Məhkəmə qərarları › İş №e-2(002)-1471/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1471/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1471/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mülki hüquq pozuntularından (deliktlərindən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 18500 manat məbləğində pul vəsaitinin, 1029 manat əldən çıxmış faydanın, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 149 manatın və hüquqi yardıma görə ödənilmiş 220 manat məbləğində məhkəmə məsrəfinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-1471/2023 saylı mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyevanın icraatında olan e-2(002)- 1214/2023 saylı mülki işə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarında hazırkı işlərin bir icraatda birləşdirilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh1 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mülki hüquq pozuntularından (deliktlərindən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh İddiaçı qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə e-2(007)-1214/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinin tələbləri əsas götürülməklə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilən Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İstinad edilən Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Adı çəkilən Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Digər tərəfdən göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mülki hüquq pozuntularından (deliktlərindən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh İddiaçı qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə e-2(007)-1214/2023 saylı mülki işlə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı mülki hüquq pozuntularından (deliktlərindən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə 2(002)- 1471/2023 saylı mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh İddiaçı qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə e-2(007)-1214/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar