Məhkəmə qərarları › İş №e-2(001)-8206/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8206/2025

16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8206/2025 16.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X12 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1840/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 30 aprel 2019cu il tarixdən başlayaraq 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Quliyeva X5 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq ölkə üzrə müəyyən edilmiş mininmum əmək haqqının 0.64 misli miqdarında indeksasiya edilməsini xahiş etmişdir. Məhkəmənin 8(001)- 925/2025 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları Cavabdeh xeyrinə tutulmuş, hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.88 misli aliment həddində indeksasiya edilməsi qərara alınmışdır. Bildirir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə X6 ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X11 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1868/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tarixdə X6 ilə aralarında bağlanmış nikah pozulmuş, X7 ananın yanında qalması, xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı avtokran operatoru işləyir və onun aylıq əmək haqqı 500 manat təşkil edir. Digər gəlir yeri yoxdur. xx.xx.2024-cü il təvəllüdlü X2 üçün aylıq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli (248 manat), habelə aliment 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.88 misli (hər uşaq üçün 352 manat, ümumilikdə 704 manat) aliment ödəmək iddiaçı üçün çətindir və məhkəmə qətnaməsinin icrasını mümkünsüz edir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1840/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay tutulan alimentin miqdarı azaldılsın, cavabdehin xeyrinə iddiaçıdan 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.64 misli miqdarında (256 manat) aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı təsdiq etdi, təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə məlumat göndərilsə də bildiriş zərfi geri qaytarılmış, SMS məlumatlandırma olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının mövqeyini dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1840/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsi ilə 30 aprel 2019-cu il tarixdən başlayaraq 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa görə hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1868/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment tutularaq X4 ödənilməsi, xx.xx.2024-cü il təvəllüdlü X9 üç yaşına çatanadək İddiaçı əlavə olaraq hər ay 50 manat məbləğində pul tutularaq X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-925/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1840/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,88 misli həddində indeksasiya olunması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, iddiaçının da cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı ikinci dəfə ailə qurub və himayəsində iki azyaşlı uşağı var. Təbii ki, məhkəmə cavabdeh ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi iddiaçının ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşaqlarının da mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, iddia təmin olunmalı, 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda məhkəmə xərcləri ödənilmiş 44 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1840/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsi ilə 18 iyul 2014-cü il təvəllüdlü X8 və 18 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-925/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,88 misli həddində indeksasiya olunmuş alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar