Məhkəmə qərarları › İş №e-2(001)-731/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-731/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-731/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 890 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 920,40 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Əhmədli ərazisində "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış və Cavabdeh3 məxsus olan, "xxxx" markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamə əsasında (bu hüquq olmadan) X10 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X6 idarə etdiyi “Chevrolet Malibu” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermiş, zərər vuran avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh3 tərəfindən Cavabdeh2 MMC-yə etibarnamə isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh2 MMC Azərbaycan Respublikası İXM-in 332.1-ci maddəsi ilə, Cavabdeh1 isə Azərbaycan Respublikası İXM-in 327.1-cimaddəsi ilə təqsirli bilinərək inzibatiməsuliyyətə cəlb edilmişlər. Dəymiş zərərə görə ASC tərəfindən 890 (səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş PBA********** saylı icbari sığorta müqaviləsinin surətindən görünür ki,"xxxx" markalı, ** MH *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari qaydada sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan və ƏN-V 202849 saylı etibarnamənin surətindən müəyyən olunur ki,"xxxx" markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobiiln mülkiyyətçisi Cavabdeh3dır və həmin avtomobiletibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh2 MMC-yə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, AR İXM-in 327.1-cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylıelektron qərardan müəyyən olunur ki,Cavabdeh2 MMC AR İXM-in 332.1cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair 05 avqust 2022-ci il tarixliaktdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği 890 (səkkiz yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, dəymiş zərərə görə ASC tərəfindən 890 (səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C-22/5300 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 890 (səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsicavabdehlərdən tələb edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlamış və ərizəsində bütün məhkəmə iclaslarında iştirakları olmadan mülki işə baxılaraq iddialarının təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, rayona getmək üçün Cavabdeh2 MMC-dən avtomobil icarəyə götürmüş və xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra avtomobili düzəltdirmişdir. Odur ki, iddianı qəbul etmir.

5. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin 1(012)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X16 Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməsi və s. hökm edilmişdir.

7. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, atası X7 məxsus avtomobili hər dəfə atasının razılığı ilə idarə etmiş və etibarnaməsi olmadığından atası yanında olmuşdur. Lakin 20 aprel 2020-ci ildə əmisi ona zəng edib avtomobili istədikdə atası həmin vaxt Siyəzən rayonunda olduğundan açarı evdən götürüb yola düşmüşdür.

8. Bundan başqa məhkəmə istintaqında zərərçəkmiş şəxs X11 ifadəsində bildirmişdir ki, X1 mülkiyyətində olan Mercedes Benz minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Mərərrəm Mirbabayevdən xx.xx.2016-cı ildə satın almış və avtomobili idarə etmək üçün ona notariusda təsdiq edilmiş etibarnamə verilmişdir. Sonradan avtomobili öz adına sənədləşdirmək istəsə də, Məhərrəm vəfat etdiyindən bu mümkün olmamışdır. İlkinin etibarnaməsi olmamışdır, lakin onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İlkin maşının açarını evdən götürmüş, lakin evdə olsaydı belə yenə də İlkinə maşını verərdi və özü də sərnişin kimi maşında oturardı.

9. V-72/2021 saylı vərəsəlik işi üzrə verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi X14r. Şəhadətnamə verilən miras əmlak isə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 06-05/798 nömrəli məktuba əsasən mərhum X12 varisinə ödənilməli olan 5000 manat sığorta ödənişindən ibarətdir.

10. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, 5783 saylı sığorta aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı X11 arasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta müqaviləsi bağlanmış, sığortanın başlanma tarixi xx.xx.2019-cu il, bitmə tarixi xx.xx.2020-ci il müəyyən edilmiş, sığorta məbləği 55000 manat olmuşdur.

11. Aktda sadalananlar əsasında müəyyən edilir ki, xx.xx.2020-ci il tarixində X16 tərəfindən Bakı-Quba yolu, 7.5-ci km-də yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində xəsarət alan şəxs ölmüş, məhkəmə tibbi-ekspertizasının xx.xx.2020-ci il tarixli, 906 №-li rəyinə əsasən dəymiş zərərin məbləği 5000 manat müəyyən olunmuş, X15 5000 manat köçürmə yolu ilə ödəniş edilmişdir.

12. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 10500 saylı ödənş tapşırığından görünür ki, bank vasitəsilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X13 hesabına 5000 mant sığorta ödənişi edilmişdir.

13. AC №066311 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz e200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur.

14. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İİİ seriyalı, 777131 seriyalı etibarnamənin surətindən görünür ki, X4 “Mercedes Benz e200” minik markalı **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün X7 etibarnamə vermişdir.

15. AD seriyalı, 220065 saylı Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, X8 BC kateqoriyası üçün avtomobil idarə etmək üçün sürücülük hüququ vardır.

16. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X16 və X7 ünvanlanan 13 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, subroqasiya hüququna əsasən 5000 manat məbləğində vəsaitin şirkətin bank hesabına ödənilməsini xahiş edilmiş, qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barəsində məlumat verilmişdir.

17. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

18. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh3 mülkiyyətində olan "xxxx" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də icbari sığorta müqaviləsi üzrə sığortalanmışdır.

19. Cavabdeh1 Cavabdeh2 MMC-tərəfindən verilmiş yol vərəqəsi əsasında sığortalı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə yol nəqliyyatı hadisəsi törədərək üçüncü şəxsə zərər vurmuşdur.

20. Hadisədən sonra Cavabdeh1 barəsində inzibati qaydada protokol tərtib edilmiş və daha sonra o, İXM-327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Cavabdeh2 MMC-nin barəsində xx.xx.2022-ci il tarixdə inzibati qaydada protokol tərtib edilmiş və MMC xx.xx.2022-ci il tarixli qərarla İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir.

21. Zərərin məbləği 890 manat müəyyən edilərək sığortaçı tərəfindən üçüncü şəxsə ödənilmişdir.

22. İddiaçı iddia edir ki, mülkiyyətçi Cavabdeh3 tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə və yalnız idarə etmək üçün etibarnamə verildiyindən, sığorta hadisəsi xx.xx.2022-ci il tarixdə baş verdiyindən, avtomobil MMC-nin bununla bağlı hüququ olmadan Cavabdeh1 verildiyindən onun subroqasiya tələbi yaranmışdır. Bu səbəbdən də hər 3 cavabdehin məsuliyyət daşıdığına əsaslanaraq ödədiyi sığorta məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

25. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

26. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;

27. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

28. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir;

29. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır;

30. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;

31. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;

32. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

33. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

34. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

35. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;

36. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

37. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

38. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

39. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

40. Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır.

41. Lakin məhkəmə hesab edir ki, iddiaçı “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır.

42. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.

43. Eyni zamanda qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

44. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.

45. Eyni zamanda icbari sığorta fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir və tərəflərin mülki məsuliyyəti sığorta riskinin birbaşa əsasını təşkil edir. Yəni yüksək təhlükə mənbəyinin vurduğu zərər onsuz da sığortaçının üzərinə götürdüyü sığorta riskidir.

46. Bununla belə icbari sığorta haqqında qanunvericiliyin normalarından müəyyən edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ o vaxt yaranır ki, sığortalı(və ya sığorta olunan) sığorta hadisəsinin baş verməsində qəsdən qanunazidd hərəkətlər törətmiş olsun, sığorta riskinin artmasına və nəticədə sığorta hadisəsinin baş verməsinə şərait yaratmış olsun, təqsirin müəyyən edilməsinə və sığorta hadisəsinin təfərrüatları ilə bağlı obyektiv araşdırmanın aparılmasına mane törətmiş olsun(avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır).

47. Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnun yaranması əsasları əsasən sığorta riskinin dəyişməsinə səbəb olan və məsuliyyət yaradan konkret qanunazidd hərəkətlərdən irəli gəlir. Çünki icbari sığorta müqaviləsi bağlamaq öhdəliyi hamı üçün məcburidir və həmin müqavilə tərəflərin iradəsinə uyğun şərtlərin daxil edilməsi qadağan olunan və şərtləri qanunla müəyyən edilən standart sığorta müqaviləsidir.

48. Halbuki işin halları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC avtomobil kirayəsi ilə məğul olan şirkətdir və hüquqi şəxsə idarə etmək(iddiaçının sürmək hesab etdiyi) üçün verilən etibarnamə mahiyyəti baxımından qeyri-müəyyəndir(mücərrəddir). Belə ki, fiziki baxımdan idarə etmək hüququ(sürücülük) fiziki şəxsə məxsus olan hüquqdur və bu özündə bütün istifadə hüququnu ehtiva etmir. Avtomobil hüquqi şəxsin yalnız istifadəsinə və sahibliyinə istifadə(icarə, kirayə və.s) müqaviləsi əsasında keçə bilər. Bu baxımdan yanaşdıqda Cavabdeh2 MMC-nin əmlaka qanunsuz olaraq sahiblik etməsi halı müəyyən edilmir. Belə ki, mülkiyyətçinin bu barədə hər hansı etirazı, tələbi, pretenziyası olmamışdır. Hətta avtomobilinə zərər dəydiyi halda belə bu barədə şikayəti olmamışdır. O ki qaldı MMC-nin İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinməsinə, bu hal da MMC-nin əmlaka qanunsuz, mülkiyyətçinin iradəsinə zidd yiyələndiyi nəticəsini doğurmur. Əvvəla ona görə ki, İXM-nin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyəti müəyyən etmişdir. Halbuki avtomobili hadisə olan vaxt digər Cavabdeh1 idarə etmişdir. Halbuki nəqliyyat vasitəsinə sahiblik hüququ olmayan şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olan şəxsə verilməsinə görə inzibati qaydada məsuliyyət nəzərdə tutulmamışdır.

49. Bundan əlavə qeyd edilməlidir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

50. Odur ki, həmin məsələ də mülkiyyətçi ilə əşyaya faktiki sahiblik edən şəxs arasında yaranan mübahisələrə aiddir və sığorta ödənişindən imtinaya, o cümlədən subroqasiya hüququnun yaranmasına əsas vermir.

51. Digər Cavabdeh1 isə qanuni əsaslarla avtomobili idarə etmiş, onunla Cavabdeh2 MMC arasında avtomobil kirayə hüquq münasibətləri mövcud olmuşdur.

52. Mülkiyyətçiyə, yəni Cavabdeh3 münasibətdə isə qeyd edilməlidir ki, onun yuxarıda qeyd edilən əsaslandırmaya uyğun olaraq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinin tələbi baxımından hər hansı məsuliyyəti yaranmamışdır. Tətbiq edilən prosessual normalar:

53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

54. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

55. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

56. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

57. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

58. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar