Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7726/2022 27.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh - xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh ərizəçinin oğludur. Ərizəçi əmək qabiliyyətli deyil, cüzi pensiya alır və başqa gəlir yeri olmadığına görə maddi yardıma çox ehtiyacı var. Valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmamış və valideynlik hüquqlarından məhrum olunmamışdır. Oglunun daimi işi var və ona məlumdur ki, onun aylıq maaşı yetərincədir və ərizəçini saxlaya bilər, ancaq ərizəçinin oğlu həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyil. Ərizəçinin oğlunun maddi durumu yaxşı olsa da o ərizəçiyə - heç bir yerdə gəliri olmayan valideyninə maddi köməklik göstərmir. Cavabdehin iş yerində sabit əmək haqqı və digər rəsmi gəlirləri aylıq orta hesabla 5000-6000 manat aralıgındadır ki, bunu da müvafiq arayışlar təsdiq edir. Ərizəçinin oğlunun aylıq gəliri orta hesabla 6000 manata yaxın olsa da, o könüllü şəkildə valideyninə maddi yardım etmədiyindən ərizəçi məcbur qalıb 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi zamanı ərizəçinin oğlu ona söz verdi ki, mütləq həmin gündən başlayaraq ona maddi yardım göstərərcək. Buna görə 11 saylı Mediasiya Təşkilatında xx.xx.2022 tarixində saat 18:30də MŞB/11-01296 saylı barışıq sazişi bagladılar. Barışıq sazişinin imzalanmasından 12 gün keçsə də, cavabdeh barışıq sazişini yerinə yetirməkdən yayınır. Qeyd olunanlara əsasən ərizəçi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/11-01296 saylı barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq valideyni xx.xx.1959-cu il təvəllüdlü İddiaçı saxlanması üçün hər ya 3000 manat sabit pul məbləğində alimenti nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, MŞB/11-01296 saylı barışıq sazişi bağlanmış, həmin barışıq sazişinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq anası xx.xx.1959-cu il təvəllüdlü İddiaçı saxlanması üçün hər ya 3000 manat sabit pul məbləğində alimenti nağd şəkildə ödəməyi öhdəsinə götürmüş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət keçsə də, barışıq sazişi Cavabdeh tərəfindən icra edilməmişdir. İş materiallarında olan sənədlərdən Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsndə sadalanmış əsasların mövcud olması təsdiq olunmur. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/11-01296 saylı barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/11-01296 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "... Cavabdeh xx.xx.2022-ci il tarixdən baslayaraq valideyni - xx.xx.1959-cu il doğum tarixli İddiaçı saxlanması üçün hər ay 3000 (üç min) manat sabit pul məbləğində alimenti nağd şəkildə ödəməyi öhdəsinə götürür ... ”. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-7726/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7726/2022
27.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver