Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-699/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X15 Hüseynağa qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh Şəms Şahlar qızının Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X12 iştirakları ilə, İddiaçı cavabdeh Şəms Şahlar qızına qarşı “uşağın atanın yanında saxlanması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdeh Şəms Şahlar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 dekabr 2009-cu il təvəllüdlü X1 atasının yanında qalmasının müəyyən edilməsi, 21 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit məbləğdə alimentin X3 tutularaq ona ödənilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh İddiaçı arasında bağlanmış 17 iyun 2010-cu il tarixli nikahın pozulması, birgə nikahlarından olan 21 dekabr 2009-cu il təvəllüdlü X1, 21 sentyabr 2011-ci il təvəllüdlü X4 və 12 iyul 2013-cü il təvəllüdlü X5 onun yanında saxlanılması və cavabdehdən hər bir uşağa görə hər ay 193 manat olmaqla, cəmi 579 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1\2023 saylı qərarı ilə iddia qismət təmin edilmiş, İddiaçı arasında 17 iyun 2010-cu il tarixində bağlanmış və Binəqədi rayon qeydiyyat şöbəsində 776 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan 21 dekabr 2009-cu il təvəllüdlü X1, 21 sentyabr 2011-ci il təvəllüdlü X4 və 12 iyul 22013-cü il təvəllüdlü X5 anaları X6 yanında qalmaları müəyyən edilmiş, 21 dekabr 2009-cu il təvəllüdlü X1, 21 sentyabr 2011-ci il təvəllüdlü X4 və 12 iyul 22013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay , hər uşaq üçün 160 manat olmaqla cəmi 480 manat sabit məbləğdə alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X7 ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı ilə birgə nikahdan doğulan uşaqların nikah pozulduqdan sonra anaları X6 yanında saxlanılması qət edilsədə 21 dekabr 2009-cu il təvəllüdlü X2 həmin vaxdan atası İddiaçı yanında qalır. X2 atasının yanında qalır, o zaman məhkəmə qərarı ilə atası İddiaçı yanında saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması üçün X3 İddiaçı xeyrinə hər ay 235 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq və iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, tərəflər arasında nikah ləğv olunduğu bir neçə ay sonra uşaq atasının himayəsində yaşamağa başlamışdır. Hazırda da uşaq atası və nənəsi ilə yaşayır. Onun bütün tədrisi və tərbiyəsini atası həyata keçirir. Həmçinin onun bütün saxlanma xərclərini də atası edir. Belə olan təqdirdə uşağın formal əsaslarla ananın himaysində qalmasının heç bir mənası da qalmır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədi. İzahatında bildirdi ki, həqiqətən də iddiaçı ilə nikahları ləğv edildikdən bir müddət sonra oğlu Məhəmməd atası və nənəsinin evində qalır və daimi orada yaşayır. Onun bütün xərclərini atası çəkir. Nənəsi onun geyimi, yeməyi ilə maraqlanır, iddiaçı ata yalnız iki uşağa görə aliment ödəyir. Lakin uşaq onunla da ünsiyyətdə olur. Uşağından imtina etmək istəmir. Sonrakı məhkəmə iclası barəsində məlumatlı olmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 21 dekabr 2009-cu il təvəllüdlü X2, 21 sentyabr 2011-ci il təvəllüdlü X8 və 12 iyul 2013-cü il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə X11 ilə İddiaçı arasında 17 iyun 2010-cu il tarixində bağlanmış və Binəqədi rayon qeydiyyat şöbəsində 776 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan 21 dekabr 2009-cu il təvəllüdlü X1, 21 sentyabr 2011-ci il təvəllüdlü X4 və 12 iyul 2013-cü il təvəllüdlü X5 anaları X6 yanında qalmaları müəyyən edilməsi, 21 dekabr 2009-cu il təvəllüdlü X1, 21 sentyabr 2011-ci il təvəllüdlü X4 və 12 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Binəqədi rayon icra hakimiyyətinin rəyi ilə, 21 dekabr 2009-cu il təvəllüdlü X1 İddiaçı himayəsində qalmağı məqsədəmüvafiq hesab olunur. Məhkəmə iclasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə mənafeləri öyrənilməsi məqsədi ilə izahatı alınmış 21 dekabr 2009-cu il təvəllüdlü X2 məhkəmənin suallarını cavablandıraraq qəti şəkildə atasının himayəsində yaşamaq istəməsini, anası və bacı-qardaşına da istədiyi zaman rahat baş çəkə bildiyini bildirdi. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığını müəyyən edir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri barədə mübahisə məhkəmə tərəfindən göstərilənlər nəzərə alınmaqla həll edilir: 1) uşağın hüquq və mənafeləri; 2) uşağın valideynlərdən hər birinə olan bağlılığı; 3) valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri; 4) uşağın yaşı; 5) uşağın inkişafı və tərbiyəsi üçün şərait yaradılması. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, bu tədbirlər istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 21-ci maddəsinə müvafiq olaraq, övladlığa götürmə sistemini qəbul edən və (və ya) onun mövcudluğuna icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk növbədə nəzərə alınmasını təmin edirlər. Həmçinin iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideylər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. “Uşaqların mənafeləri” anlayışı Konvensiya ilə açıqlanmır. Bu kateqoriyanın tətbiqini ümumiləşdirən BMT-nin Uşaq Hüquqları Komitəsinin 14 saylı Ümumi Şərhinin 32-ci bəndinə əsasən, uşaqların mənafeyi konsepsiyası mürəkkəbliyi ilə seçilir və onun məna tərkibi hər bir halda ayrıca müəyyən edilməlidir... Bu konsepsiya dəyişkən və adaptasiya olunandır... O, konkret uşağın və ya uşaqların vəziyyətinin xüsusiyyətləri, şəxsi halları və ehtiyacları nəzərə alınmaqla dəyişir və müəyyən edilir. Fərdi işlər üzrə qərar qəbul edilərkən mənafelər uşağın üzləşdiyi konkret hallara müvafiq olaraq qiymətləndirilir. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Palatasının “Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciətinə dair” 16 mart 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, uşağın mənafeyindən danışarkən məhz “inkişaf” meyarının rəhbər tutulması ondan irəli gəlir ki, uşağın şəxsiyyəti fiziki, mənəvi və psixoloji cəhətdən formalaşmaqda davam edir. Qeyd edilməlidir ki, “uşaqların mənafeyi” anlayışı sahələrarası anlayış olduğundan, onun nəzərdə tutduğu məna da hansı hüquq sahəsində tətbiq edilməsindən asılı olur. Belə ki, uşaqların mənafeyi tək ailə hüquq münasibətləri deyil, bütün hüquq münasibətləri müstəvisində təmin edilməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “uşaqların mənafeyi” anlayışının və bu mənafelər müəyyən edilərkən məhz hansı meyarların rəhbər tutulmasının qanunvericilikdə açıqlanmaması təsadüfi deyil. Belə ki, müvafiq meyar və faktorlar hər bir uşaq barəsində yaranan məsələyə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir. Eyni zamanda belə meyarların konkret sadalanması bu anlayışın məhdudlaşdırılmasına da səbəb ola bilər. Göründüyü kimi, “uşaqların mənafeyi” konsepsiyası onların ümumi rifahının təmin edilməsinə yönəlməklə istənilən halda fərdi olaraq müəyyən edilir. Hər bir halda uşaqların mənafeyi işin bütün halları qiymətləndirilib nəzərə alınmaqla müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında göstərilmişdir ki: 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.4 Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin qərarda məhkəmələrə izah edilməsi nəzərdə tutulmuşdur ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Şahin Almaniyaya qarşı və Plaza Polşaya qarşı 25 yanvar 2011-ci il Dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli balansı gözləsinlər və balansın müəyyənləşdirilməsi prosesində uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət versinlər; həmin maraqlar, xarakterindən və ciddiliyindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutula bilər. Şnayder Almaniyaya qarşı 15 sentyabr 2011-ci il Müvafiq ailə situasiyalarının olduqca müxtəlif olmasının mümkünlüyünü nəzərə alaraq, Məhkəmə hesab edir ki, bütün maraqlı şəxslərin hüquqları arasında ədalətli balansın müəyyən edilməsi işin xüsusi hallarının araşdırılmasını zəruri edir. Məhkəmə tərəflərin, ələxsus da yetkinlik yaşına çatmayanların birbaşa maraq və mənafelərinə toxunan taleyüklü qərarı qəbul etməmişdən əvvəl hər iki tərəfin hazırki sosial, ailə, maddi-məişət vəziyyətlərini, şəxsi xüsusiyyətlərini, həyat tərzini ayrılıqda təhlil etməyi vacib bilir. Çünki məhkəmə yalnız baxdığı mübahisə üzrə qərar qəbul etməklə kifayətlənməli deyil, həmçinin qəbul edəcəyi qərarın maraqlı şəxslərin bundan sonrakı həyatına hansı formada təsir edəcəyini də nəzərə almalıdır. Hazırki mübahisəyə qiymət verərkən təbii ki, valideynlərin şəxsiyyətinin, həyat tərzinin, maddi imkanının təhlili çox böyük önəm daşıyır, çünki məhz tərəflərin əxlaqi və şəxsi keyfiyyətləri ön yer tutan meyarlardır. Məhkəmə sadəcə olaraq, uşaqların gələcəkdə hansı valideynin himayəsinə verilməsi barədə müşavirə edərkən onların kimin yanında yaşayacaqları halda bu yaşayışın bir uşaq üçün zəruri maddi və məişət şəraitində olmasını, mütərəqqi tələblər əsasında təhsil almasını, nəticədə cəmiyyətə yüksək keyfiyyətlərə malik bir fərd, dövlətə layiqli vətəndaş olması məqsədinə çatmaq baxımından öz obyektiv qiymətləndirilmə süzgəcindən keçirir. Məhkəmə yekun nəticəyə gələrkən həm tərəflərin vəziyyətini, mövqeyini, uşaqların fikirlərini, müvafiq rəy vermiş qurumun mülahizəsini də diqqətə alır. Məhkəmə xatırladır ki, yeniyetmələrə ailədə, təhsil müəssisələrində, məktəbdə lazımi diqqətin ayrılmaması onların hələ insan, cəmiyyət barəsində yaranmaqda olan düşüncələrinin arzuolunmaz istiqamətə yönəlməsinə gətirib çıxarır. Valideyn və ya tərbiyəçi (müəllim) bilməlidir ki, məhz şəxsiyyətin yetkinlik yaşınadək yaşadığı dövr kənar təsirlərə ən çox məruz qaldığı və bu kənar təsirlərdən ən çox bəhrələndiyi bir dövrdür. Məhz bu dövrdə onun lazımi, düzgün istiqamətə yönəldilməsi, onun gələcəyinin doğru formalaşması sahəsində valideyn və ya tərbiyəçinin niyyəti daha tez və asanlıqla həyata keçə bilər. Lakin bunu həyata keçirən zaman da yetkinlik yaşına çatmamış şəxsin emosiyasının, hisslərinin daha çılğın olmasının, hər şeyə kəskin reaksiya verməsinin nəzərə alınması vacibdir. İlk öncə 21 dekabr 2009-cu il təvəllüdlü X2 artıq 16 yaşın içində yetkinlik dönəminə qədəm qoymuş ünsiyyətə açıq, yaşıdları və ətrafla aktiv münasibətdə olan, yaşına görə kifayət qədər lazimi informasiyanı mənimsəyə biləcək dünyagörüşünə malik bir yeniyetmədir. İstər qəyyumluq komissiyasında olan zaman, istərsə də məhkəmə iclasında geniş və ətraflı, rahat şəkildə öz mövqeyini nümayiş etdirmək iqtidarında olmuşdur. Bundan əlavə məhkəmə araşdırması zamanı hər iki tərəf uşağın nikahın ləğvindən bir neçə müddət sonra hazırki zamana dək atasının himayəsində yaşadığı, onun tərəfindən bütün xərclərin, o cümlədən də təlim tərbiyənin həyata keçirilməsi müəyyən olundu. Belə olan təqdirdə isə, təbii ki, iddiaçı ata övladının rəsmi olaraq onun himayəsinə verilməsini tələb etməkdə haqlıdır. Unutmaq olmaz ki, hazırda mübahisəsi gedən - uşaq üzərində himayəçilik yetkinlik yaşına çatmayan uşaqların mənafeyi məqsədilə təyin olunur və tərəflər arasında şəxsi prinsipial məqamlardan irəli gələn üstünlük niyyətinə və ya qısqanclıqdan doğan münasibətlərə heç bir halda xidmət etmir. Həmçinin məhkəmə bir-birilərini sevən, birlikdə böyüyən bacı-qardaşın biri birindən ayrılmasını müsbət qarşılamır, lakin artıq uşaqların yaşını, yaşadıqları mühitə münasibətdə özlərinə məxsus qiymətləndirmə aparmaq bacarıqlarını, özləri üçün nəyin daha yaxşı olması kimi ilkin vərdişlərin artıq formalaşmasını, onların ayrı valideynlərin daimi himayələrində yaşamalarına baxmayaraq bundan sonra da sərbəst şəkildə ünsiyyəti davam edəcəklərini və ailə, qohumluq bağlarının qırılmayacağını da hesab edir. Uşağın saxlanmasına görə aliment müəyyən edilməsinə münasibətdə: Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçı atanın hazırda cavabdehə uşaqların saxlanılması üçün aliment ödəməsini, özünün aktiv VÖENə malik olmaqla sürücü işləməsini, uşağın yaşını və mövcud ola biləcək maddi ehtiyaclarının atasının yanında qaldığı müddət ərzində sonuncu tərəfindən qarşılanmasını nəzərə alaraq, cavabdeh anadan iddiaçının himayəsində saxlanılan 21 dekabr 2009-cu il təvəllüdlü X2 üçün alimentin təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri mediasiya prosesində ödənilmiş 50 manat və 50 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. 21 dekabr 2009-cu il təvəllüdlü X1 atası İddiaçı yanında qalması müəyyən edilsin. İddia ərizəsi qalan hissədə (aliment məbləğinə münasibətdə) təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №e-2(001)-699/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-699/2025
08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver