Məhkəmə qərarları › İş №e-2(001)-7810/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7810/2021

30.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7810/2021 30.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Kreditor Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Kreditor Borclu qızına qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu onun xeyrinə 497 manat məbləğində borc, 50 manat məbləğində cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla 567 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş məhkəmə əmrinin çıxarılmasına dair ərizəyə görə ödənilmiş **********46 №-li qəbzdə rüsum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin deyil, Tovuz Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Eyni zamanda ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair **********96 №-li qəbz isə e-2(001)-7809/2021 nömrəli mülki işdə istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152,263-264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor Borclu qarşı pul tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditora izah edilsin ki, o, ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar