Məhkəmə qərarları › İş №e-2(001)-677/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-677/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-677/2025 21.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 9500 manat pul məbləği və ödənilmiş 115 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxılmasını xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi, Yoncalıq ərazisində 100 m2 torpaq sahəsində inşa edilən ümumi sahəsi 60m2 olan 3 otaqlı 1 mərtəbəli evin bərpa olunmasına çəkilməli xərc olaraq 7472 manatın və 95 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Həm ilk iddia üzrə iddiaçının, həm də qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə hazırlıq iclasından öncə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə vəsatət ilə məhkəməyə müraciət edərək tərəflər arasında barışıq əldə edildiyindən iddia və qarşılıqlı iddia ərizələrinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər.

4. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatətlər təmin edilərək, ilkin və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər onu vermiş şəxslərə geri qaytarılmalı, həmçinin ödənilmiş dövlət rüsumları da ilkin və qarşılıqlı iddiaçılara ödənilməlidir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. - Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. - Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

6. Mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilərkən həmin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsinin də həll edilə bilməsinə dair məhkəməyə dispozitiv səlahiyyət vermişdir. Məhkəmə bu səlahiyyətindən istifadə edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri geri qaytarıldığından ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 115 manat və qarşılıqlı iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 250 manat məbləğində dövlət rüsumu da iddiaçılaraa qaytarılmalıdır.

7. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İlkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların nümayəndəsi və vəkilləri tərəfindən verilmiş vəsatətlər təmin edilsin.

2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçılara geri qaytarılsın.

3. İlkin iddia tələbi üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 115 manat məbləğində dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində ödənilmiş 95 manat və xx.xx.2025-ci il tarixində ödənilmiş 155 manat, ümumilikdə 250 manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar