Məhkəmə qərarları › İş №e-2(002)-1154/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1154/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1154/2025 13.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı elektron kabinet vasitəsilə iddia ərizəsi qaydasında irəli sürdüyü apellyasiya şikayətini nəzərdən keçirib məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-409/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmiş və həmin müraciətini 2 indeksi ilə iddia ərizəsi başlığı altında yükləmiş, məhkəmənin dəftərxanası tərəfindən apellyasiya şikayətinə mülki iş kimi nömrə verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçının hüquqi marağı hər hansı iddia tələbi irəli sürmək deyil, məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək olmuşdur. Məhkəmənin qəbul etdiyi qətnamədən apellyasiya şikayəti aryrıca iddia ərizəsi kimi verilə və ona yeni mülki iş nömrəsi ilə baxıla bilməz. Şikayət verilən mülki iş üzrə qanunla müəyyən edilmiş formada və müddətdə, elektron qaydada yüklənən apellyasiya şikayətinin mümkünlüyü məhz həmin iş üzrə yoxlanılmaqla Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən onu apellyasiya instansiyası məhkəməsinə göndərməli və ya 363-cü maddəsində göstərilən əsaslar olduğu halda qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən aydın olduğu kimi, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz və apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada şikayət verilən mülki iş üzrə elektron kabinet vasitəsilə yüklənməlidir. Odur ki, hazırkı iddia ərizəsini yolverilməzliyə görə qəbul etməkdən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməklə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı tərəfindən verilmiş “iddia ərizəsi”nin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, Xidmət -Məhkəmələr-HOP, Məhkəmənin növü - Bakı Apellyasiya Məhkəməsi, ödəyicinin adı: İddiaçı Məhəmmdəli oğlu, sənədin fin kodu: xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ödənişi edən şəxsə İddiaçı Məhəmmdəli oğluna geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar