Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6978/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi, Bakı şəhəri 24 Saylı Vəkil Bürosunun vəkili Vəkil Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “mediasiya qaydasında barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2008-ci il təvəllüdlü X1 və 16 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı 12 avqust 2024-cü il tarixdən etibarən hər ayın 1-dən 15-dək hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində aliment ödənilməsinə dair MŞB/8/2004-01678 saylı 12 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 21 iyul 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 24 sentyabr 2008-ci il təvəllüdlü X1 və 16 iyun 2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment məsələsinə dair tərəflər arasında MŞB/8/2004-01678 saylı 12 avqust 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. MŞB/8/2004-01678 saylı 12 avqust 2024-cü il tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən Cavabdeh 24 sentyabr 2008-ci il təvəllüdlü X1 və 16 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı 12 avqust 2024-cü il tarixdən etibarən hər ayın 1-dən 15- dək hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin maraqlı şəxs Cavabdeh barışıq sazişi bağlandığı vaxtdan cəmi 200 (iki yüz) manat aliment ödəmişdir. Göründüyü kimi maraqlı şəxs Cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi, Bakı şəhəri 24 Saylı Vəkil Bürosunun vəkili Vəkil verdiyi izahatında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sazişin yalnız aliment hissəsində təsdiqini xahiş edir. Maraqlı şəxs Cavabdeh ərizəni qəbul edəərk bildirdi ki, sazişi icra etməməsinə səbəb uşaqlarla ünsiyyətinə ananın maneə yaratması olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2004-01678 saylı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Bununla bağlı məhkəmə hesab edir ki, sadalanan qanunların mənasına görə ayrıca icraatda baxılmasına baxmayaraq aliment tutulması ilə bağlı işlər üzrə tələb hüququ olan şəxslər dövlət rüsumu ödəməkdən azad edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq ərizəçi İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmaqla mediator X6 tərəfindən təsdiq olunmuş MŞB/8/2004-01678 saylı barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin:
1. 24 sentyabr 2008-ci il təvəllüdlü X1 və 16 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı 12 avqust 2024-cü il tarixdən etibarən hər ayın 1-dən 15-dək hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment Cavabdeh tutulsun. Barışıq sazişi təsdiq olunmuş hissədə dərhal icra edilsin. 100 (yüz) manat dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq ərizəçi İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva