Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-805/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər Cavabdeh2 Avdulla qızı və onun oğlu Cavabdeh1 ilə 2021-ci ildə tanış olmuş, onda cavabdehlərin istifadəsində olan satılıq VAZ-21074 minik markalı avtomobilin olması məlumatı olduğundan, tərəfindən onlarla əlaqə saxlanılmış və cavabdeh iddiaçıya həmin avtomobili 9800 manata satdığını bildirmişdir. İddiaçı ustanı götürərək Bakı şəhərinə cavabdehlərlə görüşməyə getmiş və maşını yoxlatdırdıqdan sonra onu almaq fikrinə düşmüşdür. Bu zaman cavabdehlərlə belə bir razılığa gəlinmişdir ki, iddiaçı həmin pulun 3000 manatını nağd (şahidlərin yanında), qalan pulu isə hissə-hissə olmaqla ödəyəcək. Bu razılığa əsasən cavabdeh borc bitənədək iddiaçıya yalnız sürmək üçün etibarnamə verəcəyini, borc bitdikdən sonra isə avtomobili onun adına keçirəcəyini bildirmişdir. Qalan 6800 manat borcu iddiaçı hissə-hissə olmaqla tam şəkildə ödəyib qurtardıqdan sonra (ödəniş qəbzləri mövcuddur), avtomobilin mülkiyyətçisi iddiaçıya məlumat vermədən, etibarnaməni ləğv edərək avtomobilin axtarışa verilməsi üçün polis orqanlarına müraciət etmişdir. Bundan sonra Xaçmaz rayon polis şöbəsinin əməkdaşları həmin avtomobili 2023-cü ilin sentyabr ayında iddiaçıdan alaraq mülkiyyətçisinə təhvil vermişdir. Dəfələrlə cavabdehlərlə əlaqə saxlayarkən, Cavabdeh1 iddiaçıya özünün də aldadılmasını və həmin şəxsi məhkəməyə verəcəyini bildirdi. Cavabdehlər 9800 manat məbləğin onlara verilməsini inkar etmir, göstərilən məbləği mülkiyyətçidən aldıqdan sonra iddiaçıya verəcəyini bildirir. Dəfələrlə telefon danışıqları zamanı Cavabdeh1 halal adam olduqlarını bildirərək birləşib mülkiyyətçini məhkəməyə verib pulu və ya avtomobili almaq lazım olduğunu bildirmişdir. Lakin hazırkı vaxtadək iddiaçının pulu ödənilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-805/2024 saylı qiyabi qətnaməsi iləiddia ərizəsi təmin edilmiş, 9800 manat məbləğində pulun və 118 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və onun məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə edilməsini xahiş etmiş və işə əlavə edildikdən sonra həmin tarixdə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 805/2024 saylı qiyabi qətnaməsinin ləğvi barədə ərizə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, e2(001)- 805/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-805/2024 saylı qiyabi qətnaməsi ləğv edilsin və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Məmməd oğlu izahatında məhkəməyə bildirmişdir ki, X12 iddiaçının bacısı oğludur və iddiaçı onu de-fakto övladlığa götürüb. X7 X5 və X10 tərəfindən baş etibarnamələr verilmişdir. Təmsil etdiyi şəxs öz öhdəliklərini yerinə yetirmişdir. İki dəfə etibarnamə verildikdən sonra baş etibarnamə verilmişdir. Qarşı tərəf özü də bilirdi ki, avtomobil cavabdehlərin adına olmamışdır. Həmçinin əsassız varlanma şəklində iddianın hüquqi əsası düzgün deyil. Belə ki, əsassız varlanma olması üçün tərəflər arasında müqavilə münasibətləri olmamalıdır. Cavabdeh 9800 manat pulu aldığını inkar etmir. İddiaçı və cavabdehlər sadəcə olaraq dələduzluğun qurbanı olmuş və o, növbəti məhkəmə iclasında həmin şəxsin məlumatlarını məhkəməyə təqdim edə bilər. Həmin tarixdə məhkəmə baxış iclası təxirə salınmış və xx.xx.2024-cü il tarixdə X4 Cavabdeh1 qarşı dələduzluq etməsi barədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və onun anası Cavabdeh2 avtomaşının mülkiyyətçisi X5 (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 8, ev 23, ŞV: AA0687264, xx.xx.2019 tarixdə ASAN 1 tərəfindən verilib, FİN: 2T1KKY0, doğum tarixi: xx.xx.1969, mob. ***-***-**-**) tərəfindən verilmiş baş etibarnaməyə əsasən hərəkət edirdilər. Belə ki, X5 avtomaşını pulunu alıb onlara satmışdır. Avtomaşna görə X4 adına bankda kredit olduğuna görə dərhal Cavabdeh1 adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Cavabdeh1 avtomaşına görə bank kreditini öz hesabına bağlamışdır. Cavabdeh1 krediti bağlayan kimi X1 Natəvan Avbdula qızının adına verdiyi etibarnaməni ləğv etmişdir. Hesab edir ki, X3 Ruslan İmran oğluna qarşı əvvəlcədən hazırlanmış dələduzluq etmişdir. Cavabdeh1 və onun anası Cavabdeh2 vicdanla hərəkət edərək və X5 ilə bağladıqları əqdə qüvənərək iddiaçı ilə əldə olunmuş şifahi razılaşmaya tam əməl etmişlər. Belə ki, iddia ərizəsindən və tərəflərin hərəkətlərindən görünür ki, razılaşma ondan ibarət idi ki, Cavabdeh1 və anası iddiaçının adına müvafiq etibarnamə rəsmiləşdirəcəklər. Cavabdeh2 tərəfindən iddiaçının bacısı oğlu X6 adına müvafiq etibarnamənin rəsmiləşdirilməsi Cavabdeh1 tərəfindən razılaşma ilə götürdüyü öhdəliyinin icrasını təsdiq edir. Hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 isə məhkəməyə bildirdi ki, hal-hazırda pulun cavabdehlərə ödənilməsini qəbul etməyə hazır deyil. Belə ki, bu iddianın etirafı kimi qəbul edilə bilər. O isə axırıncı məhkəmə iclasından sonra müvəkkili ilə əlaqə saxlaya bilməmişdir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır və hesab edir ki, iş üzrə xüsusi qərardadın qəbul edilməsi zəruridir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan etibarnamələrin surətlərindən görünür ki, VAZ 21074 minik markalı, 90KK857 dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir, Cavabdeh2 isə ona verilmiş etibarnamə əsasında VAZ 21074 minik markalı, 90KK857 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixdə hər dəfə 1 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən avtomobilə görə 2021-ci ilin mart ayından 10 qəbz üzrə 353 manat, 3 qəbz üzrə 253 manat, 1 qəbz üzrə 260 manat, 1 qəbz üzrə 300 manat, 1 qəbz üzrə 350 manat, 1 qəbz üzrə 404 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər istiqamətlərdə köçürmələr icra edilmiş, köçürmələr icra edilmiş digər qəbzlərin üzərində qeyd olunmuş rəqəmlər oxunmur. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi X19 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, VAZ 21074 minik markalı, 90KK857 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeyd olunan nəqliyyat vasitəsinə yeni 77MH158 dövlət qeydiyyat nişanı təhkim olunaraq mülkiyyətçi dəyişdirilmədən yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. İş matetriallarında olan “Elektron notariat” X2 çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətçi X5 tərəfindən ona etibar edilən daşınar əmlaka dair xx.xx.2023-cü il tarixdə X6 adına etibarnamə vermişdir. İş materiallarında olan “Elektron notariat” X2 çıxarışdan görünür ki, X5 tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 verilmiş 7E-18990 nömrə ilə qeyd edilmiş etibarnamənin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən etibarnamənin qüvvəsinə xitam verilmişdir. İş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində məhkəməyə bildirmişdir ki, o, İddiaçı qonşusudur. Usta işləyir. Aydın ona dedi ki, maşın tapıb və ona baxmaq lazımdır. Kürdəxanıya gedib maşına baxdılar və o, Aydına maşının məsləhətli olmadığını bildirdim. Daha sonra tap.az saytından maşın tapdılar və ona baxmağa getdilər. Maşının sahibi Ruslan idi. Onun yanında bir şəxs də var idi, adını dəqiq xatırlamır, deyəsən adı Cavanşir idi. Maşının vəziyyətini bəyəndilər. Qiyməti soruşdular və onlara avtomobilin 9800 manata başa gələcəyi bildirildi. Aydının 3000 manat pulu var idi. Ruslangilin öz dükanlarının içində həmin 3000 manatı onun yanında Aydın Ruslana verdi. Aydın notariusa gedib rəsmiləşdirmə etməyi təklif etdi və Ruslan maşının anasının adına olduğunu bildirdi. Sonradan Ruslan anası ilə yaxınlıqda olan notariusa gəldi və rəsmiləşdirilmə aparılaraq qalan məbləği aylara böldülər. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində məhkəməyə bildirmişdir ki, o, İddiaçı həyat yoldaşıdır. Avtomobili internet vasitəsilə tapıb Ruslandan almışlar. Ruslan imkanlı bir şəxsdir və həmin avtomobili işçilərindən biri istifadə edirdi. Avtomobili alanda belə razılaşdılar ki, qalıq pulu Ruslan dediyi kartlara köçürəcəklər. Ruslan onlara bildirdi ki, tez-tez xaricdə olur və özü burada olmayanda – deyəcək, həmin vaxt pulu işçilərinin kartına atarlar. Dəfələrlə Ruslan da, anası da onunla danışıb. Ruslan ilkin ödəniş olaraq 3500 manat istədi, lakin 500 manatları çatmadığına görə, 3000 manata razılaşdı, amma dedi ki, aylıq ödənişləri bitdikdən sonra ilkin ödənişin 500 manatını iki aya 250-250 ödəyərlər. Qalan məbləği isə 18 ay müddətində 350 manatdan ödəməli idilər. Ödəmələrini heç vaxt gecikdirməyiblər. Ruslan vaxt qoymamışdı, deyirdi hər ay mən zəng eləyəndə dediyim karta pulu köçürərsiniz. Belə də olurdu. İlkin ödənişlə birlikdə avtomobilə görə cəmi 9800 manat pul ödənilib. Aylıq ödənişləri o şəxsən özü ödəyirdi və bütün qəbzləri də var. Ödənişləri bitirdikdən sonra Ruslana dedilər ki, avtomobili keçirsin adlarına, lakin Ruslan bu məsələni müxtəlif bəhanələrlə uzatdı. Sonra dedi ki, avtomobil başqasının mülkiyyətindədir, gedək o adam keçirsin, o adam da keçirmədi. Ruslan özü pis adam deyil. Həm də bilir ki, onun evində əlil uşağı var və bu avtomobili onun müalicəsini dayandırıb almışdırlar. Pul uşağın pensiyasından ödənilib. Ruslanın onun aylıq köçürtdüyü pula heç ehtiyacı yox idi. İşçilərinə verəcəyi olanda – həmin ay həmin işçinin kartını deyirdi, pul ora köçürülürdü. Hətta Ruslan onlarla birlikdə polis şöbəsinə də gedib onu aldadan şəxs barədə şikayət etmişdir. Bir ildən artıqdır ki, avtomobilin pulu ödənilib, amma onlara sənəd verilmir. Ruslanın anasına da müraciət ediləndə onlara dedi ki, avtomobili satıblar onlara – özləri nə istəyirlər gedib etsinlər. O da bilmir indi nə etsin – xəstə uşağına baxsın, ya da polisin yollarında qalsın. İş materiallarında olan sənədlərdən, iddiaçının izahatlarından və şahid ifadələrindən göründüyü kimi, Cavabdeh2 etibarnamə əsasında X4 mülkiyyətində olan avtomobili İddiaçı oğlu Cavabdeh1 vasitəsilə satmış, İddiaçı ilkin ödəniş olaraq 3000 manat ödəmiş, ilkin ödənişdən 500 manat borclu qalmış, qalan məbləğin isə 18 ay müddətində hər ay 350 manatdan ödəniləcəyi barədə satıcı ilə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə İddiaçı birinci dəfə, xx.xx.2022-ci il tarixdə isə ikinci dəfə avtomobili idarə etmək üçün etibarnamə verilmiş və avtomobil üçün razılaşdırılmış məbləğ tam ödənildikdən sonra avtomobilin mülkiyyətçisi Cavabdeh2 verilmiş etibarnaməni ləğv etmiş və avtomobil İddiaçı istifadəsindən alınmışdır. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 hazırkı tələbin əsasını əsassız varlanmanın təşkil etməməsi ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi, cavabdehlər faktiki olaraq başqasının mülkiyyətində olan avtomobili cavabdehin istifadəsinə vermiş, buna görə ondan pul almış (*sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bunu təsdiqləməsə də, əvvəlki məhkəmə iclasında iddiada tələb edilən məbləğin alınmasını qəbul etmişdir), sonradan avtomobil cavabdehin əlindən mülkiyyətçi tərəfindən alınsa da, cavabdehlər tərəfindən alınmış pul məbləği ona geri qaytarılmamışdır. Göründüyü kimi, mübahisəli hüquq münasibəti 1091-ci maddəsinin dispozisiya şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləlilklə, tərəflərin məhkəmə iclaslarında dediklərini, şahid ifadələrini və iş materiallarında olan sənədlərdə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 9800 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul və 118 (yüz on səkkiz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-805/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-805/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver