Məhkəmə qərarları › İş №e-2(001)-7044/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7044/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7044/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilə Cavabdeh 25 noyabr 1994-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından 22 avqust 2010-cu il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarındakı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər nikahın pozulması, uşağın anasının yanında saxlanması, aliment və digər məsələlərə dair Mediasiyada barışıq sazişi imzalamışlar. Nikahın pozulmasına tərəflərin hər ikisi razıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini, cavabdehin nümayəndəsi isə iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin nümayəndəsinin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər mediasiya sessiyası zamanı uşağın anasının yanında saxlanması və aliment ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Buna görə də, məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1 və 22-ci maddələrinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 25 noyabr 1994-cü il tarixdə Göyçay rayon qeydiyyat şöbəsində bağlanmış, 220 № ilə qeyd edilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar