Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-686/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mənzilə istifadə hüququ, yaşayış sahəsinə ehtiyac) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 2, 9 nömrəli evin 8 nömrəli mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, döngə 2, 9 nömrəli evin 8 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil onun mülkiyyətinə atasından vərəsəlik qaydasında keçmişdir. Cavabdehlərdən Cavabdeh1 ilə 06 avqust 1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan iki övladları-xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1999cu il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. O, Cavabdeh1 ilə evləndikdən sonra vərəsəlik yolu ilə onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, döngə 2, 9 nömrəli evin 8 nömrəli mənzildə yaşamağa başlamışlar. Övladlarları da həmin mənzildə doğulub və qeydiyyata alınmışlar. Bundan başqa, Cavabdeh1 birgə təsərrüfat idarə etmiş, daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Belə ki, Cavabdeh1 ilə birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzili, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzili almış və 2010-cu ildə isə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evini tikərək, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək, orada yaşamağa başlamışlar. 2022-ci ilin sonlarında Cavabdeh1 ilə münasibətləri pozulmuş və o, yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində yerləşən 31/A nömrəli fərdi yaşayış evindən çıxaraq vərəsəlik yolu ilə mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Hal-hazırda həmin ünvanda yaşayır. Cavabdehlər Cavabdeh1 və X2 isə fərdi yaşayış evində yaşayırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-362/2023 saylı qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.1996-cı il tarixli nikah pozulmuş və ailə münasibətlərinə tamamilə xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1926/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) İddiaçı Cavabdeh1 qarşı “əmlak bölgüsü və pul tələbinə dair” ilkin iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0,62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m. yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin 1/2 (ikidə bir) hissəsində İddiaçı, 1/2 (ikidə bir) hissəsində Cavabdeh1 payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü və pul tələbinə dair” qarşılıqlı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0,02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2ci mərtəbədə yerləşən, 33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0,045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179,3 kv.m. ümumi, 84,25 kv.m. yaşayış sahəsindən, 95,05 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evinin 1/2 (ikidə bir) hissəsində iddiaçı Cavabdeh1, 1/2 (ikidə bir) hissəsində cavabdeh İddiaçı payının tanınması, cavabdeh İddiaçı 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi və ekspertiza xərcinin Cavabdeh1 aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, e-2(103)-3078/2023 saylı qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)-1926/2023 saylı qətnaməsi “Toyota Rav 4” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi; həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi; qarşılıqlı iddianın qeyd olunan hissədə təmin edilməsi; 2013-cü il buraxılışlı, **-VT-*** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin- 36000 (otuz altı min) manatın 1/2 hissəsi-18000 (on səkkiz min) manatın İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi; qətnamənin ekspertiza xərci ilə bağlı qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi; qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 180 (yüz səksən) manatının İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi; qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlərin hazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evi Cavabdeh1 ilə onun paylı mülkiyyətdədir və cavabdehlərin orada yaşamasına onun heç bir etirazı yoxdur. Bundan başqa Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mənzil digər Cavabdeh2 xüsusi mülkiyyətindədir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, onların iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mülkiyyətindən istifadə və sərəncam hüquqlarını həyata keçirməyinə maneçilik törədir. X1 mediatorluğunda mediasiya sessiyasında iştirak etmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə tam mediasiya sessiyasına keçməyə razı olmadı. Buna görə ona xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Mediasiya sessiyasında iştiraka görə Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına 60 (altmış) manat haqq ödəmişdir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində başqa mənzil olduğundan və digər Cavabdeh3 da onlarla birlikdə artıq 14 ildir ki, Cavabdeh1 ilə onun paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evində yaşadıqlarından onların ona məxsus mənzildə yaşamalarına ehtiyacı aradan qalxmışdır, buna görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, qızı Cavabdeh3 digər Cavabdeh1 ilə paylı mülkiyyətlərində olan 2 mərtəbəli həyət evinin ona məxsus hissəsinə qeydiyyata alınmasına etiraz olmamasına dair notarial qaydada ərizə təqdim etsə də, Cavabdeh1 bu barədə razılığının olmadığını bildirərək imtina edir. 2010-cu il tarixdən etibarən cavabdehlər mübahisəli mənzildə yaşamamışlar, oğlu ailəli olmaqla özünə məxsus mənzildə yaşayır. Cavabdehlər qeydiyyatdan çıxmamaq üçün irəli sürdükləri fikirlər bəhanədən ibarətdir və heç bir əsası yoxdur. Cavabdehlərin hər üçün izahatlarında 2010-cu il tarixdən həmin mənzildə yaşamadıqlarını təsdiq etmişlər. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaları onun hüquqlarını pozur, mənzilindən istədiyi kimi istifadə edə bilmir, mənzil ilə bağlı hər-hansı notariat əməliyyatlar aparılarkən, cavabdehlərin razılığı tələb olunur, ipoteka qoymaq istədikdə maneələrlə qarşılaşır, cavabdehlərin razılığını əldə etmək mümkün deyil, onlarla ünsiyyət yoxdur, münasibətləri münaqişəlidir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Vəkil yazılı etirazında və məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçının tələbi əsaslanır-Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsaslanaraq Qərarda göstərilən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür fikrinə istinad etmişdir. Lakin Cavabdeh3 həmin yaşayış sahəsinə ehtiyacı var, yəni Qərarda qeyd edilən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı halların ona heç bir aidiyyatı yoxdur. O, ailənin üzvüdür, sözügedən ünvanda doğulmuş və qeydiyyatdadır, yaşayış evinin tərkib hissəsindən istifadə hüququ var. Doğrudur, iddiaçı onun iddiaçı ilə anasının paylı mülkiyyətdə olan mənzilə qeydiyyata düşməyinə etiraz etməməsi barədə ərizə təqdim etsə də, paylı mülkiyyətə qeydiyyata düşmə barədə bütün mülkiyyətçilərin razılığı tələb edildiyindən bu mümkün deyil, eləcə də, onun könüllü olaraq bunu etmək niyyəti yoxdur. Çünki həmin paylı mülkiyyətdə olan evlərin naturada bölünməsi barədə məhkəmə mübahisəsi mövcuddur və mülkiyyətçilərin niyyəti gələcəkdə həmin mənzilləri hərrac vasitəsilə satışa çıxarmaqdır. Bundan əlavə, Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi gələcəkdə iddiaçı tərəfindən mənzilin özgəninkiləşdirilməsinə şərait yaradır ki, bu da vərəsəliklə həmin mülkdən ona aid olan payın itirilməsinə, hüquqlarının pozulmasına zəmin yaradır. Bu kimi səbəblərdən də cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsini rəhbər tutaraq iddiaçının Cavabdeh3 qarşı ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsinə dair olan hissəsində iddiasını qəbul etməyərək tamamilə etiraz edir. Cavabdeh3 hazırda yaşadığı önüllü olaraq seçməmiş, 2010-cu il tarixdə valideynlərinin iradəsi əsasında köçmüş, 14 il müddətdə mübahisəli mənzildə yaşamamışdır. Lakin həmin mənzildən yeni yaşayış sahəsinə köçən zaman valideynlərinin mehriban ailə münasibəti olmuş, valideynlərinin 10 il müddətdən sonra nikahlarının pozulacağını ehtimal etməmişdir. İddiaçı nikah pozulduqdan sonra qızının həmin mənzilə buraxmamış, digər cavabdeh ana isə qeydiyyatda olduğu evdə yaşamasını tələb etmişdir. Hesab edir ki, iddia cavabdehin hüquqlarının və mövcud qanunların pozulmasına yönəldilib, odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə 1996-cı ildə birgə nikada daxil olmuş, həmin tarixdən başlayaraq qeydiyyatda olmaqla 2010-cu il tarixədək ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Övladları Jalə və Elmar həmin mənzildə doğulmuş, həmin tarixdən də qeydiyyata alınmışlar. 2010-cu il tarixdə həyət evinə köçməklə hazırda həmin evdə qızı Jalə ilə birlikdə yaşayır. Onların qeydiyyatı mübahisəli mənzildə qalmışdır. Həmin ünvandan qeydiyyatdan çıxmağa etiraz etmişdir. Etirazına əsas isə, hazırda yaşadığı mənzil iddiaçı ilə paylı mülkiyyətdə olmaqla naturada bölgü ilə bağlı aralarında məhkəmə mübahisəsinin olmasıdır. Hazırda paylı mülkiyyətdə olan ev satıldıqdan sonra özünə yeni ev almaq imkanı yaranacaqdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 məhkəməyə ünanlanmış telegramın məzmununda göstərməklə, izahatında qeyd etmişdir ki, iddia tələbi ilə razı deyil. Belə ki, istifadə hüququna xitam verildikdə gələcəkdə atasının əmlakından ona çatası miras əmlakdan məhrum olacaqdır. Bundan başqa özü həmin mənzildə doğulmuş və böyümüşdür. Hal-hazırda həmin mənzildə yaşamasa da, hesab edir ki, mənzildə istifadə hüququ var. Özü mülkiyyətində olan Heydər Hüseynov küçəsində yerləşən mənzildə yaşayır. Yaşadığı mənzil ilə bağlı iddiaçı ilə məhkəmə mübahisələri vardır. İddiaçı evin alınmasına ödənilmiş pulun ona qaytarılmasını tələb etmiş, iddia tələbi rədd edilmişdir. O, qeydiyyatda olduğu mənzildə ailəvi vəziyyətinə görə yaşaya bilmir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, telegram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, Seriya MH, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində istifadədə olan 0,02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 2 otaqlı, 8 nömrəli mənzil xx.xx.2007-ci il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-362/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1996-cı il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, ünvan 10 ünvanda qeydiyyatdadırlar. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzil xx.xx.2024-cü il tarixdə 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanda yerləşən mənzil xx.xx.2024-cü il tarixdə 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 8əhəllə 3095, ev 37A, korpus 4, mənzil ünvanı xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. - Bakı şəhəri 26 saylı notariat ofisində notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, Heydərov İddiaçı Jalə Aydın qızının ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə və istifadə hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən işin araşdırılması ilə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, döngə 2, 9 nömrəli evin 8 nömrəli mənzil iddiaçının atasının xüsusi mülkiyyətində olmuş, vərəsəlik qaydasında xx.xx.2007-ci il tarixdən isə iddiaçının xüsusi mülkiyyətindədir.İş üzrə Cavabdeh1 ilə iddiaçı 06 avqust 1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla mübahisəli mənzildə yaşamağa başlamış, tərəflərin nikahından hazırki cavabdehlər -xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. O, Cavabdeh1 ilə evləndikdən sonra vərəsəlik yolu ilə onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, döngə 2, 9 nömrəli evin 8 nömrəli mənzildə yaşamağa başlamışlar. 2010-cu il tarixdıə tərəflər ailə münasibətləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evinə köçərək yaşamağa başlamışlar. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin yaşayış sahəsində yaşamaqla qeyd edilən yaşayış sahəsi Cavabdeh1 ilə iddiaçınnı paylı mülkiyyətindədir. İddiaçı ilə həyat yoldaşı arasında ailə münasibətləri pozulduqdan sonra mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş, hazırda yaşamaqdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-362/2023 saylı qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.1996-cı il tarixli nikah pozulmuş və ailə münasibətlərinə tamamilə xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1926/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “əmlak bölgüsü və pul tələbinə dair” ilkin iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0,62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m. yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin 1/2 (ikidə bir) hissəsində İddiaçı, 1/2 (ikidə bir) hissəsində Cavabdeh1 payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü və pul tələbinə dair” qarşılıqlı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0,02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0,045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179,3 kv.m. ümumi, 84,25 kv.m. yaşayış sahəsindən, 95,05 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evinin 1/2 (ikidə bir) hissəsində iddiaçı Cavabdeh1, 1/2 (ikidə bir) hissəsində cavabdeh İddiaçı payının tanınması, cavabdeh İddiaçı 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi və ekspertiza xərcinin Cavabdeh1 aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, e-2(103)-3078/2023 saylı qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)-1926/2023 saylı qətnaməsi “Toyota Rav 4” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi; həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi; qarşılıqlı iddianın qeyd olunan hissədə təmin edilməsi; 2013-cü il buraxılışlı, **-VT- *** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin- 36000 (otuz altı min) manatın 1/2 hissəsi-18000 (on səkkiz min) manatın İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi; qətnamənin ekspertiza xərci ilə bağlı qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi; qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 180 (yüz səksən) manatının İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi; qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlərin hazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evi Cavabdeh1 ilə onun paylı mülkiyyətdədir və cavabdehlərin orada yaşamasına onun heç bir etirazı yoxdur. Bundan başqa Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mənzil digər Cavabdeh2 xüsusi mülkiyyətindədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, xx.xx.2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edilən məəsələ ilə əlaqədar hesab edir ki, mübahisəli mənzil 2007-ci il tarixdən iddiaçının mülkiyyətində olduğundan tərəflər arasında olan mübahisəyə xx.xx.2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 iddiaçının övladları, digər Cavabdeh1 isə keçmiş həyat yolfaşı olmaqla sözügedən mənzildən istifadə hüquqları vardır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır”. Mülki Məcəllənin 262-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. ... Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Cavabdeh1 mülkiyyətində mənzil və kifayət qədər dəyərli olan digər əmlak vardır. Eyni zamanda iddiaçı ilə onun arasında etibarlı ailə əlaqələri yoxdur. Cavabdeh1 yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da sübuta yetirilmir. Əksinə, onun 2010-cu il tarixdən mübahisəli mənzildən köçdüyü, hazırda yaşadığı yaşayış sahəsinin paylı mülkiyyətçisi olduğu və özünün etirafı ilə də həmin yaşayış sahəsində yaşadığı müəyyən edilmişdir. Digər Cavabdeh2 Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mənzilin sahibidir, 2010-cu il tarixdən mübahisəli mənzildə yaşamamaqla yaşayış sahəsinə ehtiyacını iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması öz təsdiqini tapmamışdır. Digər Cavabdeh3 münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatı və işin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh3 2010-cu il tarixdən ailəsi ilə birlikdə, yəni valideynlərinin ailə münasibətində olduğu müddətdə hazırda yaşadığı və valideynlərinin paylı mülkiyyətində olan yaşayış sahəsinə köçmüş, hazırda həmin ünvanda anası Kəmnalə Heydərova ilə birlikdə yaşamaqdadır. Məhkəmə iclaslarında iddiaçı notarial ərizə ilə qızı Cavabdeh3 hazırda yaşadığı yaşayış sahəsinin iddiaçının özünün paylı mülkiyyətində olan hissəsində qeydiyyata alınmasına razılığını bildirsə də, digər paylı mülkiyyətçi qızının həmin yaşayış sahəsinə qeydiyyatına razılığ verməkdən imtina etmiş, imtinasını paylı mülkiyyətdə olan əmlakın natura şəklində bölünməsi və satışı ilə əlaqələndirmişdir. Qeyd edilən hallar özü-özlüyündə cavabdehlərin sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Bu baxımdan məhkəmənin qənaətinə görə, cavabdehlərin mübahisəsi gedən mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkündür. Məhkəmə o nüansı da diqqətdə saxlayır ki, Cavabdeh3 yaşayış sahəsinə rhtiyacı olduğunu irəli sürsə də, bu günə qədər iddiaçının mülkiyyətində olan mənzilə köçürülmə ilə bağlı hərəkətsizlik nümayiş etdirmiş, mübahisəli mənzildə yaşamaq üçün iddiaçıya müraciət edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları da onların həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir; Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Beləliklə yuxarıda qeyd edilən işin halları və qanunvercilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-686/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-686/2025
10.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver