Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-968/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)-7215/2018 nömrəli qətnaməsi ilə 20 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmış alimenti üzrə 1442 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)-7215/2018 nömrəli qətnaməsi ilə İddiaçı 20 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin X1 xəstəliyi ilə əlaqədar İddiaçı uşaq sağalanadək 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi haqqında məlumat əlavə xərcin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3562/2024№li xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsini qət etmişdir. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansına da qət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment üzrə yığılmış borc İddiaçı tam ödəmişdir və bundan sonar qətnaməyə əsasən təyin edilmiş 154 manat məbləğində əsas aliment və 100 manat məbləğində əlavə xərc hər ay vaxtı vaxtında ödəmişdir. Beləliklə, İddiaçı aliment üzrə borc olmamışdır. Buna baxmayaraq, Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə müraciət edərək İddiaçı 1442 manat məbləğində ödənilməmiş aliment pulu əsassız olaraq tələb edir. Bununla əlaqədar İddiaçı vəkil xidməti göstərilməsi üçün vəkil bürosuna müraciət edərək müqavilə bağlamışdır. Vəkil-nümayəndə tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Tamilla Rüstəmovanın ünvanına ərizə göndərilmişdir. Həmin ərizədə qeyd edilib ki, 2(001)-3562/2024 №li mülki işin “alimentin miqdarının artırılması barədə aparılması zamanı məhkəmə iclaslarının birində Cavabdeh İddiaçı aliment üzrə borcu olmadığını bildirmişdir. Lakin hazırda Cavabdeh İddiaçı tamamilə əsassız olaraq 1442 manat aliment tələb edir. Bununla bağlı Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən qeyd edilmiş mülki işlə bağlı məhkəmə iclasının protokollarının audio və video çəkilişləri tələb edilməsini xahiş etmişdir. İddiaçı 2018-ci ildən 2024-cü ilə qədər Cavabdeh adına olan müxtəlif bank kartlarına aliment pulu göndərmişdir. Ödənilmiş alimentin təsdiq edən qəbzlər İddiaçı tərəfindən İcra Məmur Tamilla Rüstəmovaya təqdim edilmişdir. Lakin bu qəbzlərin bəziləri saxlanmayıb, yəni itib. Bununla bağlı icra məmuru X2 Kərimovanın müxtəlif banklarda olan hesablarından bank çıxarışlarını tələb edilməsini xahiş etmişdir. Lakin icra məmuru yuxarıda qeyd olunan icra hərəkətlərini yerinə yetirməkdən imtina etmişdir. Bununla bağlı İddiaçı hazırda aliment borcunun olmaması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcburdur/ Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədi. Qarşı tərəfin borclu olmasının rəsmi icra şöbəsinin arayışı təsdiq edir. Məhkəmə iş materiallarını və tərəflərin mövqeyini nəzərə alıb, hesab edir ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxıla bilməməsi səbəbindən xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı icra sənədi üzrə İddiaçı 1142 manat borcu mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə (maraqlı şəxsə) qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə müvafiq olaraq, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-1637/2024 saylı qərarında qeyd olunur ki, “...Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir...” Məhkəmənin mövqeyi Sadalanan qanunvericilik normalarına, o cümlədən də işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Məhkəmənin yuxarıda sadalanan qanunvericilik normalarının, məhkəmə təcrübəsini müəyyən edən qərarlarında formalaşmış mövqeyin təhlili nəticəsində gəldiyi qənaət belədir ki, iddiaçı borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra icraatı qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və bu əsasla iş üzrə icraata xitam verilməli, şəxsə icra məmuruna müraciət etməli olması ona izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 50 (əlli) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah edilsin ki, onun borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-968/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-968/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver