Məhkəmə qərarları › İş №e-2(001)-6943/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6943/2025

13.03.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(001)-6943/2025 13.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçı İddiaçı, nümayəndəsi (vəkili) nümayəndə2 oğulunun, Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi nümayəndə1, vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən III şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 cəlb edilməklə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı aprel, may və iyun aylarına aid əmək haqqının ödənilməmiş nağd hissəsi, həmçinin şirkətə məxsus nəqliyyat vasitəsinin təmiri üçün şəxsi vəsaiti hesabına xərclənmiş, ümumilikdə 2000 manat məbləğin tam şəkildə ödənilməsi, işəgötürənin və onun vəzifəli şəxsləri tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində iddiaçıya dəymiş 1500 manat məbləğində mənəvi zərərin, habelə işə buraxılmadığı müddət ərzində dəymiş maddi ziyanın işəgötürən tərəfindən tam həcmdə ödənilməsi, İddiaçı əmək funksiyasının yerinə yetirilməsinə yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması və əmək fəaliyyətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, bir neçə ildir, Cavabdeh sürücü vəzifəsində çalışır. İşə başladığı tarixdən bu günə qədər əmək münasibətlərində ciddi qanun pozuntuları ilə qarşılaşmışdır. Belə ki, əmək haqqının ödənilməsi ilə bağlı şəffaflıq təmin olunmur, əmək haqqı tam şəkildə rəsmi qaydada ödənilmir. Aylıq əmək haqqı 700 manat təşkil etməsinə baxmayaraq, yalnız 215 manatı bank kartına köçürülür, yerdə qalan hissəsi isə nağd şəkildə və qeyri-rəsmi formada təqdim olunur. Bundan əlavə əmək haqqının ödənilməsində aylarla gecikmələr olur. # #### 2025-ci il tarixdə aprel, may və iyun aylarına aid ödənilməmiş əmək haqqını tələb etdiyi üçün Cavabdeh MMC-nin insan resursları üzrə mütəxəssisi Orxan və mühafizə rəisi Hüseyn tərəfindən təzyiq göstərilərək əmək fəaliyyətinə könüllü şəkildə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilmişdir. Bu təzyiqlərə baxmayaraq, ərizə yazmaqdan imtina etdiyi üçün mühafizə rəisi Hüseyn tərəfindən iş yerindən uzaqlaşdırılmış və digər mühafizəçilərə işə buraxılmamağı tapşırılmışdır. Bir müddət sonra İddiaçı iş yerinə çağırılaraq könüllü formada işdən çıxmaq barədə ərizə yazacağı halda ödənilməmiş əmək haqqının veriləcəyi bildirilmişdir. Lakin bununla razı olmadıqda yığılmış əmək haqqının ödənilməsindən imtina olunmuşdur. Hazırda əmək fəaliyyətini yerinə yetirməyinə qanunsuz olaraq maneə yaradılır, iş yerinə buraxılmır. Əmək funksiyalarını yerinə yetirmək üçün işəgötürən tərəfindən işçi İddiaçı təhkim olunmuş iri tonajlı su daşıyan nəqliyyat vasitəsi texniki cəhətdən köhnə və nasaz vəziyyətdə olduğundan onun istismarı zamanı mütəmadi olaraq təmirə ehtiyac yaranırdı. Buna baxmayaraq, işəgötürən nəqliyyat vasitəsinin texniki vəziyyətinin təmin olunması və təmirinə dair öhdəliyini yerinə yetirməmiş, bu məqsədlə heç bir maliyyə vəsaiti ayırmamışdır. Nəticədə, nəqliyyat vasitəsinin istismarı zamanı yaranmış təmir xərclərini iddiaçı şəxsi vəsaiti hesabına qarşılamışdır. Bu xərclərin sonradan ona ödəniləcəyi işəgötürən tərəfindən vəd edilsə də, bu günə qədər həmin vəsaitlər qaytarılmamışdır. İddiaçı ##.##.2026-cı il tarixdə iddia ərizəsinə əlavə ilə bildirmişdir ki, bir neçə il cavabdeh Cavabdeh MMC-də sürücü vəzifəsində işləmiş və əmək münasibətlərində hüquqları mütəmadi olaraq kobud şakildə pozulmuşdur. Belə ki, işə qəbul edilərkən ona söz verildiyi kimi hər ayın sonunda ödənilməli olan 700 manat məbləğində əmək haqqının 215 manatı bank kartına köçürülür, qalan hissəsi isə kassadan hissə-hissə nağd şakildə ödənilir və əmək haqqının ödənilməsində aylarla gecikdirmələr olurdu. ##.##.2025-ci il tarixdə aprel, may və iyun aylarının ödənilməmiş əmak haqqını teləb etdiyinə görə Cavabdeh MMC-nin insan resursları üzrə mütəxəssisi nümayəndə1 və mühafizə rəisi Hüseyn Qurbanov iddiaçıya təzyiq göstərərək öz xahişi ilə işdən azad edilməyi haqqında ərizə yazmağa məcbur etdilər. Lakin onların qanunsuz tələbinə əməl edib ərizə yazmadığı üçün həmin tarixdən etibarən iş yerinə buraxılmamış, lakin bununla bağlı hər hansı bir sənəd verilməmiş və son haqq-hesab ona ödənilməmişdir. İşəgötürən tərəfindən su daşınması üçün iddiaçıya təhkim olunmuş "MAN" markalı ağırtonnajlı avtomobil köhnə və texniki cəhətdən nasaz olduğu üçün istismar zamanı tez-tez onun təmirinə ehtiyac yaranırdı. Lakin işəgötürən tərəfindən bu məqsədlə heç bir maliyyə vəsaiti ayrılmadığı üçün təmir xərcləri iddiaçının şəxsi vəsaiti hesabına ödənilmiş, onların qarşılığının iddiaçıya ödəniləcəyi işəgötürən tərəfindən vəd edilsə də, şifahi qaydada üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İIkin mediasiya sessiyasında iştirak etmək üçün Mediasiya Təşkilatına 60 AZN, iddiaçını məhkəmədə nümayəndə qismində təmsil etmək üçün vəkil X3 600 AZN məbləğində pul ödəmişdir. 2025-ci ilin aprel, may və iyun ayları üçün əmək haqqının nağd şəkildə ödənilməmiş qalan hissəsinin, avtomobilin təmiri üçün ümumilikdə, xərclədiyi 2000 AZN məbləğində, X3 və Mediasiya Təşkilatına pul ödədiyi üçün vurulmuş real zərərin əvəzi olaraq 660 AZN məbləğində pulun qarşı tərəfdən alınıb iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, aprel, may və iyun ayları üçün ona ödənilən 700 manat əmək haqqının 215 manat hissəsi karta mədaxil edilmiş, yerdə qalan məbləği qarşı tərəfdən tələb edir. Həmçinin bir neçə dəfə maşına öz hesabına benzin vurmuş, həmçinin maçının öz hesabına bir neçə dəfə təmir elətdirmişdir. Lakin hazırda bunları sübuta yetirəcək heç bir qəbz və ya çeki yoxdur. Cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak edərək iddiaya dair etirazını bildirmiş və rədd edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi nümayəndə1 məhkəmənin suallarına cavab olaraq bildirdi ki, işçilər hər gün işə gəlsələrdə, iş rejimi azad olmuş, həftədə bir neçə dəfə rayona gedərək su gətirmişlər. Maaş da buna uyğun verilib. Maşınlara hansısa təmir işlərinin aparılması və ya benzin vurulması isə tamamilə absurddur. Buna dair heç bir sübut yoxdur. Nəqliyyat vasitələri iri tonnajlıdır və özlərinin qarajı var, şirkət təmirə özü nəzarət edir. Hazırda cavabdehin bayram günlərində işlədilməsi ilə əlaqədar əmək müfəttişliyinin tutduğu nöqsanı etiraf edirlə və bununla əlaqədar da pul qarşı tərəfə ödənilmişdir. Müstəqil tələb irəli sürməyən III şəxs X6 elektron qaydada məhkəmə tərəfindən sorğu edilmiş sənədləri təqdim etsə də nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddiaçı və onun nümayəndəsini (vəkilini) cavabdehin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı cavab məktubuna əsasən Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə daxil olmuş məktuba Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. İddiaçı müraciətilə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Cavabdeh MMC ilə (bundan sonra-Cəmiyyət) İddiaçı arasında ##.##.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Müraciət ilə əlaqədar ətraflı məlumatın verilməsi, pozuntuların dəqiqləşdirilməsi və izahatın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunma barədə İddiaçı ünvanına tərəfimizdən *-**-*/*-Ş-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilmiş, araşdırmaya izahat və əmək haqqı bank hesabından çıxarışı təqdim edilmişdir. Eyni zamanda müraciətinizdə qeyd olunan məsələlərin ətraflı araşdırılması məqsədilə Cəmiyyətin ünvanına ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmış, lakin tələb olunan sənədlər tam və düzgün formada təqdim edilməmişdir. Həmçinin Cəmiyyət tərəfindən təqdim edilən iş vaxtının uçotu cədvəllərindən İddiaçı 9 may, 28 may, 6 iyun, 26 iyun, 2025ci il tarixləridə iş günü hesab edilməyən bayram günlərində əmək Məcəlləsinin 107-ci maddəsinin tələbləri pozularaq işə cəlb edildiyi, həmçinin 28 yanvar, 07 mart, 19 mart, 27 may, 14 iyun və 25 iyun tarixlərində həmin Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq iş vaxtına 1 saat qısaldılmanın edilmədiyi, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Habelə təqdim edilən sənədlərdən bayram günlərində İddiaçı işə cəlb edildiyinə görə əlavə olaraq ##.##.2025-ci il tarixində 141.81 vəsaitin ödənildiyi məlum olmuş, lakin iyul ayı üzrə əmək haqqının qanunvericiliyin tələblərini pozaraq əksik ödənildiyi məlum olmuşdur. Aparılan araşdırma zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin (şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır) tələblərinə uyğun olaraq digər vətəndaşın əmək hüquqlarının pozulması ilə bağlı yol verilmiş qanun pozuntularına görə Cəmiyyətin vəzifəli şəxsi ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilərək 10 gün müddətində müraciətin əsasında tələb olunan sənədləri tam olaraq Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Eyni zamanda Cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinə uyğun olaraq ##.##.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol, ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqinda işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad və işin materialları İnzibati Xətalar Məcəllesinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyi nəzərə alınaraq aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Habelə təqdim edilən sənədlərdən İddiaçı sonuncu dəfə qərardan sonra 25.07 vəsaitin ödənildiyi məlum olmuş, lakin sənədlər tam təqdim edilmədiyindən vesaitlərin İddiaçı qanunvericiliyin tələblərinə uyğun ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır. Bildiririk ki, müəssissə tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı heç bir üzrsüz səbəb göstərilmədən ##.##.2025-ci il tarixdən işə gəlmədiyi və müvafiq olaraq aktlar tərtib edilmiş ve həmin aktlara əsaslanaraq Əmək müqaviləsinə yuxarıda qeyd edilən maddəyə uyğun xitam verildiyi məlum olmuşdur.Cəmiyyətin işəgötürəni tərəfindən sənədlərin İdarəyə tam təqdim ediləcəyi təqdirdə İddiaçı ilə bağlı əlavə məlumat veriləcəyi qeyd edilmiş, lakin sənədlər tam və düzgün formada təqdim edilmədiyindən şərti qərar qüvvəyə minmişdir. Qeyd edilən səbəblərdən İddiaçı məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. ##.##.2023-cü il tarixli, Q/**-**-**/** saylı əmrdən müəyyən olunur ki, İddiaçı ## #### 2023-cü il tarixindən sınaq müddəti 1 ay olmaqla Avtonəqliyyat şöbəsinə (MAN) sürücü vəzifəsinə təyin olunmuşdur. ##.##.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə aylıq 230 manat əmək haqqı ödənilmək şərtilə əmək müqaviləsi bağlanmışdır. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə X6 müraciət edərək bildirmişdir ki, bir neçə ildir, Cavabdeh MMC-də sürücü vəzifəsində çalışır. İşə başladığı vaxtdan bu günədək əmək haqqının ödənilməsində davamlı gecikmələr olmuş va məbləğ tam ödənilməmişdir. Bununla yanaşı işi ilə əlaqədar şəxsi vəsaiti hesabına müxtəlif xərclər etmişdir. # #### 2025-ci il tarixdə aprel, may və iyun aylarına məxsus ödənilməmiş əmək haqqımı tələb etdiyi üçün Cavabdeh MMC-nin insan resursları üzrə mütəxəssis Orxan və mühafizənin rəisi Hüseyn heç bir əsas olmadan, qanunsuz şəkildə işdən çıxmağı üçün onu ərizə yazmağa məcbur etmişlər, lakin yazmayacağını bildirdikdə Hüseyn tərəfindən iş yerindən qovulmuş və işə buraxılmamağını mühalizələrə tapşırdı. Hal-hazırda iş yerinə buraxılmır və əmək funksiyalarını yerinə yetirməmək səbəbi ilə töhmət veriləcəyini düşünür. Əmək hüquqlarının kobud şəkildə pozulması onu narahat edir. Hüquqlarının barpa olunmağında kömək göstərilməsini xahiş etmişdir. Əmək haqqı ödənişlərinin cədvəlindən görünür ki, İddiaçı 2025-ci ilin aprel, may, iyun ayları üçün aylıq 215.25 manat məbləğində ödəniş olunmuşdur. Cavabdeh MMC tərəfindən X6 Xidmətinə ünvanlanan ##.##.2025-ci il tarixli, ** nömrəli məktubda bildirilmişdir ki, Cəmiyyətin istifadəsində olan iri tonajlı "MAN" markalı maşınlar və onların su çənləri qoşquları 2011-ci il istehsalıdır. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanun tələblərinə əsasən avtomobillər və onların qoşquları illik texniki baxışdan mütəmadi olaraq keçirilirlər. Avtomobillərin və qoşquların texniki vəziyyətləri barədə X2 tərəfindən heç bir iradlar olmamışdır. Texniki baxışdan keçməmiş avtomobillər X2 tərəfindən istismara buraxılmır. İşçilərlə əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə təlimatlar keçirilir. ##.##.2025-ci il tarixli, A/**-**-**/**-* saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən "Logistika şöbəsi" bölməsində "Sürücü" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış *******000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2025 tarixindən xitam verilmişdir. Bu ##.##.2025-ci il tarixli bildirişlə İddiaçı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, ifadəsində bildirdi ki, iddiaçı kimi o da şirkətdə sürücü işləyib. Onu da qanunsuz işdən azad ediblər. Onlar hər ay 700 manat maaş alırdılar. 215 manat maaş kartına qalan hissə isə əlbəəl verilirdi. Hər gün bir neçə reys edir və Bakıya su daşıyırdılar. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, şirkətdə əlavə sürücü kimi işləyir. Kimsə işə çıxmayanda və ya ehtiyac olanda o sürücü kimi su gətirirdi. Nəqliyyat vasitəsi ağır tonnajlı idi, sürücülər hər gün bir neçə reys edirdilər. Hər gün gələndə qeydiyyatdan keçirdilər. İddiaçının nümayəndəsi tərəfindən ona təqdim edilən cədvəl və imzaları heç vaxt görməyib. Sürücü kimi 700 manat maaş alır həmin pulun bir hissəsi maaş kartına otururdu. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 174-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 196-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh MMC-də su maşını sürücüsü vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 230 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC ilə (bundan sonra-Cəmiyyət) İddiaçı arasında ##.##.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) əsasən xitam verilmiş, iddiaçının müvafiq müraciəti əsasında III şəxs tərəfindən araşdırma aparılması məqsədilə cavabdeh şirkətə sənədlərlə bağlı sorğu ünvanlanmış, araşdırmaya izahat və əmək haqqı bank hesabından çıxarışı təqdim edilmiş, eyni zamanda sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmış, lakin tələb olunan sənədlər tam və düzgün formada təqdim edilməmişdir. Həmçinin Cəmiyyət tərəfindən təqdim edilən iş vaxtının uçotu cədvəllərindən İddiaçı 9 may, 28 may, 6 iyun, 26 iyun, 2025-ci il tarixləridə iş günü hesab edilməyən bayram günlərində əmək Məcəlləsinin 107-ci maddəsinin tələbləri pozularaq işə cəlb edildiyi, həmçinin 28 yanvar, 07 mart, 19 mart, 27 may, 14 iyun və 25 iyun tarixlərində həmin Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq iş vaxtına 1 saat qısaldılmanın edilmədiyi, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Habelə təqdim edilən sənədlərdən bayram günlərində İddiaçı işə cəlb edildiyinə görə əlavə olaraq ##.##.2025-ci il tarixində 141.81 vəsaitin ödənildiyi məlum olmuş, lakin iyul ayı üzrə əmək haqqının qanunvericiliyin tələblərini pozaraq əksik ödənildiyi məlum olmuşdur. Aparılan araşdırma zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin (şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır) tələblərinə uyğun olaraq digər vətəndaşın əmək hüquqlarının pozulması ilə bağlı yol verilmiş qanun pozuntularına görə Cəmiyyətin vəzifəli şəxsi ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilərək 10 gün müddətində müraciətin əsasında tələb olunan sənədləri tam olaraq Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Eyni zamanda Cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinə uyğun olaraq ##.##.2025-ci il inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Təqdim edilən sənədlərdən İddiaçı sonuncu dəfə qərardan sonra 25.07 vəsaitin ödənildiyi məlum olmuşdur. Həmçinin cavabdeh işəgötürən tərəfindən İddiaçı ilə bağlı sənədlər tam və düzgün formada təqdim edilmədiyindən əmək müfəttişliyi tərəfindən tətbiq edilən şərti qərar qüvvəyə minmişdir. Hazırda iddiaçı 700 manat əmək haqqı aldığını, cavabdehdən aprel, may, iyun aylarının 215 manatdan əlavə ödənilməli pulu tələb etsə də, cavabdeh tərəfindən bu hal etiraf olunmamış, iddiaçı tərəf də bununla əlaqədar heç bir əsaslı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələrinə münasibətdə isə məhkəmə həmin şəxslərin əvvəllər və hazırda da cavabdeh təşkilatla məhkəmə müstəvisində mübahisə apardığını, şahid Əhməd Talıbovun da Cavabdeh MMCyə qarşı işə bərpa və əmək haqqı ilə bağlı tələbinin əmək haqqının verilməsinin gecikdirilməsinə görə pul vəsaiti xaric qalan hissədə tələbləri məhkəmə tərəfindən rədd edilmişdir. Belə vəziyyətdə adı çəkilən şahidlərin verdikləri ifadələrin həqiqəti və obyektiv reallığı hansı dərəcədə əks etdirdiyi bir qədər sual altındadır. Qeyd olunanlar isə iddiaçının öz tələbində irəli sürmüş olduğu arqumentlərin həqiqətə nə dərəcədə uyğun olmasına bir qədər kölgə salmış olur, halbuki Məhkəmə hər hansı iş üzrə qərar qəbul edərkən bütün ziddiyyətli məqam və şübhəli hallardan azad bir mövqe sərgiləməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə iddiaçı nəqliyyat vasitəsinin onun sahibliyində olduğu vaxtda müəyyən təmir işlərini aparması ilə əlaqədar təmir xərci və benzin pulunu da qarşı tərəfdən tələb etsə də, buna dair heç bir təsdiqləyici qəbz, akt və ya çek kimi sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə irəli sürülmüş tələbin sübuta yetirilə bilməməsi əsası ilə rədd edilməsini qanunamüvafiq hesab edir. Hazırki vəziyyətdə iddia rədd edildiyindən və iddiaçı tərəf də qanunla dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissə q ə t e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim : Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar