Məhkəmə qərarları › İş №e-2(001)-6623/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6623/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6623/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və cehiz tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və cehiz tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi 14 saylı evin 28 saylı mənzilində məskunlaşmaqla yaşamasını bildirib mülki işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizənin həllini məhkəmənin səlahiyyətinə vermişdir. Məhkəmə tərəflərin vəsatətə münasibətlərini dinləyib, mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilərək hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron sistemdən çıxarışdan müəyyən olunur ki, iddiaçı Abdısoy X2 rayonu Cəbrayıl şəhəri M.Ə.Rəsulzadə küçəsi 143 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin MİD-nin Mehdiabad MKİS-nin xx.xx.2022-ci il tarixli 1677 saylı arayışından müəyyən olunur ki, Abdısoy X3 rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi 14 saylı evin 28 saylı mənzilində məskunlaşmaqla yaşayır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Məhkəmə hesab edir ki, Cəbrayıl rayonundan məcburi köçkün olan cavabdeh Abşeron rayonunda məskunlaşmaqla yaşadığından hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və cehiz tələbinə dair 2(001)-6623/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar