Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6963/2025 11.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi və alimentin dəyişdirilməsi tələbi) X12 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi və alimentin dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, məhkəmədən Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat məbləğində sabit pul məbləğində aliment tutulması, iddia ərizəsinin verildiyi tarixdən əvvəlki 3 illik müddət ərzində ödənilməmiş aliment məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi, mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 60 manat (İMS xərci - 50 manat, poçt xərci - 10 manat) məbləğin, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2013-cü il tarixli, 2(004)-5886/2013 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 28 yanvar 2012-ci il tarixdə, 63 nömrə ilə Bakı Nikah Evində qeydə alınmış nikahın pozulmasına, tərəflərin ümumi övladı, 12 oktyabr 2012-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmasına, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin hər ay tutulub İddiaçı ödənilməsinə qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh ilə iddiaçı arasındakı münasibətlər müəyyən qədər bərpa olunmuş, aralarında qarşılıqlı anlaşma yaranmış və bir müddət birgə təsərrüfat aparmağa başlamış, lakin yenidən nikaha daxil olmamışlar. Tərəflərin birgə nikahda olmadığı, lakin birgə təsərrüfat apardığı dövrdə xx.xx.2018-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Həmin dövrdə tərəflər ailə münasibətlərini davam etdirmiş, X1 və gündəlik tələbatlarının ödənilməsini birgə həyata keçirmişlər. Bu səbəbdən iddiaçı 01 mart 2014-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehdən heç bir aliment tələbinin olmadığını, uşağın saxlanılmasının o zaman birgə həyata keçirildiyini bildirmişdir. Lakin hal-hazırda iddiaçı ilə cavabdeh arasında heç bir şəxsi münasibət qalmamışdır və onlar birgə təsərrüfat aparmırlar. Bu məqsədlə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək alimentin yenidən icraya yönəldilməsi xahiş edilmişdir. Lakin övladı X7 cavabdeh tərəfindən indiyədək heç bir aliment ödənilməmişdir. Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44–45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Odur ki, məhkəməyə müraciət edərək yetkinlik yaşına çatana qədər X2 üçün aliment təyin edilməsi zərurəti yaranmışdır. İddiaçı ilkin olaraq "aliment ödənilməsi" tələbi ilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Təşkilatın xx.xx.2025-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, bu səbəbdən də tərəflər arasında razılıq əldə olunmamışdır. Həmçinin mediasiya xidmətlərinə görə yaranmış xərclər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı və cavabdeh arasındakı münasibətlər faktiki olaraq pozulduğuna görə, tərəflər ayrı yaşayırlar. Tərəflərin birgə nikahdan olan övladları hazırda iddiaçının yanında yaşayır. Onların təhsili, tərbiyəsi və gündəlik qayğıları ilə anası məşğul olur. Həmçinin bildirir ki, tərəflərin birgə nikahdan doğulmuş övladları iddiaçının yanında qaldığından, onların maddi təminatı ilə bağlı əsas məsuliyyət iddiaçının üzərinə düşmüşdür. Cavabdeh isə hazırda uşaqların saxlanılması üçün hər hansı məsuliyyəti üzərinə götürməmişdir. Bu səbəbdən hesab edir ki, uşaqların gündəlik tələbatlarının (qidalanma, geyim, təhsil, tibbi xidmət və s.) ödənilməsi ilə bağlı olaraq, Cavabdeh hər ay X9 üçün 246 manat məbləğində sabit pul məbləğində alimentin və Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, əvvəlki 3 illik müddət həddində aliment məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi işin hallarına və uşaqların üstün mənafelərinə uyğundur. İddia tələbini dəqiqləşdirdikdən sonra isə iddiaçı cavabdehdən həm də xx.xx.2012-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin sabit pul məbləğində tutulmasını xahiş etmişdir.
Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin nikahları 2013-cü ildə pozulmuşdur. Lakin daha sonradan barışmaqla birlikdə yaşamışlar. Bir müddət sonra aralarında yaranan ziddiyyətlərə görə münasibətləri korlanmışdır. Hazırda bir uşağa görə aliment tələb edilir, digərinə münasibətdə isə alimentin sabit pul məbləğində tutulmasını xahiş edirlər.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər arasında nikah pozulmuş, daha sonra barışmaqla birlikdə yaşamışlar. Ata faktiki olaraq 2025-ci ilin avqust ayına kimi uşaqların saxlanılmasında iştirak etmişdir. Mediasiya sessiyasından sonra isə münasibətləri tamam pozulmuşdur. Qaynana iddiaçının evdən çıxarılmasına dair iddia qaldırdıqdan sonra, iddiaçı aliment tələb etmişdir. İş üzrə müvəqqəti təminat tədbiri ilə tələb edilən alimentlər vaxtı vaxtında ödənilir.
Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(001)-5886/2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 28 yanvar 2012-ci il tarixi, 63 nömrə ilə Bakı Nikah Evində qeydə alınmış nikahın pozulması, tərəflərin ümumi uşağı xx.xx.2012-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında alimentin hər ay alınıb iddiaçıya verilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
7. İddiaçı ilə De Fendo Vəkil bürosunun rəhbəri arasında bağlanan hüquqi yadımın göstərilməsinə dair xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Vəkil1 göstərəcəyi hüquqi yardım üçün iddiaçı tərəfindən 325 manat vəsait ödənilmişdir. Ödəniş 523915*8969 saylı hesaba edilmişdir.
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-0793 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Nürəddin oğlu xx.xx.2025-ci il tarixdə keçirilən mediasiya sessiyasında iştirak etməmiş, mediasiya xərci sessiyada iştirak edən (səlahiyyətli nümayəndəsi vəsaitəsilə) İddiaçı tərəfindən ödənilmişdir.
Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-5886/2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 28 yanvar 2012-ci il tarixi, 63 nömrə ilə Bakı Nikah Evində qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulan xx.xx.2012-ci il təvəllüdlü X8 anasının (İddiaçı) yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında alimentin hər ay alınıb iddiaçıya verilməsi qət edilmişdir.
10. Daha sonra tərəflər arasında barışıq əldə edilmiş və faktiki nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X9 doğulmuş, doğum haqqında şəhadətnaməyə görə cavabdeh uşağın atası kimi tanınmışdır. .
11. Hazırda iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimenti və iddia ərizəsi verilən tarixdən əvvələ 3 illik alimenti tələb edir.
12. Cavabdeh tərəf isə iddia ilə qismən razılaşaraq, aliment məbləğinin qətnamə çıxarılan tarixdən hesablanmasını xahiş edir.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
14. 56.1-ci maddəsinə Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər;
15. 58.1-ci maddəsinə Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar;
16. 60.1-ci maddəsinə Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
17. 60.2-ci maddəsinə Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar;
18. xx.xx.2018-ci il təvəllüdlü X2 ilə bağlı aliment tələbini məhkəmə aşağıda göstərilənlərə əsasən qismən əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin
20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
21. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün aliment valideynlərin qazancından və (və ya) gəlirlərindən müəyyən pay şəklində məhkəmə qaydasında tutulur.
22. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
25. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
26. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
27. “Azərbaycan Respublikası 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
28. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. Eyni zamanda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
30. Bununla yanaşı həmin Plenum qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.
31. Məhkəmə uşaqları saxlamağın hər iki valideynin borcu olmasını, qazanca malik olmayan valideynin uşaqları saxlamaq vəzifəsindən azad olunmamasını, tələb edilən aliment məbləğinə dair mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 üçün cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay üçün 246 manat məbləğində müəyyən edilməlidir.
32. Yuxarıda göstərilən hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, sabit pul məbləğində təyin edilən aliment məbləği ölkə üzrə həmin il üçün müəyyən edilən minimum əmək haqqı (2025-ci il üçün 400 manat təşkil edir) məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə olduğu halda, tutulmalı olan 246 manat aliment məbləği 2025-ci il üçün müəyyən edilən minimum əmək haqqının 0,615 mislini təşkil edir.
33. xx.xx.2018-ci il təvəllüdlü X2 üçün tələb edilən 3 illik alimentə münasibətdə məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi aliment əvvəlki dövr üçün o zaman tutula bilər ki, iddiaçı buna qədər aliment almaq üçün tədbirlər görməli və görülən tədbirlərə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən yayınmalıdır.
34. Halbuki, iddiaçının mediasiyaya müraciət etdiyi vaxtadək cavabdehdən belə bir tələbi olmamış, hər hansı tədbir görülməmişdir.
35. Bundan başqa Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 üçün tələb edilən aliment məbləği xx.xx.2025-ci il tarixindən (alimentin alınması üçün mediasiyanın keçirilməsinə dair bildirişin göndərildiyi tarixdən) hesablanmalıdır.
36. Məhkəmə xx.xx.2012-ci il təvəllüdlü X3 üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-5886/2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 246 manat sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
38. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
39. Yuxarıda göstərilən Plenum qərarında həmçinin qeyd edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
40. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən eyni hüquqi əsaslandırmanı təkrar etmədən o qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-5886/2013cü il tarixli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləği dəyişdirilməli və cavabdehdən hər ay 246 manat aliment tutulmalıdır. Sabit pul məbləğində təyin edilən aliment məbləği ölkə üzrə həmin il üçün müəyyən edilən minimum əmək haqqı (2025-ci il üçün 400 manat təşkil edir) məbləğinin müvafiq misli həddində müəyyən edilməli olduğundan, tutulmalı olan 246 manat aliment məbləği 2025-ci il üçün müəyyən edilən minimum əmək haqqının 0,615 mislini təşkil edəcəkdir.
Tətbiq edilən prosessual normalar:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır;
44. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
45. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
47. 50. “Mediasiya haqqında” Qanunun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
48. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaiti, 60 manat məbləğində mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 325 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır.
Nəticə:
49. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə bu hissədə dərhal icra edilməli, aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(001)-561/2025 saylı qərardadının icrası zamanı ödənilən məbləğ nəzərə alınmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-5886/2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində aliment tutulmalı, tutulmanın əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
50. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat, mediasiya xərci olaraq 60 manat və hüquqi yardım üçün ödənilmiş 325 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “aliment tələbi və alimentin dəyişdirilməsi tələbi”nə dair iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə xx.xx.2018-ci il təvəllüdlü X2 üçün tutulmalı olan aliment hissəsində dərhal icra edilsin. Aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(001)-561/2025 saylı qərardadının icrası zamanı ödənilən məbləğ nəzərə alınsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-5886/2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı mıbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində aliment tutulsun, tutulmanın əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat, mediasiya xərci olaraq 60 manat və hüquqi yardım üçün ödənilmiş 325 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
X11