Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8147/2025 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) X13 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması”na dair iddiası üzrə Cavabdeh ilə birgə nikahdan anadan olmuş 09 sentyabr 2011-ci il təvəllüdlü X7 və 21 noyabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay 308 manat, yəni hər uşaq üçün 154 manat məbləğində alimentin ondan alınaraq Cavabdeh ödənilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-965/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi və Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-262/2025 xx.xx.2025-ci tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilərək həmin uşaqların saxlanılması üçün ondan Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər uşağın 18 yaşına çatana kimi saxlanılması üçün ondan hər ay minimum əmək haqqının 0.40 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin2(051)- 965/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahın pozulması, birgə nikahdan anadan olmuş 09 sentyabr 2011-ci il təvəllüdlü X7 və 21 noyabr 2012-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılması, 09 sentyabr 2011-ci il təvəllüdlü X7 və 21 noyabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay 308 manat məbləğində olmaqla hər uşaq üçün 154 manat alimentin alınması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-262/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilərək həmin uşaqların saxlanılması üçün ondan 09 sentyabr 2011-ci il təvəllüdlü X7 və 21 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Bildirir ki, daimi iş yeri yoxdur. Məcburi köçkün olmaqla, Rusiya Federasiyasında yaşamaqla fərdi əməklə məşğul olur. Özünün adına ayrıca təsərrüfatı yoxdur. Himayəsində olan anası yaşlı və xəstə olduğuna görə heç bir yerdə işləyə bilmir. Pensiyaçıdır və yaşa görə müavinət alır. Həmçinin anası müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ona görə də ona özü baxır. Bundan əlavə olaraq bildirir ki, Cavabdeh faktiki olaraq ayrıldıqdan sonra Rusiya Federasiyasında yenidən ailə qurmuşdur. Həmin nikahdan 2 azyaşlı övladı vardır. Onlara da baxmaq və qayğısına qalmaq, onları saxlamaq yükü üzərinə düşür. Qeyd etdiyi səbəblərdən məhkəmə qətnaməsi ilə əvvəllər qət edilmiş və indeksasiya olunmuş alimenti artıq ödəyə bilmir. Anası yaşlı və xəstə olduğundan onun saxlanılması, daima müayinə və müalicəsi üçün tələb olunan vəsaitlər, eləcə də hazırda onunla yaşayan həyat yoldaşı və azyaşlı övladlarının saxlanılması üçün tələb olunan vəsaitlər, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Məhz bu səbəbdən də uşağın saxlanıması üçün müəyyən edilmiş hər ay hər uşaq üçün minimum əmək haqqının 1.19 misli (476 manat) məbləğində alimenti ödəməyə imkanı çatmır. Çox çətinliklə ayda qət edilmiş alimenti hazırki dövrədək borc alaraq ödəmişdir ki, qalan borcun ödənilməsi və alimentin miqdarının hazırki səviyyədə qalması onun daha da ağır ailə və maddi vəziyyətə düşəcəyini qaçılmaz edir. Məhkəmə qətnaməsinin icrasından böyun qaçırmamış və qaçırmır. Uşağın saxlanılması üçün tərəfindən maddi dəstəyin vacib olduğunu bilir. Lakin aylıq gəliri az olduğundan himayəsində yaşlı və xəstə anası, həmçinin hazırda onunla yaşayan ailəsi və azyaşlı uşaqları olduğundan, yəni ailə və maddi vəziyyəti olduqca ağır olduğundan hər uşağın saxlanılması üçün ayda maksimum 160 manat, yəni minimum əmək haqqının 0.40 misli miqdarında aliment ödəmək iqtidarındadır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq alimenti məhkəmə qətnaməsi ilə qət edilmiş miqdarda tələb edir. Ona görə də alimentin miqdarının azaldılması ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş və məhkəmə qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarının azaldılmasına zərurət yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq qeyd edir ki, iddiaçı digər nikahda olan övladlarının təhsil haqqını ödəyə bilmir deyə yəqin ki, növbəti ildən artıq orada təhsil ala bilməyəcəklər. Həmçinin bildirir ki, iddiaçının Rusiyada külli miqdarda borcu var. Hazırda bank sənədləri təqdim edib. Həmin sənədlərdən də görünür ki, onun borcu çoxdur. Həmçinin Rusiyada da məhkəmə işləri var. Hazırda indeksasiya olunan məbləğ gələcəkdə iddiaçının maddi vəziyyətini çox çətin vəziyyətə sala bilər. Bu səbəbdən də aliment məbləğinin azaldılmasını xahiş edir. Daha sonra bildirdi ki, iddiaçının ikinci nikahdan olan uşaqları bir neçə ildir ki, “İdrak” liseyində təhsil alır, onların əvvəlki illər üçün təhsil ödənişləri olub, lakin hazırda tam ödəniş edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ikinci nikahından olan uşaqlarının təhsil haqqını ödəyə bilmədiyini bildirsə də onun əldə etdiyi qeyri-rəsmi məlumata əsasən 2026-cı ilin aprel ayına qədər ödəniş edilib. Əvvəlki aliment məbləği bir uşaq üçün 154 manat, ümumi 308 manat olsa da gecikmələrlə ödəniş edilib. Ondan başqa heç bir yardım etməyib. Hazırda da indeksasiya ilə tutulan aliment məbləğinin tam şəkildə ödənilməsini xahiş edir. Əgər iddiaçı digər uşaqlarının saxlanması üçün hər ay kifayət qədər pul xərcləyirsə, deməli onunla nikahdan olan uşaqlarının saxlanılması üçün də ödəniş edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahtında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı tərəfindən kinci nikahdan olan uşaqların təhsil haqqları üçün hər ay 800-900 manat ödəniş edildiyi halda, birinci nikahdan olan uşaqların yalnız saxlanılması üçün 200 manat ödəniş etməyi uşaqlar arasında bərabərsizliyə gətirib çıxarır. İddiaçı tərəf gəlirlərinin pis olması barədə məhkəməyə heç bir rəsmi məlumat təqdim etmir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının aylıq kredit ödənişləri kifayət qədər çoxdur və hazırkı aliment məbləğini ödəniş etməyə kifayət qədər imkanları var. Mülki işin materialları: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-965/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2010-cu ildə Ağdam rayon Mərzilli kənd Ərazi Nümayəndəliyində 46 № ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulan uşaqların Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat, cəmi 308 sabit pul məbləğində alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 965/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 154 (bir yüz əlli dörd manat) manat məbləğində tutulan aliment, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,19 misli həddində indeksasiya edilmiş və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətinə görə İddiaçı ilə X10 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin tərcümə olunmuş surətinə görə X5 xx.xx.2016cı il tarixdə, X9 isə xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Novosibirsk vilayəti, Novosibirsk şəhərində doğulmuşlar. Ataları İddiaçı, anaları, X6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İdrak” liseyi tərəfindən verilən xx.xx.2026-cı il tarixli məlumatın surətindən görünür ki, X4 və X8 hal-hazırda “İdrak” liseyinin Bakı filialında təhsil alırlar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdrak liseyi tərəfindən verilən xx.xx.2026-cı il tarixli məlumatın surətindən görünür ki, X4 və X8 hal-hazırda “İdrak” liseyinin Bakı filialında təhsil alırlar. Lisey tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə görə ödənilməli olan təhsil haqqı tam şəkildə ödənməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:: Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Hazırkı işin materiallarından göründüyü kimi, cavabdehin rəsmi işlədiyi yer olmasa da, fərdi əməklə məşğul olur. Həmçinin cavabdehlə nikahları pozulduqdan sonra növbəti dəfə nikaha daxil olmuş və həmin nikahdan iki övladı var. İddiaçı cavabdehlə olan iki uşaqdan başqa daha iki uşağının, ümumilikdə himayəsində 4 uşağının, eləcə də xəstə anasını olmasını, müntəzəm gəlirinin olmadığını, borcunun olduğunu qeyd edərək iddiasının təmin olmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu, uşaqların mənafeyinə və marağına zidd olduğu üçün qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı maddi durumunda olan çətinliklərlə əlaqədar uşaqlar üçün təyin edilən aliment məbləğinin azaldılmasını xahiş etsə də bankdan götürmüş olduğu kreditin məbləği, həmçinin ikinci nikahdan olan uşaqlarının illik təhsil haqqının kifayət qədər yüksək olan “İdrak” Liseyinin Bakı filialında təhsil almaları, iddiaçının göstərilən xərcləri qarşılamaq iqtidarında olduğunu göstərir. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə uşaqlarının arasında bir növ ayrı-seçkiliyə yol verir. Belə ki, birinci nikahdan olan iki uşağın birlikdə saxlanılması üçün müəyyən edilən bir aylıq cəmi alimentin (hansı ki, həmin məbləğə uşağın bir ay üçün zəruri olan bütün xərcləri, yəni yemək, dərs ləvazimatlarının alınması, gəzmək, istirahət və s. daxildir) məbləği təxminən digər nikahdan olan bir uşağın yalnız bir ay üçün müəyyən edilmiş təhsil haqqına mütənasibdir. Odur ki məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin həcminin artırılması, ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-8147/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8147/2025
17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver