Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-8338/2025 16.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, əmək haqqının gecikdirilməsi görə və ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddiaçıya tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, tələbin natamam olması qeyd olunmuş, bununla əlaqədar məhkəmə iclası xx.xx.2026-cı il tarixə təxirə salınmışdır. Lakin qeyd olunan tarixdə iddiaçı tələbini dəqiqləşdirməmiş, yeni ərizə ilə müraciət edəcəyini, elektron sistemdə səhv olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi ərizənin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki məzmunlu iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-8338/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-8338/2025
16.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver