Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6773/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən istehlakçıların zəmanət müddəti ərzində məhsullarda qüsur və ya saxtalıq aşkar etdikləri üçün öz istəklərinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirilməsinə, satış qiymətlərinin uyğun məbləğdə azaldılmasına, qüsurun aradan qaldırılmasına dair tələbləri icra olunmadığından istehlakçıların çəkdiyi xərclərin əvəzinin ödənilməsi, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsi haqqında və istehlakçı satıcı (istehsalçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmadığı üçün 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə yuxarıdakı tələblərinin təmin olunmasına dair, ümumilikdə yaşadığımız psixolojik gərginliklərə görə hər ikimizə ən az 10 min manat məbləğində dəymiş mənəvi zərər cavabdehdən tutularaq biz iddiaçılara ödənilməsinə dair, ona ümumilikdə yaşadıqları maddi məhrumiyyətlərə görə 10 min manat məbləğində dəymiş maddi zərər və əldən çıxmış fayda cavabdehdən tutularaq biz iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6338/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmış və iddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması barədə nöqsanı aradan qaldırsa da, iddiaçının nümayəndəsi nöqsanları tam aradan qaldırmadan yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının nümayəndəsinin iddianın mümkünlüyü ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmaması nöqsanı aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmək üçün yox, narazı olduğu qərardaddan şikayət vermək üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-6773/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6773/2024
24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver