Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7676/2025 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, eyni zamanda iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-665/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanılması üçün ondan, yəni İddiaçı oğlundan hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova Xəyalə Tarıverdi qızına ödənilməsi qət edilmişdir. Hüseynova Xəyalə Tarıverdi qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1448/2019 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan, yəni İddiaçı oğlundan hər ay tutulan sabit pul məbləğində alimentin indeksasiya edilərək İddiaçı oğlundan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-505/2025 saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1448/2019 nömrəli qətnaməsi ilə İddiaçı oğlundan xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunması qərara almışdır. Onun ailə və maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişiklik olmuşdur və hazırda təyin edilmiş minimum əmək haqqının 0.89 misli həddindəki aliment miqdarını – 356 manat məbləğini ödəmək iqtidarında deyildir. Belə ki, o, yenidən ailə həyatı qurmuşdur və himayəsində yetkinlik yaşına çatmayan üç övladı vardır. Cavabdehlə aralarındakı nikah xitam olunduqdan sonra o, 17 avqust 2020-ci il tarixdə Babayeva Günay Mustafa qızı ilə nikaha daxil olmuş və bu nikahdan onların üç övladları – 25 sentyabr 2020-ci il təvəllüdlü X6, 07 dekabr 2023-cü il təvəllüdlü X3 və 03 may 2025-ci il təvəllüdlü X5 anadan olmuşdur. Göründüyü kimi, o, artıq X4 minimum əmək haqqının 0.89 misli həddindəki aliment miqdarını ödəməkdən əlavə, həm də himayəsində olan yetkinlik yaşına çatmamış üç övladının da sosial-maddi ehtiyaclarını qarşılamalıdır. Onun hazırda maddi vəziyyəti sabit deyildir və öz ailəsinin maddi ehtiyaclarını qarşılayacaq qədər gəliri yoxdur. O, nəinki indeksassiya olunmuş aliment ödənişini X4 ödəyə bilmir, o, heç hazırkı maddi vəziyyətinə görə öz ailəsinin maddi-sosial rifahını təmin etməkdə belə çətinlik çəkir. Belə ki, onun hazırda hər hansı bir gəlir mənbəyi və iş yeri yoxdur və fürsət tapa bildikcə günəmuzd işlərlə məşğul olaraq ailəsinin sadəcə gündəlik maddi tələbatlarını qarşılamağa çalışır. Göründüyü kimi, onun ailə və maddi vəziyyətində əsaslı dəyişikliklər olmuşdur və bu dəyişikliklər hazırda X1 üçün təyin edilmiş aliment miqdarının azaldılmasını zəruri edir. Əks halda, bir tərəfdən X2 maddi vəziyyəti düşünüldüyü halda, digər tərəfdən onun digər üç övladlarının maddi və sosial rifahının təmin olunması qeyri-mümkün hal alır. Buna görə də ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqını, onun sabit gəlirinin olmamasını və himayəsində yetkinlik yaşına çatmayan 3 övladının sosial rifahını nəzərə alaraq, hesab edir ki, ondan tutulan alimentin miqdarı azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 mislində müəyyən olunmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş aliment miqdarının azaldılaraq ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə, eyni zamanda iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bundan əlavə, iddiaçının nümayəndəsi Vəkil iddiaçının təkrar nikaha daxil olmasını, həmin nikahdan üç azyaşlı övladının olmasını, maddi imkanın aşağı olmasını nəzərə alaraq, alimentin miqdarının azaldılması və hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/2-01094/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat məbləğində poçt xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 508997 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası isə Nümayəndədır. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 942129 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində anadan olmuşdur, atası İddiaçı, anası isə Nümayəndədır. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 109980 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhərində anadan olmuşdur, atası İddiaçı, anası isə Nümayəndədır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən iş yeri haqqında arayışdan görünür ki, İddiaçı adına mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1448/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin hər ay hər uşaq üçün məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X9 arasında bağlanmış əmək müqaviləsi əsasında “menecer, mağaza” vəzifəsində işləyir və 400 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış elektron etiraz ərizəsindən görünür ki, Cavabdeh iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(001)- 505/2025 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(001)-1448/2019 nömrəli qətnaməsi ilə İddiaçı oğlundan xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunması qərara almışdır. Bu qərara qədər məhkəmə aliment məbləğinin 1.1 misli həddində indeksasiya olunmasını qərara almışdır. Lakin iddiaçının hazırda təqdim etdiyi iddia ərizəsinə oxşar məzmunda məhkəməyə müraciətindən sonra məhkəmə tutulmalı alimenti hər ay minimium əmək haqqının 0.89 misli həddində indeksasiya etmişdir. Məhkəmə qərarının tarixindən, yəni xx.xx.2025-ci il tarixdən bu tərəfə iddiaçının həyatında və maddi vəziyyətində pisə doğru heç bir dəyişiklik baş verməmişdir. İkinci nikahdan olan uşaqların doğum tarixinə baxılsa, məhz həmin məhkəmə qərarından əvvələ təsadüf edir. Məhz onları nəzərə alaraq məhkəmə indeksasiya əmsalını 1.1 mislindən 0.89 mislinə endirmişdir. Uşaqları böyütmək və onların maddi təminatını həyata keçirmək atasının da borcudur. İkinci ailəsini qurmamışdan əvvəl, ikinci nikahdan uşaqları doğulmamışdan əvvəl iddiaçı papağını qarşısına qoyaraq düşünərdi ki, ilk övladı 11Ẍ qızını saxlamaq, onu maddi və mənəvi cəhətdən təmin etmək onun atalıq borcudur. Odur ki, zəhmət çəkib daha çox çalışsın və məhkəmə qərarı ilə təyin edilmiş minimum əmək haqqının 0.89 misli həddindəki aliment miqdarını – 356 manat məbləği vaxtlı-vaxtında ödəsin. Hamı çox gözəl başa düşür və şahidi olur ki, hazırkı şəraitdə heç 356 manat da, 13 yaşlı X1, təhsil xərclərini ödəmək üçün kifayət deyildir. Lakin o, özü də işləyərək çalışır ki, analıq borcunu yerinə yetirsin və uşağı korluq çəkməsin. Uşağı saxlamaq və böyütmək hər iki valideynin borcudur və onlar qanunvericiliyin tələbinə uyğun olaraq bunda bərabər iştirak etməlidirlər. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində Cavabdeh mülki işə onun iştirakı olmadan baxılmasını və ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, tərəflər arasında alimentlə bağlı mübahisə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 1448/2019 saylı qətnaməsinə əsasən yekunlaşmış, həmin qətnamə ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarına istinad edilməklə Cavabdeh ərizəsi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği məhkəmə tərəfindən indeksasiya edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1448/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində, yəni 400 x 0.89 = 356 manat məbləğində indeksasiya edilmişdir. Hazırda iddiaçı həmin məbləğin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən artıq olmasına, özünün yenidən ailə qurmasına və həmin nikahdan 3 övladının olmasına və maddi vəziyyətinin aşağı olmasına əsaslanaraq aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilərək azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla belə qənaətə gəlir ki, iddiaçının indeksasiya edilərək müəyyən edilmiş aliment məbləğinin ödənilməsi üçün kifayət qədər qazanca malik olmadığı iş materialları ilə təsdiq olunduğundan, eyni zamanda himayəsində üç azyaşlı övladı olduğundan, müəyyən olunmuş alimentin məbləğinin azaldılması (dəyişdirilməsi) üçün kifayət qədər əsaslar mövcud olduğundan, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1448/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində (400 x 0.65 = 260 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1448/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində (400 x 0.65 = 260 manat) sabit pul məbləğində aliment tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-7676/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7676/2025
29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver