 Mərkəzi” MMC tərəfindən verilmiş kassa mədaxil oderlərindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 inkişafı üçün xx.xx.2023-cü il tarixdə 950 manat, xx.xx.2023cü il tarixdə 1550 manat, xx.xx.2023-cü il tarixdə 910 manat, xx.xx.2023-cü il tarixdə 1390 manat, xx.xx.2023-cü il tarixdə 1430 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 1220 manat, xx.xx.2023-cü il tarixdə 840 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 810 manat ödəniş edilmişdir. - "xxxx" MMC ərəfindən verilmiş kassa mədaxil oderlərindən görünür ki, xx.xx.2015ci il təvəllüdlü X7 müalicəsi üçün xx.xx.2024-cü il tarixdə 800 manat və xx.xx.2024-cü il tarixdə 270 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 Saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı sağlamlıq imkanları məhdud olan övladı X9 görə 200 manat məbləğində sosial müavinət və 100 manat məbləğində sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdü alır. Təyinatın bitmə vaxtı-sosial müavinət-xx.xx.2033, Prezident təqaüdü-xx.xx.2033
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. - 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Elşolts Almaniyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Tələbin xx.xx.2015-ci il təvəllüdlü X6 müalicəsi üçün xərclənmiş məbləğin yarı hissəsinin, yəni 28567 manat vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda sadalanan maddi hüquq normalarından belə nəticəyə gəlinir ki, uşağı sağlam böyütmək təkcə ananın deyil, hər iki valideynin borcudur və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsinə bir valideynin müraciəti əsasında digər valideyn də cəlb oluna bilər. Belə ki, ailə qanunvericiliyinə görə valideynlər məhkəmə tərəfindən müstəsna hallarla əlaqədar yaranmış əlavə xərclərə cəlb oluna bilərlər. Yetkinlik yaşına çatmamış uşaqlara münasibətdə qanunvericilik ağır xəstə, şikəst olan uşaqlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar belə xərclərin çəkilməsini zəruri hesab edir. Uşağın müalicəsi ilə bağlı əlavə xərcləri qarşılamaq hər iki valideynin mənəvi borcu olmaqla, valideynin heç bir yerdə işləməməsi, gəlirinin az olması, yaxud hər hansı digər əsaslar onları bu xərcləri ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan hazırki halda cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq hər ay tutulan məbləğin artırılmaması uşağın mənafeyinə zidd olmaqla, onun üstün maraqlarının təminatı baxımından yolverilməzdir. “Elektron məhkəmə informasiya sistemin”nə əlavə olunan tibbi sənədlərdən belə müəyyən olunur ki, xx.xx.2015-ci il təvəllüdlü X6 müntəzəm olaraq tibbi müayinə və müalicə olunmasına ehtiyac vardır və buna dair zəruri məsrəflər yalnız iddiaçı tərəfindən qarşılanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi arayış qəbzlərlə müəyyən edilir ki, uşağın sağlamlığı üçün 2023-cü il tarixdən başlayaraq istər ölkə ərazisində, istərsə də Turkiyə Respublikasında iddiaçı tərəfindən ümumilikdə 26824 manat xərc çəkilmişdir. Həmin məbləğin yarısı- 13412 manat cavabdeh tərəfdən qarşılanmalı olsa da, 2023-cü ilin fevral ayından başlayaraq 2025-ci ilin avqust ayı daxil olmaqla sosial müavinət və Prezident təqaudu olmaqla cəmi hər ay 300 manatın iddiaçıya ödənilməsi nəzərə alınmaqla həmin məbləğdən 9000 manat azaldılmaqla cavabdehdən 4412 manatın iddiaçının xeyrinə tutulması məqsədə müvafiqdir. Belə ki, uşaq ağır xəstə və ömürlük əlil olduğundan onun daimi olaraq qayğı və qulluğa ehtiyacı var, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi vəzifəsi də iddiaçının üzərinə düşür. Odur ki, iddiaçıya Dövlət tərəfindən ödənilən az məbləğdə məvacib qeyd olunanların bir qisminin kompensasiyası kimi nəzərə alına bilər. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən ödənilən minimum dolanacaq xərci məbləğində aliment isə uşağın qidalanmasına, geyiminə və digər bu kimi zəruri ehtiyaclarına sərf olunacaq məbləğdir. Məhkəmə iddiaçının alimentin artırılması barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına əsasən: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən apellyasiya baxışının predmetini təşkil edən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin miqdarının dəyişdirilməsi o halda mümkündür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilən maddi hüquq norması məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişilməsi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin dəyişilməsi ilə əlaqələndirmir. İş materiallarından görünür ki, iddiaçı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə istinad etsə də, həmin maddədə qeyd edilən şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası ilə bağlı iddiaçının məhkəmə aktını qəbul edən məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək və uşağın maraqlarını əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 müalicə üçün 4412 manat hissəsinin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin olunduğuna görədövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbini vəkilin göstərdiyi yardıma görə 330 manat məbləğində pulun tələb edilməsi hissəsində qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. V. Nəticə:
Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 müalicə üçün ödənilmiş məbləğin 4412 manat hissəsi tutularaq İddiaçı ödənilsin. 120 (yüz iyirmi) dövlət rüsumu və 110 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elnarə Vəliyeva