Məhkəmə qərarları › İş №e-2(002)-1300/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(002)-1300/2021

01.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(002)-1300/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Bakı şəhəri, Dilarə Əliyevaküçəsi,194 ünvanında yaşayan kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu oğluna qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Tələbkar MMC ilə Borclu arasında bağlanılmış xx xxx 2019-cu il tarixli, 01-AGT000036737 nömrəli əşyanın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu kreditordan 1 ədəd dəyəri 690 manat olan Xiaomi Mi A2 Lite 4/64 Gold (İMEİ **********97685) markalı mobil telefon almışdır. Borclu göstərilən məbləğdan qismən ödəniş etdikdən sonra kreditora 208 manat borcu qalmışdır. Ona görə də borcludan xx xxx 2019-cu tarixli müqavilə üzrə 208 manat məbləğində əsas borcun, 70 manat cərimə borcunun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 298 manat məbləğində pul vəsaitinin alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, kreditor Tələbkar MMC ilə Borclu oğlu arasında bağlanılmış xx xxx 2019-cu il tarixli, 01-AGT000036737 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Xiaomi Mi A2 Lite 4/64 Gold (İMEİ **********97685) markalı mobil telefonu kreditor Tələbkar MMC-dən almışdır. Borclunun ümumilikdə 208 manat borcu və 70 manat məbləğində cərimə borcu vardır. Kreditor Tələbkar MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin təkləb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1969-cü ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatında olan Borclu 04 may 2019-cu il tarixli müqavilə üzrə 208 (iki yüz səkkiz) manat məbləğində əsas borcun, 70 (yetmiş) manat məbləğində cərimə borcunun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 298 (iki yüz doxsan səkkiz) məbləğində pul vəsaiti alınaraq kreditor Tələbkar MMCnin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar