Məhkəmə qərarları › İş №e-2(001)-6693/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6693/2021

19.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6693/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, kreditor Tələbkar MMC-nin borclular Borclu1 və Borclu2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə məhkəmə əmrinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Tələbkar MMC borclular Borclu1 və Borclu2 qarşı məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclular Borclu1 və Borclu2 Tələbkar MMC-nin xeyrinə 410 manat məbləğində əsas borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Borclu1 əmr üzrə borclu qismində müəyyən edilsə də, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 279.2.2-ci və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir; 279.2-ci və 279.2.1-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir; 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Tələbkar MMC-nin borclular Borclu1 və Borclu2 qarşı “pulun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hazırki qərardad kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar