Məhkəmə qərarları › İş №e-2(001)-6585/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6585/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6585/2023 12.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı(müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası, Binəqədi Rayon Qeydiyyat şöbəsi, 5 saylı Bakı Asan Xidmətini cəlb etməklə) “atalığa dair mübahisənin açılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Ehibar oğlunun xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 atası olmamasının müəyyən edilməsi və bununla bağlı xx.xx.2023-cü il təvəllüdlü X1 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin (uşaq qrafasında ata adının çıxarılması, ata haqqında məlumat qrafasında aparılmış qeydlərin silinməsi,) aparılmasının, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş 6442 saylı doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə ata haqqında məlumatların, o cümlədən uşaq haqqında məlumat qrafasında uşağın ata adının ananın göstərişinə əsasən yazılmasının 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının nümayəndəsi tərəfindən tərtib edilən iddia ərizəsindən görünür ki, cavabdeh barədə məlumatlar qrafasında onun həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan ünvan 1 Lakin elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumata əsasən cavabdehin rəsmi qeydə alındığı ünvan Şirvan şəhəri, ünvan 2 məhkəməsinə verilməli olduğunu nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı müvafiq ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı(müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası, Binəqədi Rayon Qeydiyyat şöbəsi, 5 saylı Bakı Asan Xidmətini cəlb etməklə) “atalığa dair mübahisənin açılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar