Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8156/2025 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası 2025-ci il ölkə üzrə uşaqlar üçün yaşayış minimuma uyğun olan miqdarda (246 manat) alimentin müəyyən edilməsi barədə qətnamə qəbule edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 nömrəli qətnaməsinə əsasən, cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 anası X2 yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla,cəmi 470 manat sabit pulməbləğində alimentin ondan tutulması qət edilmişdir. Daha sonra Cavabdeh ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-63/2025 nömrəli qərardadına əsasən, cavabdehin ərizəsi təmin edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 nömrəli məhkəmə qətnaməsi ilə hər üşağa görə müəyyən edilmiş 235 manat aliment məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,68 misli həddində sabit pul məbləğində indeksasiya edilmişdir. Qeyd edir ki, o, heç yerdə işləmir. Hal-hazırda işsizdir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş hər uşaq üçün 235 manat aliment məbləğini çətinliklə ödəyirdi. Hazırda isə həmin məbləğ hər uşağa 272 manat məbləğində olmaqla, iki uşaq üçün 544 manat təşkil edir. Təyin olunmuş aliment məbləği onun çətin olan maddi vəziyyətini daha da çətinləşdirir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb, mediatorun bu barədə arayışını iddia ərizəsinə əlavə edir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq, bildirmişdir ki, o, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alimentin azaldılması barədə iddia tələbi ilə tam şəkildə razı deyil. Qeyd edir ki, məhkəmə iclasında iştirak etməyəcək. Bu səbəbdən mövqeyi və etirazları tam, aydın və ətraflı şəkildə yazılı formada təqdim olunur və bu sənədin onun şifahi izahatı kimi qiymətləndirilməsini xahiş edir. Qüvvədə olan məhkəmə qərarı qanunidir və dəyişdirilməsi üçün əsas yoxdur. Hazırda qüvvədə olan məhkəmə qərarına əsasən iddiçıdan iki azyaşlı uşaq üçün aylıq hər uşaq üzrə 272 manat aliment tutulması müəyyən edilmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmiş, ləğv edilməmiş, icra sənədi kimi icra olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qanuni qüvvədə olan məhkəmə qərarı yalnız qanunda nəzərdə tutulmuş hallar olduqda dəyişdirilə bilər. İddiaçı isə alimentin azaldılmasına əsas verən heç bir obyektiv və rəsmi sübut təqdim etməmişdir. Qeyd edir ki, aliment məbləğinin yaşayış minimumuna uyğun olaraq indeksasiya edilərək hər uşaq üçün 544 manat müəyyən edilməsi barədə məhkəmə qərarından iddiaçı qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Bu isə onu göstərir ki, iddiaçı həmin qərarla razılaşmış hesab olunur. Hazırda alimentin azaldılması tələbi faktiki olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarına dolayı yolla yenidən baxılması cəhdidir ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. İddiaçı aliment öhdəliyini yerinə yetirmi və əhəmiyyətli məbləğdə borcu mövcuddur. İcra sənədlərinə əsasən, iddiaçının bu günədək aliment və məhkəmə xərci üzrə 4488 manat məbləğində borcu mövcuddur. Bu fakt onu göstərir ki, iddiaçı aliment öhdəliyini sistemli şəkildə yerinə yetirməmiş, uşaqların saxlanılması faktiki olaraq yalnız onun üzərinə düşmüşdür. Aliment üzrə borcu olan şəxsin alimentin azaldılmasını tələb etməsi hüquqi baxımdan əsassızdır, vicdanlılıq və ədalət prinsiplərinə ziddir, uşaqların mənafeyinə uyğun gəlmir. İddiaçının rəsmi iş yerinin olmaması alimentin azaldılması üçün qanuni əsas deyil. İddiaçı iddiasını əsaslandırmaq üçün rəsmi iş yerinin olmadığını bildirir. Lakin bu hal qanunvericilikdə alimentin azaldılması üçün əsas kimi nəzərdə tutulmamışdır. İddiaçı əmək qabiliyyətlidir, sağlamlıqla bağlı hər hansı məhdudiyyətini təsdiq edən sənəd təqdim etməmişdir, işləməsinə mane olan obyektiv səbəb göstərməmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı boşanma tarixindən bu günə qədər daim “işsiz” olduğunu iddia etmişdir. Bu hal yeni yaranmış vəziyyət deyil və alimentin azaldılması üçün tələb olunan “maddi vəziyyətin dəyişməsi” meyarına cavab vermir. Davamlı və könüllü işsizlik aliment öhdəliyindən yayınmaq üçün əsas ola bilməz. Alimentin indeksasiyası qanuni və məcburi xarakter daşıyır. Aliment məbləğinin indeksasiya olunması yeni alimentin müəyyən edilməsi deyil, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumunun qorunmasına yönəlmiş məcburi hüquqi mexanizmdir. Yaşayış minimumunun artması ilə əlaqədar alimentin indeksasiya olunması qanunun birbaşa tələbidir, iddiaçının iradəsindən asılı deyil, alimentin azaldılması üçün əsas yarada bilməz. İddiaçının adına əmlakın olmaması aliment öhdəliyini aradan qaldırmır. İddiaçının adına əmlakın olmaması valideynlik məsuliyyətini aradan qaldırmır, alimentin azaldılması üçün hüquqi əsas yaratmır. Aliment əmlaka görə deyil, valideynlik məsuliyyətinə görə tutulur. Uşaqlar valideynin maddi və təşkilati problemlərinin nəticələrini daşımalı deyillər. Uşaqların saxlanma xərcləri azalmamış, əksinə artmışdır. Hazırkı dövrdə uşaqların qida, geyim, məktəb və təhsil, gündəlik yaşayış xərcləri artmışdır. Bu səbəbdən alimentin azaldılması uşaqların normal inkişafına mənfi təsir göstərər, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuş “uşağın mənafeyinin üstünlüyü” prinsipinə ziddir. Qanunda nəzərdə tutulmuş “kəskin maddi pisləşmə” mövcud deyil. İddiaçı əlillik almamış, əmək qabiliyyətini itirməmiş, ağır xəstəliklə bağlı rəsmi sənəd təqdim etməmişdir. Bu səbəbdən alimentin azaldılması üçün qanuni əsas mövcud deyil. Göstərilənləri nəzərə alaraq, iddiaçının alimentin azaldılması barədə iddia tələbinin tam şəkildə rədd edilməsini, qüvvədə olan məhkəmə qərarının dəyişdirilmədən saxlanılmasını, aliment (4388 manat) və məhkəmə xərci (100 manat) üzrə 4488 manat borcun mövcudluğunun nəzərə alınmasını, işin onun məhkəmə iclasında iştirakı olmadan araşdırılmasının təmin edilməsini, uşaqların mənafeyinin prioritet hesab edilməsini xahiş etmişdir. Qeyd edir ki, iddia tələbi faktiki olaraq aliment öhdəliyindən yayınmaq və mövcud borcun azaldılmasına nail olmaq məqsədi daşıyır və uşaqların mənafeyinə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı alimentin azaldılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. AZE seriyalı 11701803 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X8 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. AZE seriyalı 11701802 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X9 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-63/2025 saylı qərardadından görünür ki, tələbkar Cavabdeh “alimentin indeksasiyası” barədə ərizəsi təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 477/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X10 ilə cavabdeh İddiaçı arasında 06 oktyabr 2012-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində 1201 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları X5 yanında saxlanılmaları, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi, İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat və mediasiya xərcinin əvəzi kimi 50 manat pulun tutularaq X6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş iş yeri haqqında arayışdan görünür ki, İddiaçı barəsində mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2026-cı il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 analarının himayəsində saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı Aslanova (Əliyeva) Cəmilə Əli qızının xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment tutulmuşdur. Daha sonra Cavabdeh ərizə əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-63/2025 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur. İddiaçı hazırda alimentin azaldılması barədə iddia ərizəsi ilə müraciət edərək, təyin edilmiş alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia barədə onu vurğulamağı lazım bilir ki, uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırda tərəflərin birgə nikahlarından olan uşaqlar Cavabdeh himayəsində olduqlarından onların bütün qayğısı, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü hazırda cavabdehin üzərindədir. Hazırda iddiaçı aliment məbləğinin azaldılaraq 246 manat məbləğində təyin edilməsini xahiş etsə də, məhkəmə cavabdehin maddi vəziyyətini, hazırda 246 manatın ölkə üzrə uşaqlar üçün təyin olunmuş yaşayış minimumundan olduqca az olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin olunmuş 235 manat alimentin məbləği dəyişdirilməli, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarna çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-477/2024 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin olunmuş 235 manat alimentin məbləği dəyişdirilsin xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Alimentin azaldılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-8156/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8156/2025
02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver