Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-864/2023 14.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün cavabdehdən sabit pul məbləğində hər uşaq üçün, hər ay 2000 ABŞ dolları məbləğində aliment tutulmasına və mediasiya üçün ödənilmiş 50 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbini dəyişərək, alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün cavabdehdən sabit pul məbləğində hər ay, hər uşaq üçün 3400 manat (2000 ABŞ dollarına bərabər) məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərcinin tutulmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh pozulmuş nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X11 adlı iki uşaqları vardır. Məhkəmədən kənar uşaqların saxlanılması üçün mediasiya vasitəsi ilə alimentin ödənilməsi proseduru zamanı nəticə əldə olunmamışdır. Cavabdeh Qətərin paytaxtı Doha şəhərində yerləşən “X17 Hotel & Spa otelinin” baş meneceri vəzifəsində işləyir. Aylıq məvacibi barədə dəqiq məlumat olmasa da kifayət qədər yüksək olması mübahisəsizdir. Onun həmin vəzifədə işləməsi açıq internet resurslarında əks olunmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Hazırda uşaqlar məhkəmə qətnaməsi ilə analarının himayəsindədirsə, hər iki uşağa görə iddiaçı aliment tələb etməkdə haqlıdır. Əgər cavabdehin Sabirabad Rayon Məhkəməsində qaldırdığı məsələ yekunlaşarsa, uşaq atanın himayəsinə verilərsə, onda cavabdeh alimentin azaldılması ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, iddia tələnbini qismən qəbul edir. Belə ki, iddiaçının cavabdehdən hansı əsasla hər uşağa 2000 dollar, daha sonra isə onun Azərbayan manatına münasibətdə hər uşaq üçün 3400 manat aliment tələb etməsi kifayət qədər əsaslandırılmayıb. Belə ki, nəzərə alınmalıdır ki, uşaqlardan xx.xx.2008-ci il təvəllüdlü X12 özü təkbaşına 16 yaşında olmasına baxmayaraq, Türkiyə Respublikasından birbaşa atasının yanında getmiş və görüntülərində qısadılmış formada qeyd edilərsə, anasından bezdiyini ifadə etmişdir. Hətta uşaq artıq atasının yanında yaşamaq üçün oturum icazəsi belə almışdır. Cavabdeh hazırda uşağın təhsili ilə bağlı məsələnin həlli üçün çalışır. Ümumiyyətlə iddiaçının cavabdehdən kifayət qədər yüksək həddə aliment tələb etməsi şaibəlidir. Belə ki, iddiaçı 7 il ərzində uşaqlara görə ödənilən 100 manat, ümumilikdə 200 manat alimentlə dolanışığını təmin etmişdirsə, indi hansı əsasla birdən-birə bu qədər yüksək həddə aliment tələb edir. Görünür ki, uşaqlardan birinin atanın yanıda bu formada getməsi tərəflər arasında aqressiyaya səbəb olmuşdur. Atasının yanında olması səbəbindən xx.xx.2008-ci il təvəllüdlü X12 üçün tələb edilən alimetin artırılması hissəsində ümumiyyətlə iddia tələbinin rədd edilməsini xahiş edir. Digər uşağa münasibətdə isə cavabdeh yaşayış minimumu həddində 220 manat alimeti ödəməyə razıdır. Həmçinin nəzərə alınmaldır ki, cavabdeh yanında olan xx.xx.2008-ci il təvəllüdlü X12 üçün iddiaçıya qarşı Sabirabad Məhkəməsində uşağın himayəyə verilməsi ilə bağlı iddia qaldırmışdır. Çünki məhkəmə qətnaməsi ilə hüquqi baxımdan uşaq ananın himayəsindədir. Lakin reallıqda faktiki olaraq atasının himayəsində olmaqla, onun yanında Qətərdədir. Cavabdeh 2023-cü ilin yanvarına kimi anada olduğundan ata uşaqlar üçün alimenti mütəmadi olaraq ödəmiş, hətta uşaqların saxlanması üçün əlavə ödənişlər də, etmişdir. İddiaçının özü Türkiyə Respublikasında yaşayır və işləyir. Onda olan məlumata əsasən normal gəliri də, vardır.
6. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsini məhkəməyə ünvanlayaraq iddiaya münasibətində bildirmişdir ki, İddiaçı ilə nikahları Sabirabad Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə ləğv edilmişdir. 20 yanvar 2023-cü il tarixində kiçik oğlu İmanov Raul ona zəng edərək bildirmişdir ki, o, Qətər hava limanındadır. Bu xəbər onun üçün də, gözlənilməz olmuşdur. Lakin həmi vaxta kimi oğlu ilə danışan zamanlarda oğlu anası ilə qala bilmədiyini, anasının onu təhqir etdiyini, onunla barışa bilmədiyini bildirirdi. O isə öz növbəsində övladına xəbərdarlıq etmişdir ki, qarşısındakı onun anasıdır. Əgər onu danlayırsa deməli, onun hər hansı bir səhvi vardır. Övladı ilə danışan zaman müəyyən olundu ki, artıq yetkinlik yaşına çamış yeniyetmənin bu formada davranışı ananın uşağın analıq borcunu və funksiyasının yerinə yetirilməməsindən qaynaqlanır. Çünki çox təkid etsə də, Raul anasının yanına getməkdən imtina etmişdir. Bu hala laqeyd qala bilmədiyindən və uşaq anasının himayəsində olduğundan artıq Raulun məhkəmə qaydasında öz yanında saxlanılması üçün zəruri addımlar atılıb. Həmin məhkəmə zamanı övladının psixologiyasına mənfi təsir göstərməmək üçün, ona təkidlə anasının yanında qalmasını deməyəcək. Mübahisənin bu dərəcəyə çatmasını istəməsə də, ata kimi hər zaman övladlarının arxasındadır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında 23 mart 2005-ci ildə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində 286 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından doğulan xx.xx.2006-cı il tarixdə anadan olmuş Rüfət və xx.xx.2008-ci ildə anadan olmuş Raul adlı uşaqlar yetkinlik yaşına çatana qədər anaları X3 himayəsində saxlanılmaları, xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh Vəlil oğlundan Rüfət və Raul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 100, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir.
8. Sabirabad regional ASAN-Xidmət Mərkəzi tərəfindən verilən AZ-ı seriyalı, 412607 saylı, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikaha xx.xx.2016-cı il tarixində xitam verilmişdir. Nikah pozulandan sonra qadına “İsmayılova” soyadı verilmişdir.
9. Sabunçu Rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 742309 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08 fevral 2006-cı il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r.
10. Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 092167 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 fevral 2008-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r.
11. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB-/9-00464 saylı arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci ödənilmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir.
12. İnternet informasiya resurslarından təqdim edilən xəbər başlıqlarına dair çıxarışlardan görünür ki, Cavabdeh Qətərin paytaxtı Doha şəhərində yerləşən “X17 Hotel & Spa” otelinin baş meneceri kimi təqdim edilmişdir.
13. İnternet informasiya resurslarından təqdim edilən çıxarışdan görünür ki, Könül İmanova özünə məxsus sosial şəbəkəsində özünü Türkiyə Respublikasında Behçet Kemal Çağlar ilkokulunda ingilis dili müəllimi kimi qeyd etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. Cavabdeh ilə X9 arasında 23 mart 2005-ci ildə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində 286 nömrə ilə qeydə alınmış nikahın Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulan uşaqlar anaları X6 yanında saxlanılmışlar və onların saxlanılması üçün hər ay,hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat aliment tutulmuşdur.
15. Hazırda iddiaçı alimetin tutulduğu vaxtdan uzun bir vaxt keçməsini, cavabdehin isə hazırda xarici dövlətdə (Qətər dövlətinin paytaxtı Doha şəhərində) kifayət qədər yüksək əmək haqqı ilə yüksək vəzifədə çalışdığını iddia etməklə uşaqlar üçün tutulan aliment məbləğinin, yəni 200 manat pul vəsaitinin artırılaraq hər uşağa görə 3400 manat olmaqla (2000 ABŞ dollarına bərabər) 6800 manat müəyyən edilməsini və cavabdehdən tutulmasını xahiş edir.
16. İddiaçı və cavabdeh hər ikisi xarici dövlətdə yaşamaqla, işləyirlər. Belə ki, Cavabdeh Qətərin paytaxtı Doha şəhərində yerləşən “X17 Hotel & Spa” otelinin baş meneceri vəzifəsində çalışmışdır, belə ki, cavabdehin nümayəndəsi Cavabdeh artıq yerdə işləmədiyini bildirir. X13 Respublikasında Şair Behçet Kemal Çağlar ilkokulunda ingilis dili müəllimi kimi işləyir. Lakin hər iksinin əmək haqqı barədə iş materiallarından dəqiq məlumat yoxdur.
17. Tərəflərin birgə nikahlarından doğulan uşaqlardan 25 fevral 2008-ci il təvəllüdlü X12 hazırda atasının yanında Qətər dövlətindədir. Bu barədə iş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Raul anasının yanında qalmaq istəmədiyindən öz iradəsi ilə atasının yanına getdiyini bildirir. 08 fevral 2006-cı il təvəllüdlü X11 isə hazırda Türkiyə Respublikasında anasının yanındadır. Hər iki tərəf bu faktı mübahisələndirmir və məhkəmə həmin məsələyə işin mübahisəsiz halı kimi qiymət verir.
18. Cavabdeh iddia tələbini qismən qəbul edir. Belə ki, öz yanında olan oğlu 25 fevral 2008-ci il təvəllüdlü X12 üçün alimentin artırlması hissəsində ümumiyyətlə iddianın rədd edilməsini, digər oğlu 08 fevral 2006-cı il təvəllüdlü X10 münasibətdə isə aliment məbləğinin artırlaraq, yaşayış minimumu həddində müəyyən edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
21. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
22. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
23. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
27. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
28. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflərin birgə nikahlarından olan xx.xx.2008-cı il təvəllüdlü X12 qətnamə ilə anasının yanında saxlanılsa da, hal-hazırda faktiki olaraq atasının himayəsindədir. Odur ki, alimentin uşaqdan ayrı yaşayan valideynin uşağı saxlamaq vəzifəsindən irəli gəldiyi və aliment(və ya artırılma) tələb edən şəxsin uşağın yanında olmadığı nəzərə alındıqda, baxmayaraq ki, həmin hal məhkəmə icraatı zamanı yaranmışdır, bu barədə tələb əsaslı hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə X2 ilə bağlı alimentin artırılmasını tələbini əsassız hesab edir.
29. Digər yetkinlik yaşına çatmayan uşağa münasibətdə, yəni xx.xx.2006-cı il təvəllüdlü X10 münasibətdə iddiaçının tələbini qismən əsaslı hesab edir.
30. Belə ki, əvvəla alimentin müəyyən edildiyi 2016-cı il tarixdən uşağın yaşına mütənasib olaraq onun xərcləri, həyat səviyyəsi(qiymət və.s) xeyli artmışdır. Bu hal təbii ki, alimentin artırılması üçün əsasdır. Bununla yanaşı cavabdehin maddi vəziyyəti, tələb edilən miqdarda aliment ödəmək iqtidarında olması, himayəsində başqa yetkinlik yaşına çatmayan uşağın olması da nəzərə alınmalı olan haldır.
31. İddiaçı tərəf cavabdehin qazancı barədə konkret sübutlar təqdim etməsə də, məhkəmə cavabdehin tələb edilən miqdarda aliment ödəmək iqtidarında olub-olmamasını işin halları ilə müəyyən etməsə də, cavabdeh tərəf alimentin yaşayış minimumu həddində tutulmasını tələb etsə də məhkəmə hesab edir ki, tərəflərin bütün diqqətəlayiq halları nəzərə alınmaqla alimentin 500 manat həddində müəyyən edilməsi işin hallarına uyğundur.
32. Belə ki, cavabdeh kifayət qədər həyat səviyyəsi yuxarı olan ölkədə yaşayır. Eyni zamanda həmin ölkədə əmək fəaliyyəti ilə məşğul olması üçün zəruri biliyə, təcrübəyə malikdir, çünki həmin ölkədə yüksək vəzifədə işləmiş olması bu qənaətə gəlməyə əsas verir. Bundan əlavə daha öncə də uşaqların maddi, sosial rifahının yüksək saxlanılmasında lazımi qaydada iştirak etmiş olması da qətnamə ilə müəyyən ediləcək aliment məbləğini ödəmək iqtidarında olması qənaətini formalaşdırır.
33. Bu baxımdan məhkəmə hesab edir ki, artırılan aliment məbləği aliment ödəyən şəxsin mənafeyinə xələl gətirməməklə, aliment ödənilən uşağın da mənafeyinə uyğundur. Həmçinin, aliment ödənilən uşağın faktiki olaraq 16 yaşında olması və cavabdehin artırılmış məbləğdə alimenti 2 ildən daha az bir zaman ərzində ödəyəcəyi də mübahisənin həlli zamanı nəzərə alınmışdır.
34. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
35. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
36. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
37. İddiaçının mediasiya xərci kimi ödədiyi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
42. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
44. 8.1.1-ci maddəsinə əsasən 8.1.2 iddia qiyməti 1.000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir.
45. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 üçün müəyyən edilən alimentin məbləği dəyişdirilməli, xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir.
47. Eyni zamanda alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
48. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiyməti məbləğinə mütənasib olaraq 68 (500-100)x12=4800) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalı, iddiaçının mediasiya xərci kimi ödədiyi 50 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq İddiaçı verilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 üçün müəyyən edilən alimentin məbləği artırılsın. xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500(beş yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev