Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6707/2023 21.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi, Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) "uşağın atası olmamasının müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə isə tələbini dəqiqləşdirməklə, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Ehibar oğlunun xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 atası olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki,İddiaçı (bundan sonra İddiaçı) ilə hazırki iş üzrə Cavabdeh (bundan sonra Cavabdeh) ilə xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuşdur. Sözügedən nikah Şirvan şəhər Qeydiyyat şöbəsində 229 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçı ilə cavabdehin birgə nikah dövründə cavabdeh xx.xx.2023-cü il tarixdə uşaq dünyaya gətirmişdir. 5 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə doğulmuş uşağın doğumu xx.xx.2023-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 6442 nömrəli akt qeydi ilə qeydə alınmış, uşağın adı “Xədicə”, soyadı “Məmmədova”,ata adı “Fuad qızı” qeyd edilmişdir. Doğum haqqında akt qeydləri kitabında uşağın anası “Cavabdeh, milliyyəti azərbaycanlı”, atası “İddiaçı, milliyyəti azərbaycanlı” qeyd edilmişdir. İddiaçı bildirir ki, son 2 (iki) ildir ki, Cavabdehdən ayrı yaşayır, birgə təsərrüfat sürmürlər, həmin müddət ərzində hər hansı intim əlaqəyə daxil olmamışlar. Cavabdehin 2022-ci ildə hamilə qalması, xx.xx.2023-cü il tarixdə dünyaya uşaq gətirməsi barədə İddiaçının məlumatı olmamışdır. Cari ilin sentyabr ayında Cavabdeh ona xx.xx.2023-cü il tarixdə uşaq dünyaya gətirdiyini bildirmiş və onun atasının başqa şəxs olduğunu demişdir. Sözügedən uşağın iddiaçıya heç bir aidiyyatı olmaması səbəbindən o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər arasında nikah pozulmamışdır. Onların birgə nikahından xx.xx.2000ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Hazırda iddiaçı ailənin dağılmasını istəmir. Lakin cavabdehdən doğulan sonuncu uşağın atası iddiaçı deyil. Tərəflər faktiki olaraq 2 ildir ki, ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur. İddiaçı hazırda Şirvanda, cavabdeh isə Bakı şəhərində yaşayır. Cavabdeh iddiaçı ilə rəsmi nikah münasibətlərində olsa da, nikahdan kənar uşağı doğulmuşdur. Nikahda olduqları üçün doğulan uşaq bir başa iddiaçının uşağı kimi rəsmiləşdirilmişdir. Uşaq hazırda 5-6 aylıqdır və anasının himayəsindədir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdehlə konfidensial söhbəti zamanı cavabdeh iddiaçının onun uşağının atası olmadığını etiraf etmişdir. Həmçinin etirafını yazılı şəkildə məhkəməyə təqdim olunması üçün ona təqdim etmişdir.
5. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 izahatında bildirmişdir ki, cavabdeh iddianı etiraf edirsə, iddianın təmin edilməsinə etiraz etmir. Həmçinin uşaq iddiaçını atası kimi tanımırsa, hazırki qətnamə ilə uşağın mənafeyinə toxunan hal müəyyən edilmir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, xx.xx.2023-cü il tarixində məhkəməyə ünvanladığı məktubunda mülki işə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 avqust 2017-ci il tarixli, AZ-İİ seriyalı, 224145 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.1999-cu il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 229 № ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada “Məmmədova” soyadı verilmişdir.
8. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 939673 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023cü il tarixində Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası Cavabdehdır.
9. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. İddiaçı ilə cavabdeh arasında xx.xx.1999-cu il tarixdə nikah bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində Xədicə adlı qız uşağı dünyaya gətirmiş, uşağın doğum haqqında şəhadətnaməsində atası qrafasında İddiaçı qeyd edilmişdir
11. İddiaçı həmin uşağın atası olmadığını iddia etməklə, bunun məhkəmə qaydasında müəyyən edilməsini xahiş edir. İddiasını onunla əsaslandırır ki, cavabdehlə 2 ildir ki, faktiki olaraq ayrı yaşayır və aralarında intim münasibət olmamışdır. Belə olan halda uşağın ondan olması ehtimalı yoxdur.
12. Cavabdeh isə nümayəndəsi və vəkili vasitəsilə məhkəməyə yazılı ərizəsini təqdim edərək, iddiaçının Xədicə Məmmədovanın atası olmadığını etiraf edir. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
14. 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
15. 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
16. 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
17. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır
18. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
19. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Tətbiq edilən prosessual normalar:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
23. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
26. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
27. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hüquqi əsaslandırma:
29. Atalığa dair mübahisə açma, dolayısı ilə uşağın mənşəyinin müəyyən edilməsi valideyn və uşaq münasibətlərinin yaranma əsasını təşkil edir. Hansı ki, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. İddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 47.1-ci maddəsi təşkil edir. Hansı ki, qanunun həmin normasına əsasən doğum haqqında şəhadətnamədə uşağın atası kimi qeyd edilmiş şəxsin həmin halı mübahisələndirmək hüququ var və bununla bağlı tələb yalnız uşağın atası kimi yazılmış şəxsin qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bildiyi halda əsassızdır.
30. İşin müəyyən edilmiş halları baxımından müəyyən edilir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 doğulan zaman iddiaçı ilə cavabdeh rəsmi nikah münasibətlərində olduqları üçün uşaq doğulduqdan sonra doğum haqqında şəhadətnaməsində atası qrafasında İddiaçı qeyd olunanda atanın ərizəsinin alınmasına zərurət olmamışdır. Hazırda, cavabdeh özü də iddiaçının uşağın atası olmadığını etiraf edir. Digər tərəfdən uşağın mənafeyinə münasibətdə isə Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi hazırki iddianın təmin edilməsinin iddiaçını atası kimi tanımayan körpənin mənafeyinə zidd olmadığını bildirir.
31. Odur ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməli və iddiaçının irəli sürdüyü tələblər üzrə qətnamə qəbul edilməlidir. Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh doğulan xx.xx.2023-cü il təvəllüdlü X1 atası olmaması müəyyən edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. İddiaçı Cavabdeh doğulan xx.xx.2023-cü il təvəllüdlü X1 atası olmaması müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev