Məhkəmə qərarları › İş №e-2(001)-6691/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6691/2021

18.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6691/2021 18.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı “borcun tutulması” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Kreditor MMC cavabdeh Borclu qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 08.03.2018-ci il tarixli, MMBK00421 nömrəli və 09.03.2018-ci il tarixli, MBK03541 nömrəli X1 üzrə 341,85 manat əsas, 114,92 manat cərimə, cəmi 456,77 manat məbləğində borcun, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh Borclu tutularaq, iddiaçı Kreditor MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunmalıdır ki, cavabdehdən ümumilikdə tələb edilən 456,77 manat məbləğində pulun 114,92 manat hissəsi iddiaçı tərəfindən hesablanmış cərimə borcu məbləğidir. İddiaçı bu məbləğdə cəriməni tələb etsə də, cavabdehin məhz bu məbləğdə cərimə borcunun yaranması aşkar deyil və bu məbləğin real olmasının müəyyən edilməsi üçün araşdırma aparılmalı, o cümlədən bu məbləğdə cərimə borcunun tənəsübsüz surətdə yüksək olub-olmadığı müəyyən edilməlidir. Bununla belə hesab edirəm ki, hazırki ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı “borcun tutulması” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar