Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-132/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiaları üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 06 noyabr 2014-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 481,93 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 810 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk yeddi günü ərzində ödənilir.
3. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqqhesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı1 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 9 gün göstərilmişdir.
4. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 130 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı1 06 noyabr 2014-cü il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir.
5. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir.
6. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı1 məxsus bank hesabına xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqqhesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür.
7. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı1 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır.
8. İş materaillarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı1 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023-cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir.
10. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı1) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı1 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur.
12. İş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə Bakı 3 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir.
13. İş materiallarında olan 23537 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir.
14. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 19 oktyabr 2017-ci il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə 6 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 482 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir.
15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 630 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir.
16. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqqhesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı2 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 9 gün göstərilmişdir.
17. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 005 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı2 19 oktyabr 2017-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir.
18. İş materiallarında olan 058704 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı2 xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir.
19. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı2 məxsus bank hesabına xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqqhesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür.
20. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı2 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır.
21. İş materaillarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı2 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur.
22. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023-cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir.
23. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı2) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir.
24. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı2 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur.
25. İş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə Bakı 3 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir.
26. İş materiallarında olan 5239 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir. İddia tələbi
27. İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı1 xeyrinə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı2 cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı2 xeyrinə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İddiaçı2 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-132/2024 saylı mülki iş İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair e-2(002)-132/2024 saylı mülki iş ilə bir icraatda birləşdirilmişdir.
30. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2014-cü il tarixindən, İddiaçı2 xx.xx.2017-ci başlayaraq xx.xx.2023-cü il tarixinə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “nəzarətçi” vəzifəsində olmaqla əmək müqaviləsi əsasında əmək münasibətlərində olmuşlar. xx.xx.2023-cü il tarixində iddiaçılar ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və bu zaman ona əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinin əvəzi, habelə ştatların ixtisarı ilə əlaqədar kompensasiya məbləği ödənilmişdir. İddiaçılar ilə imzalanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçılar əvvəlki dövrlər üzrə işlənilmiş gecə növbəsi və bayram günlərində faktiki işə çıxmış iş saatlarına görə əmək qanunvericiliyi ilə ona ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsini bilmiş və buna uyğun olaraq öz etirazlarını cavabdeh quruma təqdim etmişlər. Belə ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin günlərinin əvəzinin ödənilməsi ilə bağlı dəfələrlə vədlərin verilməsinə və buna uyğun olaraq əmək münasibətlərinə xitam verən zaman son-haqq hesab məbləği qismində onlara ödənilməli olan məbləğ üzrə hesablamalar aparılan zaman bəlli olmuşdur ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları həmin məbləğləri hesablamamış və həmin məbləğlərin ödənilməsindən birtərəfli qaydada imtina etmişdir. Mövcud mübahisənin həlli məqsədi ilə iddiaçılar tərəfindən Azərbaycan RespublıikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə, habelə mülki prosessual qanunvericiliyin və “Mediasiya haqqında” AR qanununun tələblərini nəzərə almaqla Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində Bakı 3 saylı Mediasiya Təşkilatında baş tutmuş ilkin mediasiya iclası zamanı cavabdeh qurumun səlahiyyətli nümayəndələri iştirak etmədiyindən, Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışlar verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sosial arayışlardan, habelə bank hesabı çıxarışlarından bəlli olur ki, cavabdeh qurum tərəfindən İddiaçı1 xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı2 xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il dövrü üzrə gecə növbəsində, habelə bayram günlərində faktiki işə çıxılmış günlərin əvəzi olaraq ödənilməli olan, lakin əvəzi ödənilməmiş məbləğlər mövcuddur ki, həmin məbləğlərin müstəqil şəkildə tərəflərindən hesablanması hazırki mərhələdə dəqiq hesablanması mümkün deyildir. Belə ki, İddiaçı1 xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il dövrünə kimi, İddiaçı2 xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il dövrünə kimi mövcud olan və iddiaçıların işə daxil olma, işdən çıxma məlumatlarını özündə əks etdirən qeydiyyat kitabları cavabdeh qurumun özündə olduğundan və həmin sənədlərin tərəflərindən müstəqil şəkildə əldə edilməsi mümkün olmadığından hazırki mərhələdə məbləğin tam qeyd edilməsi mümkün deyildir. Nəzərə alınması zəruridir ki, iddiaçıların işə başladığı dövrdən işdən azad olunduğu dövrə qədər cavabdeh qurumda işçilərin işə gəlməsi, işdən çıxması, istirahət vaxtlarının hərbiri qeydiyyat kitabında əhatə olunmaqla bərabər, xüsusi proqram təminatını özündə əks etdirən aparat vasitəsilə də qeydiyyata alınmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinə etiraz
31. Cavabdeh Bakı Gəmiqayırma Zavodu” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
32. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı qismində məhkəməyə müraciət edən İddiaçı1 ilə (bundan sonra "İddiaçı") "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Şirkət") arasında xx.xx.2014-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddiaçının tələbi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək İddiaçı tərəfindən faktiki işlənilmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əməkhaqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddədə həmçinin qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, işəgötürən əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 173-cü maddə ilə müəyyən edilmiş əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əməkhaqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Tərəflərindən işçilərə ödənilmiş əməkhaqqı ilə bağlı haqq-hesab sənədləri hər ay elektron qaydada təqdim edilmişdir. İidiaçının iddia tələbindən də göründüyü kimi, İddiaçının ötən 2022-ci ilin iyul ayından etibarən edilmiş əməkhaqqı ödənişləri ilə bağlı hər hansı bir tələbi yoxdur. İddiaçıya edilmiş 2022-ci ilin iyul ödənişində və bundan sonrakı tarixlər üçün əməkhaqqına əlavələr nəzərə alınıb ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mediasiya müraciətinin tarixindən də görünür ki, İddiaçı tərəfindən iddia talabi 2023-cü ilin avqust ayında irəli sürülmüşdür. Mübahisə predmeti 1 iyul 2022-ci il tarixindən əvvəlki münasibətlərə münasibətdə yarandığından Əmək Macalləsində bu növ tələblərə dair nəzərdə tutulmuş 1 illik iddia müddəti məhkəmə tərəfindən tətbiq edilməlidir. Vurğulamaq istəyirik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi dəfələrlə öz qərarlarında iddia müddətlərinə əməl edilməsinin mülki dövriyyə münasibətlərinin sabitliyi üçün önəmini vurğulamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
33. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərar, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327.1, 373.1, 373.3, 551.1, 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Qərara istinad etmişdir.
34. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, işçiyə son haqq hesab düzgün və əmək Məcəlləsinin tələb etdiyi formada nə daxil olmalıdırsa (istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi + son ayın əmək haqqısı + işdənçıxarma müavinəti) əlavə edilərək ödənilmişdir. İddia tələbində də son haqq hesabın ödənilməsi və hesablanması mübahisələndirilmir. İddiaçı yalnız bizim iddia müddətinin tətbiq edilməsi ilə bağlı etirazdan sonra iddia müddətinin axımının son haqq hesabdan başlanması ilə bağlı mülahizə irəli sürərək faktiki olaraq etirazının doğruluğunu təsdiq etmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 2017-ci ilin ortalarından başlayaraq, işçilərin Şirkətə təqdim etdiyi elektron poçt ünvanına onların aylıq əmək haqqı ödənişlərinin təfsilatlı açıqlaması "payslip" formatında hər ay mütəmadi olaraq elektron qaydada təqdim edilmişdir. Azərbaycan Respublikasının əmək qanunvericiliyi haqq hesab sənədinin dəqiq formasını müəyyən etməyib. Hətta Əmək Məcəlləsinin 173.4-cü maddəsinə əsasən, "əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər". Hətta yuxarıda qeyd etdiyimiz haqq-hesab sənədləri ("payslip") işçilərə təqdim edilməsəydi belə, işçinin özünün bu sənədlərlə tanış olmaq, ona hansı ödənişlərin edildiyini dəqiqləşdirmək və ödənişlərdə hər hansı çatışmazlıq aşkarlanarsa, bunu vaxtında münahisələndirmək imkanı olmuşdur. İddiaçı isə öz mövqeyində dəfələrlə işəgötürən tərəfindən aylar üzrə ona hesablama sənədlərinin təqdim edildiyini qəbul etmiş, lakin hüquqi əsas göstərmədən şəxsi mülahizəsi ilə bu sənədlərin haqq hesab sənədi olmayacağını bəyan etmişdir. İddiaçı iddia tələbinda, həmçinin təqdim etdiyi əlavələrdə dəfələrlə bildirir ki, cavabdeh ilə aralarında etibar münasibəti formalaşmış və əmək haqqına alavanin ona sonda veriləcəyini hesab etmişdir. 3. İddiaçı bununla, faktiki olaraq, gecə növbəsi ilə fərqli hesablama mexanizminin olduğunu daha öncədən bildiyini qəbul edir. Bir daha vurğulayırıq ki, ham qanunvericilik, həmçinin də əmək münasibətləri çərçivəsində formalaşmış mövcud praktika, əmək haqqına iş rejimi ilə bağlı əlavələrin hətta iş ilinin sonunda ödənilməsi ilə bağlı yanaşma müəyyən etmir. 4. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Mahkamasinin 15 iyul 2011-ci il tarixli Qərarına əsasən, şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşmazlıq va ziddiyyət halları işçinin xeyrina hall edilməlidir. İşçi ilə onların arasında hər hansı anlaşmazlıq və aydın olmayan hal nə işçinin işə qəbulu zamanı, nə də əmək müqaviləsinə xitam verilən zaman mövcud olmamışdır. İddia ilə bağlı mövqeləri Konstitusiya Məhkəməsinin də xüsusi olaraq vurğuladığı və aidiyyatı bütün qanunvericilik aktlarında sadalanan və birbaşa müəyyən edilmiş kəsici müddətlərə əsaslanır. Hazırki tələb üzrə iddia müddətinin buraxıldığı açıq aydın faktdır və İddiaçı tərəfdən bunun tərsini sübut edəcək hər hansı təsdiqedici sənəd təqdim edilməyib. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarı, Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İddiaçının öz mülahizəsində əmək haqqı ödənişinin mülkiyyət hesab edilməsi fikrinə münasibətdə bildirirlər ki, Konstitusiya Məhkəməsi kredit müqavilələrinə (müqavilə institutuna) əşya hüququ baxımından yanaşılaraq iddia müddətinin tətbiq edilməməsi mövqeyi ilə bağlı Qərarında bildirmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Bu kontekstən yanaşıldıqda əmək haqqı ödənişinə son haqq hesab kimi yanaşılması və müvafiq əmək haqqı ödənişi ilə bağlı müddətlərin tətbiq edilməməsi işçi və işəgötürən arasında yaranmış və işçilərə ödənilən əmək haqqı sisteminin tamamilə zədələnməsinə gətirib çıxaracaq. Bu mövqedən çıxış edilərsə, yuxarıda da bildirdiyimiz kimi, işəgötürən iş vaxtından artıq işə cəlb etdiyi və ya fərqli növbələrdə işlətdiyi şəxslərə əmək haqqına əlavələri hesablayıb ödəməz və müəssisədə yoxlama zamanı bunun son haqq hesab zamanı ödəyəcəyi kimi qüsurlu, qanunsuz və işçilərin zərərinə olacaq mövqe bəyan edə bilər. Açıq aydındır ki, iddia müddəti institutu məhz İddiaçının tələbinə oxşar hallar üçün müəyyən edilmişdir. Hazırda iddiaçı 5 illik müddət ilə bağlı tələb irəli sürür ki, qeyd edilən dövrə aid Şirkətdə mövcud sənədləşmənin böyük hissəsi artıq arxivləşdirilmiş və ya məhv edilmişdir. İddia müddətinin tətbiq edilməməsi səbəbindən Bakı Gəmiqayırma Zavodu kimi Respublika əhəmiyyətli müəssisə uzun müddətdir qeyd edilən şikayətin araşdırılması ilə məşğul olur, bunun üçün lüzumsuz və öz fəaliyyətində digər sahədə daha effektiv faydalana biləcəyi zamanı cəmləşdirir. Bu səbəbdən də bir daha vurğulayırıq ki, İddiaçı tərəfdən iddia müddətinin axımının başlanması ilə bağlı fərqli və mötəbər dəlildən istifadə edilə bilinmirsə, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əlavə və ümumi olaraq hesab edirik ki, hər ayın əmək haqqısı ayrı bir fakt kimi qiymətləndirilməli və iddia müddətinin axımı aylıq əmək haqqılara münasibətdə ayrı-ayrı müəyyən edilməlidir. Belə ki, İddiaçının 2022-ci il iyul ayının əmək haqqısı da daxil olmaqla bu tarixdən sonrakı ödənişlərlə bağlı hər hansı tələbi yoxdur. İddiaçı ilkin mediasiya sessiyası üçün dekabr 2023-cü il tarixində müraciət etmişdir (ilkin mediasiya sessiyası 28 dekabr 2023-cü il tarixində baş tutmuşdur). Bunu nəzərə alaraq, hesab edirik ki, 1 illik iddia müddəti ötürülmüşdür. İddiaçı tərəf Şirkətin hüquqlarından sui-istifadə etməsinə dayanaraq iddia tələbinin təmin edilməsini xahiş edirsə, düşünürük ki, İddiaçının analoji işlərlə bağlı məhkəmə qərarını gözləməsi və məhz bundan sonra (digər iddiaçıların iddiasının qismən təmin olunma qərarını eşitdikdən sonra) məhkəməyə müraciət etməsi birbaşa olaraq İddiaçının hüquqlarından sui-istifadə etməsi deməkdir. İddiaçının 2022-ci ilin iyul ayının ödənişinin 5 avqust 2022-ci ildə ödənilməsi və bu səbəbdən iddia müddətinin ötürülməməsi iddiasına münasibətdə isə bildirirlər ki, onun ən yaxşı halda, 2022-ci ilin iyul ayının əmək haqqı ödənişləri ilə bağlı tələbi ola bilərdi. Lakin mediasiya müraciəti dekabr 2023-cü il tarixinə təsadüf etdiyi üçün, İddiaçı bu tələbinin də müddətini ötürmüş sayılır. İddiaçının mülahizədə istinad gətirdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Qərarı hazırda icraatınızda olan mülki işlə əlaqəli olmadığı üçün həmin Qərardan gətirilmiş istinad nəzərə alınmamalıdır. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarı əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyətlə əlaqəli olduğu üçün bizim işimizə tətbiq edilməməlidir. Çünki hər iki tərəf başa düşür və qəbul edir ki, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Hazırki mübahisəmiz isə məhz pul tələbi ilə bağlıdır və bunun üçün Əmək Məcəlləsi birmənalı olaraq, 1 illik iddia müddəti müəyyən etmişdir. Bütün bu qeyd olunanları nəzərə alaraq, Məhkəmədən xahişimiz, iddia müddətinin ötürülmüş hesab edilməsi və İddiaçı tərəfindən Şirkətə qarşı verilmiş iddia tələbinin rədd edilməsidir.
35. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.
36. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
37. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirdi ki, əmək müqavilələrinin fərqli olması, gecə növbəsinin işçilərin əmək müqaviləsində qeyd edilməməsi, iddiaçının əmək haqqının cəmi məbləğini bilməməsi səbəblərindən iddia tələbində konkret məbləğ qeyd edə bilmədiklərini, iddiaçı cavabdeh şirkətdə illərlə işləyib, şirkətin işçilərinin əmək haqqlarının, məzuniyyət pullarının və onlara digər ödənişlərin verilməsi ilə bağlı şirkətin HR (İnsan Resursları) meneceri məşğul olur, o, işçilərə gecə növbəsi və bayram günlərində işləməyə görə ödəniş edilib-edilmədiyini deyə bilər, çünki hesab kitabçasını və sənədləşdirilmələri o tərtib edir, iddiaçı xx.xx.2014xx.xx.2023-cü illərdə cavabdeh şirkətdə işləyib, xx.xx.2023-cü ildə cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verib, iddiaçının əmək kitabçasında onun işdən çıxması xx.xx.2023-cü il qeyd edilsə də sistemdə onun xx.xx.2023-cü ildə işdən çıxması qeyd edilib, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü ilə qədər gecə növbəsi və bayram günlərində işləməyə görə ödənişlər edilib, həmin məbləğlər iddiaçının kart hesabına ödənilib, xx.xx.2023-cü ildə işçi ilə son haqq-hesab edilib, ancaq orada məzuniyyət və kompensasiya məbləği qeyd edilib, orada əvvəlki dövrlər üzrə başqa məbləğ qeyd edilməyib, iddia müddətinin ötürülməsi məsələsi ilə bağlı onu qeyd etmək istəyir ki, iddia müddəti ötürülməyib, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilib, həm də iddiaçı ilk olaraq mediasiyaya müraciət edib, mediasiya mərhələsindən sonra məhkəməyə müraciət edib, cavabdehin nümayəndəsi və vəkili bildirir ki, 2017-ci ildən haqq-hesab sənədi işçilərin email ünvanlarına göndərilirdi, amma bu, düzgün deyil, çünki bəzi işçilərin email ünvanları hazır deyil, ona görə işçilərin hamısı haqq-hesabından məlumatlı olmayıblar, gecə növbəsi ilə bağlı əmək müqaviləsində heç nə əks edilməyib. Hazırkı mübahisə ilə bağlı digər işçilər də məhkəməyə müraciət ediblər, həmin 45 işçi cavabdeh şikətdə mühafizəçi işləyiblər, işçilər əvvəllər hazırkı mübahisə ilə bağlı qrup rəhbərlərinə müraciət ediblər, onlar da məsələni yuxarı rəhbərliyə deyəcəklərini bildirsələr də məsələ həll olunmayıb, məsələ rəhbərlik səviyyəsində müzakirə olunmayıb, həm də aldığı məlumata görə işçilərə deyiblər ki, gecə istehsalatda işləmədiklərinə görə onların gecə növbəsinə aidiyyətin yoxdur, şirkətin əvvəlki rəhbəri xarici ölkə vətəndaşı olub, sonra şirkətin rəhbərliyi dəyişib, həmin rəhbərliyin məsələdən xəbəri olmayıb, cavabdehin əvvəlki dövrünün daxili sənədləşməsi olmayıb, cavabdehin ali hüquq təhsili olmadığına görə əmək haqqı cədvəlində gecə növbəsi və bayram günlərində işləməyə görə qeydə alınmadığını bilməyib, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarından və Azərbaycan Respublikası Əmək Məcəlləsindən xəbəri olmaya bilər, amma burada cavabdeh işçiləri gecə növbəsi və bayram günlərində işləməklə bağlı sənədlərlə tanış etməli idi və müvafiq ödəniş etməli idi. İşçi özü sənəd tərtib edib, əlavə ödəniş tələb edə bilməz. Həm də işçi elə başa düşüb ki, gecə növbəsi ona verilən əmək haqqında nəzərə alınıb, işçilər növbəli şəkildə işləyiblər, işçilərin hər biri hər gün gecə növbəsində olmayıblar, hər ay dörd və ya beş gün gecə növbəsində qalıblar, işçi bir gün gecə növbəsində qalan zaman sonrakı gün işə getmirdi, əlavə tarif maaşı ödənilməlidir, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən bayram günlərində işə çıxan işçiyə ikiqat əmək haqqı verilməlidir, arxivdə olduğuna görə cavabdeh tərəf əvvəlki illərin qeydiyyat kitabını məhkəməyə təqdim etmir, elektron qeydiyyat kitabı var, yoxlamalar dayandırıldığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidməti hazırkı məsələyə müdaxilə edə bilmir, cavabdeh də müvafiq sənədləri məhkəməyə təqdim etmədiyini, 2022-ci ildən öncəki haqq-hesab vərəqəsində gecə növbəsi və bayram günlərində işləməyə görə ödənişlər qeyd edilməyib, cavabdeh 2022-ci ildə işçilərə gecə növbəsi və bayram günlərində işləməyə görə ödənişlər etməklə əslində iddia tələbini qəbul edir, hazırkı mübahisəyə iddia müddəti şamil olunmamalıdır, çünki hazırkı mübahisə pul və digər əmlak tələbi ilə əlaqədar deyil, mübahisə maddi zərərin vurulmasına aiddir, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin oxşar işlər üzrə qərarları var, cavabdeh şirkət işçilərin bir qismini ixtisar edərək işdən çıxarıb, 2022-ci ildə həmin işçilərə müvafiq ödənişlər edib, bu isə cavabdehin iddia tələbini qəbul etməsi sayıla bilər, cavabdeh məzuniyyət müddətində iddiaçı daxil olmaqla işçiləri işlədib, amma ödəniş etməyib, cavabdeh tərəf hesab ödənişlərinin həmin işçilərin email ünvanlarına göndərildiyini bildirir, amma digər məhkəmə işləri üzrə araşdırmada məlum olmuşdur ki, bir işçinin email ünvanına ümumiyyətlə hesab-ödəniş cədvəli göndərilməyib, digər işçinin email ünvanına isə hesab-ödəniş cədvəli 2023-cü ilin yanvar ayında göndərilib, ondan sonra göndərilməyib. İşçilər daimi email ünvanlarına nəzarət edə bilmirlər, həm də onlar elə bilirdilər ki, həmin ödənişlər onlara ödənilir, amma ödənilmirmiş. Cavabdeh işçilərin əmək müqavilələrində birnövbəli, ikinövbəli olduğunu qeyd etməyiblər, şirkətin müqavilədə bunu qeyd etməsinin səbəbi odur ki, iddia müddəti ötürüldükdən sonra işçiləri işdən çıxartmağı fikirləşiblər, 2013-cü ildə işçilərin maaşı 400 manat olduğunu bildirmişdir.
38. İddiaçı1 Möhsün oğlu 11 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbinin müdafiə etdiyini və əmək haqqlarının artırılması, gecə növbəsi və məzuniyyət dövründə işləməyə görə pulun ödənilməsi ilə bağlı xidmət rəislərinə dediklərini, amma rəsmi olaraq müraciət etmədiklərini, rəislərinin məsələni həll edəcəklərini, amma bir müddət sonra onlara nə əmək haqqlarınız artırılacaq, nə də əlavə işləməyə görə ödənişlər ediləcəklərini və narazı olan işdən çıxmasını bildirmişdir.
39. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddiaçı iddia müddətini ötürüb, iddiaçı 2014-cü ildən cavabdeh şirkətdə işləməyə başladığını, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər, cavabdeh şirkət işçilərin haqq-hesab vərəqini 2017-ci ilin ortasından onların email ünvanlarına göndərir, əgər işçilər hər hansısa çatışmazlıq aşkar etmişdilərsə bunu cavabdehə bildirməli idilər, aşkar olunma müddəti haqqhesab vərəqinin verildiyi andan başlanır, iddiaçı həmin sənədə əsasən cavabdehə bildirməli idi, işçilər əlavələrin verilməməsini əvvəlcədən deməli olduqlarını, 2020-ci ildən olan haqqhesab sənədlərini məhkəməyə təqdim edildiyini, əmək müqaviləsi standartdır, həmin müqavilələrdə gecə növbəsi və bayram günlərində işləməyə görə əlavə məbləğin ödənilməsi qeyd edildiyini, hazırkı məsələlə ilə bağlı cavabdehin əvvəlki işçiləri məhkəməyə müraciət ediblər, hətta həmin işçilər digər məhkəmə işlərində hazırkı məsələ ilə bağlı 2019 və 2020-ci ildə şirkətə şifahi şəkildə müraciət etdiklərini etiraf ediblər, həm də onlar öz aralarında məsələni daima müzakirə ediblər. Yəni iddiaçı daxil olmaqla işçilərin məsələdən uzun müddətdir xəbərləri olub. Son bir ilin gecə növbəsinin əlavələri ödənildiyini, işçilərə əvvəl növbədə qalması ilə bağlı hansı ödənişlərin ödənilməsi barədə məlumat verə bilməyəcəyini, ondan öncəki qeydiyyat kitabları arxivləşdirilib, həm də qeydiyyat kitabları qarışıqdır, işçilərin gəlişi-gedişi, növbələşməsi, maşınların qəbulu qeyd edilib, digər işçilər haqq-hesab vərəqlərinin email hesablarına göndərilməsini etiraf etdiklərini, 2022-ci ildən öncə tərtib edilən haqq-hesab vərəqində gecə növbəsi və bayram günlərində işləməyə görə əlavə məbləğ qeyd edilmədiyini, məhkəməyə təqdim etdiyi sənədlər 2020-ci il və ondan sonrakı dövrləri əhatə edir, 2022-ci ilin iyul ayının sonuna qədər tarif maaşı qeyd edilib, 2022-ci ilin iyul ayının sonundan sonra avqust ayının əvvəlində işçiyə təqdim edilib, ilk dəfə iyul ayı göstərildiyini, o cavabdeh şirkətin işçisi olmadığını, kənardan işə daxil edildiyini, iddiaçı və digər işçilər hazırkı mübahisə ilə bağlı 2019 və 2020-ci ildə şirkətə müraciət ediblər, şirkət tərəfindən onlarla danışıqlar aparılıb, şirkət öz xərclərini azaltmaq üçün işçiləri ixtisar edib, iddiaçının nümayəndəsi və vəkilinin bildirdiyi kimi iddia müddəti ötürüldükdən sonra işçiləri işdən çıxartmaq fikri olmayıb, iddiaçı iddia müddətini ötürüb, o, müvafiq ödənişlərin ödənilmədiyini təxminən 2019-cu ildən bilirdi, danışıqlardan sonra 2023-cü ildə işçilərə müvafiq ödənişlər edilib. İddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, işçilərinin bəzilərinin email ünvanlarının email ünvanlarına hesab vərəqəsi göndərilməyib, işçilər şirkətə hansı email ünvanı təqdim ediblərsə həmin email ünvanlarına hesab vərəqəsi göndərilib. Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə xitam verildikdən sonra ona hansı ödənişlərin edilməli olduğu göstərilib, qanunvericilikdə əmək müqaviləsinə xitam verildikdən sonra şəxsə məzuniyyət pulunun ödənilməli olması qeyd edilməyib. Hazırkı mübahisə pul tələbi ilə bağlı olduğundan bir illik iddia müddəti tətbiq edilməlidir, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin oxşar işlər üzrə qərarları olduğunu, şirkətdə işləmədiyinə görə işçilərin gecə növbəsində qalıb-qalmadıqlarını deyə bilməyəciyini bildirmişdir. Prosesin digər iştirakçılarının ifadələri
40. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək cavabdeh şirkətdə 2013-cü ildən işlədiyini, hazırkı işdən xəbərdar olduğunu, işçilərin iş rejimi sürüşkən iş rejimidir, işçilər iki gün işdə, iki gün isə evdə olurdular, onların başqa cür işləməyi mümkün deyildi. 2020-ci ilin iyul ayının 1-dən iddiaçıya və digər işçilərə gecə növbəsi üzrə ödənişlər edilməyə başlanıb, işçilər əvvəlki dövrlərin gecə növbəsi pulunu istəməyiblər, onlar sadəcə müraciət etdikləri dövrdən sonrakı gecə növbəsi pulunu istəyiblər. İşçilərə əmək haqlarından çıxarış şirkət fəaliyyətə başladığı andan verilir, əvvəllər işçilərə kağız formasında çıxarışlar verilirdi, həmin proses əmək haqları verildiyi gündən bir həftə müddətinə davam edirdi, həmin günlərdə çox çalışdıqlarını, 2017-ci ildən işçilərin özünün təqdim etdikləri email hesablarına çıxarışlar göndərilməyə başlandı. Bəzi işçilər övladlarının və ya iş yoldaşlarının email hesablarını şirkətə verirdilər. Onların əmək haqlarından çıxarışları və iş saatlarını şirkətin nəzarət şöbəsinin müdiri və mühasib xanım hazırlayırdı. Gecə növbəsi üzrə ödənişlərinin veriləcəyini ilk olaraq o şöbə müdirlərinə və mühasib xanıma demişdir. Onlara işçilərə gecə növbəsi ödənişlərinin veriləcəyini deyə biləcəklərini, onlar da həmin məlumatı işçilərə dediklərini bildirmişdir. İşçilər gecə növbəsi və bayram günlərində işləməyə görə ödənişlərin verilməsi ilə bağlı rəsmi olmadan şifahi qaydada fərdi şəkildə şirkətə müraciət etmişdilər, o da həmin məsələni şirkətin rəhbərliyinə bildirdi, rəhbərlik isə məsələnin düzgün şəkildə həll ediləcəyini bildirdi. İşçilərdən heç biri həmin məsələnin həll edilməsi üçün məhkəməyə və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə müraciət edəcəyi ilə bağlı şirkəti təhdid etməyib. Çünki şirkət və işçiləri ailə olublar, işçilər də bu şəkildə işləyə bilməzlər. Şirkət layihə əsasında fəaliyyət göstərir, şirkətin oksigen və işıq enerjisinin verilməsi şöbələrinin işçilərinə bayram günlərində işləməyə görə ödənişlər edilib, şirkətin hər struktur işçiləri üçün ayrı-ayrılıqda ödənişlər edilir, həmin ödənişlərin verilməsi şirkətin nizamnaməsi ilə müəyyən edilir, bu, ayrı-seçkilik hesab edilmir. Şirkətin maliyyə vəziyyətinin müəyyən edilməsi və işçilərin ixtisarı ilə şirkətin başqa şöbəsi məşğul olurdu, maliyyə vəziyyətinin müəyyən edilməsi üçün xarici auditorlar cəlb edilmişdi, şirkətin maliyyə vəziyyətinin müəyyəb edilməsi ilə o məşğul olmamış, amma işçilərin ixtisarından bir-iki ay öncə məlumatı olub, işçilərin də ixtisardan bir-iki ay öncə dolayı məlumatı olub, onlara rəsmi qaydada belə bir məlumat verilməsə də şifahi qaydada bildirilmişdi. Amma cavabdeh şirkət öz işçilərinin maddi vəziyyətini düşünüb, belə ki yeni şirkətdən ixtisar edilən işçilərin işlə təmin edilməsi xahiş edilmişdi, bəzi işçilər işlə təmin edilmişdi. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
42. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
43. Maddə 560.3.4 Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
44. Maddə 2.3 Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
45. Maddə 12. a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir.
46. Maddə 16.1 Əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır.
47. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
48. Maddə 97.1 Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
49. Maddə 102.1. İşəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
50. Maddə 109 Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.
51. Maddə 154.1 Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
52. Maddə 154.2 Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
53. Maddə 157.3 Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
54. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla.
55. Maddə 166.1 Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
56. Maddə 172.4 İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
57. Maddə 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin Qeydinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.
58. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
59. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
60. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
61. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
62. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
63. Maddə 310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
64. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
65. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
66. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
67. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
68. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
69. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
70. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
71. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
73. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir.
74. Məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidin ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, hər bir iddiaçı əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə nəzarətçi vəzifəsində işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqq-hesab məbləğləri ödənilmişdir.
75. İddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onların iddia tələbləri işə başladıqları gündən xx.xx.2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır.
76. Belə ki, iddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi mülki iş üzrə sübutlarla tam təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur.
77. Həmçinin, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir. Hazırda iddiaçılar xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həmin əlavələrin ödəniləcəyi ilə bağlı cavabdeh tərəfindən daim onlara vəd və güvən verildiyini, ona görə də həmin əlavələrin son haqq-hesab zamanı ödəniləcəyinə inandıqlarını əsas gətirərək iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər, cavabdeh müəssisə isə iddiaya etirazını bir illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır.
78. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri qismən əsaslı hesab edilməli, hər bir iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
79. Belə ki, mülki iş üzrə sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi; bundan əvvəl həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatların verildiyini, 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparıldığını şahid T.Əliyevin təsdiq etməsi; müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrı-seçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır.
80. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 81.“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir.
82. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir.
83. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
84. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 74 saylı Qərarının 1-ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir.
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
89. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X5rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə xərcləri
90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
92. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə hər iddiaçıya münasibətdə ayrılıqda 220 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 23537 №-li və xx.xx.2023-cü il tarixli 5239 №-li qəbzlərdən görünür ki, İddiaçı2 və İddiaçı1 tərəfindən Mirzəyev və Partnyorları Vəkil Bürosua hüquqi yardıma görə ayrılqda 220 manat ödənilmişdir.
93. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.
94. Hazırkı mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin işin mahiyyətinə qismən təsir göstərməsini, işin mahiyyətini həll edən sorğuların və sübutların cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə cavabdeh "xxxx" MMC-dən İddiaçı1 xeyrinə 80 manat və İddiaçı2 xeyrinə 80 manat məbləğində pul tutulmalıdır. Nəticə
95. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməli; Hüquqi yardıma görə hər birinə ayrılıqda 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli; iddia qalan hissədə təmin edilməməlidir.
96. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı1 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı2 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova