Məhkəmə qərarları › İş №e-2(001)-8142/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8142/2025

02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8142/2025 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçı və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(010)-3015/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı fatkiki ər-arvad münasibətindən doğulmuş xx.xx.2011- ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə hər ay 320 manat məbləğində aliment alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daha sonra isə tələbkar (ərizəçi) Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin İş № 2(010)-5835/2019 xx.xx.2019 tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı, hər bir uşaq üçün tutulan 160 manat sabit alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli miqdarında indeksasiya edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(020)-5839/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Hazırda iddiaçı ailəlidir, himayəsində azyaşlı uşağı var. Əmək haqqı 861.88 manat təşkil edir. Bildirir ki, onun maddi vəziyyətimdə dəyişiklik baş verdiyindən məhkəmə qətnaməsi ilə, daha sonra indeksasiya barədə qərardad ilə müəyyən olunmuş məbləğdə alimenti ödəməkdə çətinlik çəkir. Həmçinin himayəsində yaşlı valideynləri, işləməyən həyat yoldaşı və bir azyaşlı övladı var. Bu halda iddiaçının ayda minimum əmək haqqının 0.64 misli həddində sabit pul manat məbləğində aliment ödəmək öhdəliyi onu olduqca ağır maddi vəziyyətə salır və dolanışığını maddi baxımdan qeyri-mümkün edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-839/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, iddiaçıdan Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016- cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli miqdarında sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi. Hazırda təyin edilən alimenti verməyə maddi imkanı olmadığını bildirdi. İddiaçı nümayəndəsi X2 izahatında tələbini müdafiə etdi və bildirdi ki, iddiaçı ailəlidir, kredit və digər maddi ehtiyacları səbəbindən alimenti müəyyən edilmiş miqdarda ödəyə bilmir. Ona görə də alimentin azaldılaraq hər uşaq üçün 200 manat miqdarında təyin olunmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz etdi, yazılı etiraz ərizəsini də təqdim etdi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-839/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin artaraq İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çaatnadək saxlanması üçün hər ay,hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli miqdarında sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirdi ki, uşaqlar yetkinlik yaşına çatmamışlar və kirayə, uşaqların kurs, məşğələ xərcləri vardır, ona görə də alimentin azaldılması ilə razı deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İzahatında həmçinin cavabdeh bildirdi ki, bu müddət ərzində iddiaçı uşaqları ilə maraqlanmamış, oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olmamışdır. Onun rəsmi nikahdan olan övladı hər iki valideynlə və qohumlarla rahat yaşayır. Amma o tək uşağa baxır və iki oğlan uşağını böyütmək indiki zamanda çox ağırdır. Xahiş edir ki, bütün bunlar nəzərə alınsın. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-839/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(020)- 5839/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mühfizə Alayı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli,3-16-17/16/2-34-2025 saylı arayışdan İddiaçı aylıq pul təminatının 861.88 manat olduğu görünür. AZEMİS elektron sistem məlumatlarına əsasən Cavabdeh "xxxx"MMC-də manikurçü işləyir və əmək haqqısı 200 manat təşkil edir. Bakı 20 saylı Mediasiya Təşkilatından xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-01297 saylı İMS iştirak edilməməsi barədə arayış əldə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmiş, 2026-cı il üçün isə həmin məbləğ 260 manat müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, iddiaçının da iddiaçının da mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı daha var. Təbii ki, məhkəmə Cavabdeh ilə birgəlikdən anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi iddiaçının rəsmi nikahından da dünyaya gəlmiş uşağının da mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Belə olan təqdirdə isə məhkəmə iddiaçının tələbində qismən haqlı olduğunu hesab edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan, həmçinin ölkə üzrə uşaqların saxlanılması üçün müəyyən edilən alimentin hər il artım üzrə hərəkət dinamikasını da diqqətəalıb, gələcəkdə yeni aliment tələblərinin qarşısının alınması məqsədilə və iş üzrə digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməsi məqsədilə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,6 misli həddində aliment tutularaq Cavabdeh ödənilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğdən ibarətdir. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-839/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(020)-5839/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,6 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar