Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-115/2024 09.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissəsi: İddiaçı Cavabdeh Məhəmmismayıl oğluna qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə qeydə alınmış birgə rəsmi nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh qazancından 1000 manat miqdarında hər ay ödənilməli olan sabit pul məbləğində alimentin, habelə xx.xx.2006-cı il təvəllüdlü X5 münasibətdə əvvəlki 3 illik müddət həddində 36.000 (otuz altı) min manat miqdarında alimentin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydə alınmışdır. Tərəflərin birgə rəsmi nikahından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 doğulmuşdur. Göyçay rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli rəsmi nikah pozulmuş, tərəflərin birgə rəsmi nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılmışdır. Tərəflər arasındakı nikah rəsmi qaydada pozulsa da onlar faktiki olaraq 2018-ci ilə kimi birlikdə yaşamışlar və İddiaçı Cavabdeh təqsirli hərəkətləri nəticəsində ondan ayrılmışdır. İddiaçı Cavabdeh ilə ayrıldıqdan sonra cavabdeh tərəflərin birgə nikahından doğulmuş və Göyçay rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında iddiaçının yanında saxlanmalı olan uşaqları iddiaçıya verməmişdir. Uşaqlar atalarının himayəsində qaldıqları dövrdə ataları və analıq tərəfindən edilən haqsızlıqlar, təzyiqlər, təhqirlər nəticəsində yaranmış dözülməz şəraitlə razılaşmayaraq 16 iyul 2020-ci ildə özləri könüllü olaraq ata himayəsindən imtina edib, anaları, İddiaçı yanına qayıtmışlar. Sonradan Cavabdeh uşaqları aldadıb, yaşadığı ünvana aparsa da, Məhəmməd yenidən anasının yanına qayıtmış, lakin Səadətin geri qayıtmasına imkan verilməmiş, hədə qorxu və təzyiq altında atasının himayəsində saxlanılmışdır. İddiaçı tərəflərin birgə rəsmi nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 Cavabdeh alınaraq onun himayəsinə verilməsi barədə iddia tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(046)-85/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmamış, İddiaçı xx.xx.2009-cu il tarixdə doğulmuş X4 Cavabdeh alınaraq ona verilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(107)-1044/2022 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(046)-85/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 Cavabdeh alınaraq ona verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1044/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(102)-1633/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1044/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(107)- 739/2023 saylı qətnaməsinə əsasən Göyçay rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(046)-85/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Göyçay rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(046)- 85/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Maqus qızının Cavabdeh qarşı uşaq tələbinə dair iddiasının təmin edilməsi, xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 Cavabdeh alınaraq iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Hazırda tərəflərin birgə rəsmi nikahından doğulmuş Məhəmməd və Səadət adlı uşaqlar İddiaçı himayəsindədirlər. Cavabdeh tərəflərin birgə rəsmi nikahından doğulmuş uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. İddiaçı uşaqların saxlanmasında ciddi maddi çətinliklər çəkir. Atası Qarabağda şəhid olmuşdur. İddiaçı tərəflərin birgə rəsmi nikahından doğulmuş uşaqların həm gündəlik geyim, ərzaq kimi tələbatlarının, həm də təhsili ilə əlaqədar olan ödənişlərin ödənilməsinə maddi imkanı yoxdur. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş tibbi sənədlərlə təsdiq edilir ki, İddiaçı 2020-ci ildən etibarən onkoloji xəstəlikdən əziyyət çəkir və ona xx.xx.2020-ci il tarixdə “uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi, uşaqlıq boynu xərçəngi” diaqnozu ilə cərrahi əməliyyat icra olunmuşdur. Bundan 2 ay sonra onda yenidən ağrılar, qanaxma başladığı üçün MOM-a müraciət etmiş, aparılmış müayinələr əsasında xəstədə residiv aşkarlanmış, müalicə üçün 1 kimya terapiya gündüz stasionarı şöbəsinə qəbul olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı üçüncü dərəcəli əlilllik müəyyən olunmuşdur. Cavabdeh tam əmək qabiliyyətli olmaqla istifadəsində və mülkiyyətində olan şəxsi “Kamaz” markalı nəqliyyat vasitəsi ilə tikinti materialları daşımaqla və tikinti işlərini bilavasitə özü həyata keçirməklə ayda təxminən 3000-4000 manat gəlir qazanır. İddia tələbi ilə bağlı Cavabdeh məcburi mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Lakin o, təklifə heç bir cavab verməmişdir. Bundan sonra cavabdeh Əliyev X1 Şurasının mediatrı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o,xx.xx.2023-cü il tarixində saat 10:00- 11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Proses iştirakçılarının çıxışları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 2011-ci il tarixdən onlar arasından nikah pozulmuş,bu nikahın pozulması formal olmuş, , lakin bundan sonra 2018-ci il tarixədək birgə yaşamışdılar.Daha sonralar, uşaqların məktəb yaşlarında cavabdeh ona imkan vermədi ki, uşaqlarına analıq eləsin. Uşaqlar ata nənəsi tərəfindən məktəbə göndərilirdi, nəticədə uşaqların natəmiz olması səbəbi ilə məktəblərdən çıxarılmışdır. 2018-ci il tarixdən o Bakıda anasının yanında qalmaqla işləməyə başlamışdır.Uşaqlar isə atalarının yanına gedib gəlirdilər. Oğlu isə onunla qalırdı. Hal-hazırda bir uşaq üçün 500 manat olmaqla birlikdə iki uşaq üçün cəmi 1000 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 Cavabdeh alınaraq iddiaçının himayəsinə verilməsinə dair qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almasına baxmayaraq, uşaq artıq 2023-cü ilin mart atından anasının–iddiaçının himayəsindədir.Hal-hazırda cavabdehin aylıq gəliri 5-6 min manat olmasına baxmayaraq, birgə nikahdan olmayan uşaqların uzun müddət iddiaçının himayəsində olduğu müddətdə aliment ödəməyib. Cavabdeh Məhəmmismayıl oğluna məhkəmə iclasında izahatında qeyd edir ki, 2018-ci i l tarixli Göyçay məhkəməsinin qətnaməsi ilə uşaqların ikisi də onun himayəsinə verilmişdir Uşaqların ikisinə də o baxmışdır. 2022-ci ilin yayından oğlu anasıgilə gedib gəlməyə başlamışdır. Amma uşaqlar 2017-2022-ci illər onun himayəsində olmuşdur.Oğlu Məhəmməd 2022-ci ilin avqust ayından sonra cəmi 10 gün anasının yanında qalmışdır. Hətta oğlu 2023-cü ilin iyun, iyul, avqust aylarında anası ilə heç bir əlaqəsi –anasıgilə gedib-gəlmək olmadan onun himayəsində qalmışdır. 2023-cü ilin martından isə qızını və oğlunu birlikdə iddiaçının himayəsinə vermişdir. Hal-hazırda ayda 25-26 gün işi olur, günə 20 manat qazanır. İkinci dəfə evlənib,həmin nikahdan azyaşlı uşağı var.Müvafiq olaraq uşaqlara hər ay birinə 200 manat məbləğində aliment ödəməyə imkanı çatır.Bütün bu qeyd olunanaları, uşaqların onun himayəsində olduğu vaxtları təsdiq edən şahidi də məhkəməyə təqdim etmişdir. Məhkəməm iclasında dindirilən şahid X3 ifadəsində bildirmişdir ki, tərəflərlə 2007-ci il tarixdən kirayədə qalmış, onların iki uşağı var, bir il kirayə qalmış,sonradan dostluq etmiş, 2022-ci ilə kimi uşaqlar cavabdehin himayəsində olmuş və yalnız 2023-cü il tarixdən uşaqlar anasının yanına gedib gəlirlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 279450 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikaha xx.xx.2011-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 65 saylı akt qeydi ilə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 835698 və AZ-İİ 268578 nömrəli doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan Göyçay rayon məhkəməsinin 2(046)-392/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Cəbrayıl VVADQ şöbəsində xx.xx.2006-cı il tarixdə 192 nömrə ilə bağlanmış rəsmi nikahın pozulması, tərəflərin birgə rəsmi nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Göyçay rayon məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(021)- 716/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4 Cavabdeh alınaraq ona verilməsi tələbi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(107)-739/2023 saylı qətnaməsinə əsasən Göyçay rayon məhkəməsinin 14 yanvar 2022ci il tarixli 2(046)-85/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Göyçay rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(046)- 85/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiasının təmin edilməsi, xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 Cavabdeh alınaraq iddiaçının himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayışdan görünür ki,tərəflər aralarında olan ailə mübahisəsi ilə bağlı ilkin mediasiya sessiyası prosesi keçirilmişdir. Tətbiq edilən normalar: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları var. Hal-hazırda iddiaçı uşaqların onun himayəsində olmasını əsas gətirərək, cavabdehdən bir uşaq üçün 500 manat olmaqla iki uşaq üçün hər ay cəmi 1000 manat məbləğində aliment və uşaqlardan birinə uşağa nəzərən əvvəlki 3 illik müddət üçün 36000 manat məbləğində aliment ödənilməsini tələb edir, cavabdeh isə iddiaçının aliment tələbini qismən qəbul edərək, hər ay bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində aliment ödəməyə razı olaraq, iddiaçının qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin hallarını, uşaqların əsaslı mənafeyini, tərəflərin maddi vəziyyətini, yuxarıdakı qanun normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, aliment sabit pul məbləğində, bir uşaq üçün 250, iki uşaq üçün 500 manat məbləğində aliment Cavabdeh Məhəmmismayıl oğlundan İddiaçı xeyrinə təyin edilməli və iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin digər hissəsi-3 illik müddət həddində aliment məbləğinin tələbi hissəsində isə iddia rədd edilməli, belə ki məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il təvəllüdlü X5 münasibətdə 3 illik müddət həddində aliment məbləğinin ödənilməsini tələb etsə də, məhkəmə iclasında tərəflərin izahatından göründüyü kimi, xx.xx.2006-cı il təvəllüdlü X2 hal-hazırki dövrdən əvvəlki üç il ərzində daimi olaraq iddiaçının himayəsində olmasına dair iddiaçı tərəfindən sübut təqdim edilməmiş, həmçinin də iddiaçı tərəfindən xx.xx.2006-cı il təvəllüdlü X2 onun himayəsində olduğu əvvəlki dövr üçün də aliment ödəməli olan şəxsin-cavabdeh tərəfindən alimenti verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını sübuta yetirə bilmədiyini nəzərə alaraq, hesab edir ki , iddia tələbi həmin hissədə rədd edilməlidir. Qeyd edilənləri, uşaqların əsaslı mənafeyini və uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşağa 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment Cavabdeh Məhəmmismayıl oğlundan İddiaçı xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Qətnamə dərhal icra edilsin. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 500(beş yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-115/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-115/2024
09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver