Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6355/2025 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X5 cəlb edilməklə) “müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X5 cəlb edilməklə) “müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra idddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında ünvan 2, mənzil 88 (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 79, M4, m1) ilə bağlı bağlanmış müqavilənin, Cavabdeh2 cavabdeh "xxxx" MTK tərəfindən verilmiş 18 noyabr 2019-cu il tarixli 078 nömrəli maliyyə arayışının, xx.xx.2019-cu il tarixli 01/01 nömrəli "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolu və protokolun qəbul edilməsinə əsas olmuş digər sənədlərin hər birinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında ünvan 2, 88 saylı mənzillə (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 79, M4, m1) bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 adına verilmiş ********** saylı xx.xx.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, cavabdeh "xxxx" MTK ilə onun arasında xx.xx.2006-cı il tarixdə bağlanmış 163 nömrəli müqaviləyə əsasən cavabdeh "xxxx" MTK tərəfindən təhvil verilməli olan ünvan 1 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində ümumi sahəsi 162 kv metr olan 88 nömrəli üç otaqlı mənzilin və həmin mənzilin dəyərinin onun tərəfindən tam ödənilməsi barədə maliyyə arayışının, “MTK-REAL" MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın ona təhvil verilməsi, məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun və digər xərclərin cavabdeh "xxxx" MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2006-cı il tarixdə bağlanmış 163 nömrəli müqaviləyə əsasən müqavilənin predmeti olan Nərimanov rayonu, Xan Şuşinski küçəsi 53A-53H ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış evinin 2-ci blokunda olan 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 162 kv. metr olan 88 nömrəli üç otaqlı mənzili dəmir beton, hörgü və suvaq işləri, daxili divar və arakəsmələrin hörülməsi və suvanması, daxili elektrik xətləri, qaz, istilik, kanalizasiya, pəncərə, eyvan qapıları və s. ilə təmin etməklə təhvil verməli idi. Müqavilənin 2.1-ci bəndinə əsasən sahənin hər kv. m-nin dəyəri onların razılaşması ilə 750 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. 2.2-ci bəndin tələbinə əsasən ümumi məbləğ 121500 ABŞ dollarından xx.xx.2006-cı ildə ilkin pay haqqı olaraq 60000 ABŞ dolları ödənilmiş və bu barədə 06 dekabr 2006-cı ildə ödəyərək kassa mədaxil orderinin qəbzi əldə edilmişdir. Bundan sonra xx.xx.2007-ci il tarixdə 20000 ABŞ dolları, xx.xx.2007-cı ildə 20000 ABŞ dolları, xx.xx.2007-ci ildə 10000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5500 ABŞ dolları, xx.xx.2007-ci ildə 6000 ABŞ dolları ödəməklə müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, bugünkü günə qədər dəfələrlə mənzili və maliyyə arayışı cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən mənzil və maliyyə arayışı təqdim edilməmişdir. Dəfələrlə cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi tələb edilsə də, öz öhdəliyini yerinə yetirməmiş, hər dəfə bu gün, sabah təhvil verəcəm deyərək hələ də mənzili təhvil verməmişdir. Cavabdehin illərlə qeyd edilən müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbindən illərdi ki, onun hüquqları kobudca pozulmuşdur. Bu səbəbdən də, o, məhkəməyə müraciət edərək müqavilə öhdəliklərinin icra edilməsı barədə məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-51109/2025 saylı məktubla bildirilmişdir ki, cavabdeh "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, məhəllə 955, ev 21, 3 otaqlı, 3-cü mərtəbədə yerləşən 88 saylı mənzil ilkin olaraq Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda həmin şəxsin mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş sənədlərə nəzər yetirərkən məlum olmuşdur ki, Cavabdeh2 cavabdeh "MTK-REAL” MTK tərəfindən 18 noyabr 2019-cu il tarixdə 078 nörməli maliyyə arayışı və DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə həmin mənzilə dair ********** saylı Çıxarış verilmişdir. Beləliklə, qeyd olunan sənədlərdən müəyyən edilir ki, həmin mənzilə dair cavabdeh "xxxx" MTK ilə Cavabdeh2 arasında da müqavilə bağlanmış və şəxsin mənzilin dəyərini ödəməsinə dair xx.xx.2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh2 isə həmin sənədlər əsasında mənzilə mülkiyyət hüququnu rəsmiləşdirməklə çıxarış əldə etmişdir. Belə olduğu təqdirdə, müvafiq mənzillə bağlı Cavabdeh2 əvvəl onunla cavabdeh "MTK-REAL” MTK ilə xx.xx.2006-cı il tarixdə 163 nömrəli müqavilə bağlanmasını və həmin mənzilin dəyərinin tərəfindən hələ 2007-ci ildən ödənilməsini və həmin tarixdən cavabdeh "xxxx" MTK-dan maliyyə arayışının tələb edilməsini nəzərə alaraq mənzilin üzərində digər Cavabdeh2 daha əvvəl mülkiyyət hüquqlarının olması və mənzilin ilkin alıcısı olaraq mənzilin ona təhvil verilməli olması işin mübahisəsiz halıdır. Belə olduğu halda, Cavabdeh2 ilə digər cavabdeh "MTK-REAL” MTK arasında mübahisəli mənzillə əlaqədar bağlanmış müqavilə, həmçinin, həmin şəxsə verilmiş 18 noyabr 2019-cu il tarixdə 078 nömrəli maliyyə arayışı, xx.xx.2019-cu il tarixli 01/01 nömrəli "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolu və protokolun qəbul edilməsinə əsas olmuş digər sənədlərin hər biri etibarsız hesab edilməli, həmin sənədlər əsasında verilmiş xx.xx.2019-cu il tarixli Çıxarış ləğv edilməlidir. Mənzilin ilkin alıcısı qismində onun mülkiyyət hüquqları təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəfindən kooperativ üzvlüyündən çıxması ilə bağlı heç bir ərizə verilməmişdir və qanunvericiliyin tələbinə zidd olaraq pay haqqı da ona geri qaytarılmamışdır. Belə olduğu təqdirdə, həmin mənzil başqa bir şəxsə satılmamalı, ona təhvil verilməli idi. Lakin cavabdeh "MTK-REAL” MTK bu günədək öhdəliklərini icra etməmiş, hətta ondan sonra mənzili üçüncü bir şəxsə satmaqla onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Bəylər oğlu iddiaya yazılı etiraz ünvanlayaraq, bildirmişdir ki, müqavilənin 2.1-ci bəndinə əsasən sahənin hər kv.m-nin dəyəri tərəflərin razılaşması ilə 750 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. 2.2-ci bəndin tələbinə əsasən ümumi məbləğ 121500 ABŞ dollarından xx.xx.2006-cı ildə ilkin pay haqqı olaraq 60000 ABŞ dolları ödənilmiş və bu barədə 06 dekabr 2006-cı ildə ödəyərək kassa mədaxil orderinin qəbzi əldə edilmişdir. Bundan sonra xx.xx.2007-ci il tarixdə 20000 ABŞ dolları, xx.xx.2007-cı ildə 20000 ABŞ dolları, xx.xx.2007-ci ildə 10000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5500 ABŞ dolları, xx.xx.2007-ci ildə 6000 ABŞ dolları ödəməklə müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməyimə baxmayaraq bugünkü günə qədər dəfələrlə mənzili və maliyyə arayışı cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən mənzil və maliyyə arayışı təqdim edilməmişdir. Dəfələrlə cavabdehdən müqavilə üzrə öhdəliklərinı yerinə yetirməsi tələb edilsə də öz öhdəliyini yerinə yetirməmiş, hər dəfə bu gün sabah təhvil verəcəm deyərək hələ də mənzili təhvil verməmişdir. Cavabdehin illərlə qeyd edilən müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbindən illərdi ki, iddiaçının hüquqları kobudcasına pozulmuşdur. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, payçı X2 pay haqqını tam ödədiyindən əmlaka mülkiyyət hüququ əldə etmişdir. İddia ərizəsinin bu etirazın 1-ci bəndində qeyd edilən dəlillərindən görünür ki, iddiaçı mübahisələndirdiyi və Cavabdeh2 mülkiyyətində olan mənzilə dair razılaşdırılmış bütün məbləğin onun tərəfindən tam olaraq ödənilməsini sübut edə bilmir. Hansı ki, mübahisələndirilən mənzilə görə müqavilə üzrə bütün məbləğin onun tərəfindən digər Cavabdeh1a ödəməsi barədə sübut etmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi 163 nömrəli müqavilə 06 dekabr 2006-cı il tarixdə hər iki tərəfin imzası ilə baqlansa da, bundan təxminən 19 il sonra həmin müqavilə üzrə öhdəlikləri mübahisələndirmək, habelə bu müddət ərizində iddiaçının özününki hesab etdiyi mənzilə baxış keçirməməsi, onunla hər hansı bir formada maraqlanmaması nəinki daşınmaz əmlakla əlaqədər müqavilənin mübahisələndirilməsi üzrə qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməsinə, həmçinin, iddiaçının bu məsələdə heç də maraqlı olmamasına dəlaət edir. İddia ərizəsinin bu etirazın 2-ci bəndində qeyd edilən dəlillərinə gəldikdə isə, bildirir ki, iddiaçı müqavilənin bağlanması tarixindən guya "xxxx" ərzində MTK-ya hər hansı maliyyə qəbzi olmadan ödəniş etməsi və bu barədə ona sənəd təqdim etməsi, habelə hazır mənzili tələb etməsi inandırıcı görünmür ona görə ki, iddiaçı həmin mənzili özününkü hesab etsəydi, 19 il ərzində mənzili ilə maraqlanar, ödəniş etmişdirsə də, çox illər əvvəl bununla bağlı məhkəmədə iddia qaldırar, habelə iddia etdiyi mənzilinin çox illər əvvəl artıq qanuni yolla başqasının mülkiyyətində olmasından məlumatlı olardı. Cavabdeh2 mübahisələndirilən mənzili qanuni yolla, həm də vicdanlı əldə edən olaraq əldə etmişdir. Belə ki, əsasında mülkiyyət hüquqlarını qeydə aldırdığı müqavilə Cavabdeh2 tərəfindən 08 sentyabr 2015-ci ildə cavabdeh MTK ilə ilə bağlanmışdır. Lakin Cavabdeh2 həmin mənzili birbaşa MTK-dan yox, əvvələr MTK-dan xx.xx.2006-cı il tarixli müqavilə ilə almış X3 almış və razılaşdırılmış məbləği də ona ödəmişdir. Bundan sonra həmin mənzildə təmir işləri aparmış və 2016-cı ilin yayından bu vaxtadək bütün ailə üzvləri ilə birgə orada yaşayır. Bir müddət sonra isə MTK-dan əldə etdiyi zəruri sənədlərlə sözügedən mənzil üzərində hüquqlarını qeydə aldırmışdır. Beləliklə, qanuni yolla əldə etdiyi və hüquqlarını qeydə aldırdığı mənzilin toxunulmazlığına dair dövlət təminatı var. İddiaçının "xxxx" la mənzil və ya ödədiyi pulun geri qaytarılması ilə bağlı hər hanası mübahisəsi varsa, bunun Cavabdeh2 heç bir aidiyyatı ola bilməz. Ona görə ki, Cavabdeh2 pulunu verib mənzili almış, bu zaman bilməmiş və ya bilə bilməzdi ki, iddiaçı və ya başqa kiminsə bu mənzilə hər hansı iddiası var və ya ola bilər. Təbii ki, mənzil alqı-satqısı və bundan sonra Cavabdeh2 təqdim edilən sənədlər, o cümlədən maliyyə arayışı, MTK-nın üzvlüyünə daxil edilməyi barədə protokoldan çıxarış və sairlə bağlı hər hansı hüquqi problem olsaydı, müvafiq icra hakimiyyəti orqanı Cavabdeh2 həmin mənzilə hüquqlarını qeydə almazdı. O ki qaldı iddia ərizəsində istinad edilən maddi hüquq normalarına, bildirir ki, iddia ərizəsinin faktiki əsasları ilə nəinki iddia ərizəsində istinad edilən maddi hüquq normalarının, habelə hazırkı mübahisəni nizamalayan hər hansı başqa hüquq normalarının dispozisiyası ilə uzlaşmır. Ona görə ki, əvvəla iddiaçı pay haqqını tam ödəmədiyindən əmlaka mülkiyyət hüququ əldə etməmiş, habelə Cavabdeh2 mübahisələndirilən mənzili vicdanlı əldə edəndir. Qeyd edlənlərə əsasən hesab edir ki, iddiaçının Cavabdeh2 da hazırkı mübahisədə cavabdeh kimi görməsi, habelə bütünlüklə iddia tələbi əsassız və qanunzusdur və buna görə də rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Bəylər oğlu etiraza uyğun çıxış edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: X2 tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, sonuncuya mənzilin və mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışının 10 gün ərzində ona təhvil verilməyəcəyi təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh1 MTK ilə X2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli 163 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 18 mərtəbəli yaşayış evinin 2 blok, 3 mərtəbə, ümumi sahəsi 162 kv.m, 88 saylı mənzili 18 aya istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 750 ABŞ dolları olmaqla ümumi məbləğin ilkin pay kimi 60000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Kassa mədaxil orderinin qəbzinin surətlərindən görünür ki, X2 tərəfindən xx.xx.2006-cı il tarixdə 60000 ABŞ dolları, xx.xx.2007-ci il, xx.xx.2007-ci il tarixlərdə 20000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 5500 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 6000 ABŞ dolları məbləğlərində pay ödənişi etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, məhəllə 955, ev 21, 3 otaqlı, 3-cü mərtəbədə yerləşən 88 sayı mənzil ilkin olaraq Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 88 saylı mənzil (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 79, M4, m1) xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən binanın 1-ci korpus, 2-ci blok, 3-cü mərtəbə ümumi tikinti sahəsi 162 kv.m olan 3 otaqlı, 88 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Cavabdeh1 MTK, X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 161 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ünvan 5 ünvanda 20 mərtəbəli yaşayış evinin 2 blok, 1-ci korpus, 3-cü mərtəbə ümumi tikinti sahəsi 162 kv.m. 3 otaqlı, 88 saylı mənzilin dəyəri 118908 manat təşkil edir və yeni “Payçı” Cavabdeh2 bu məbləği əvvəlki payçı X4 ödəyib. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya); 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, mülki iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzil cavabdehin mülkiyyətindədir və bununla bağlı onun adına çıxarış da verilmişdir. Belə olan halda da, iddia təmin ediləcəyi təqdirdə, mülkiyyətçi olan cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozulacaqdır. Həmçinin, işin mübahisə edilməyən hallarından görünür ki, ünvan 1 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış evinin 2-ci blokunda olan 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 162 kv. metr olan 88 nömrəli üç otaqlı mənzil barədə Cavabdeh1 MTK tərəfindən xx.xx.2006-cı il tarixdə X2 ilə, daha sonra X7 ilə və ən sonda xx.xx.2015-ci il tarixdə isə X7 ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Mənzilin məhz Cavabdeh2 istifadə və sahibliyinə verilməsi, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada daimi yaşaması və onun adına çıxarış verilməsi də işin digər müəyyən olunmuş mübahisəsiz hallarıdır. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iddianın rədd edilməsi, iddiaçının Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə bağladığı mənzil alqı-satqısı haqqında müqavilə üzrə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək imkanından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X5 cəlb edilməklə) “müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-6355/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6355/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver