Məhkəmə qərarları › İş №e-2(002)-156/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-156/2025

25.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-156/2025 25.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, Cavabdeh ı̇ ştı̇ rakı̇ lə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan “Volksvagen Caravella” minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 17305.56 AZN (on yeddi min üç yüz beş manat əlli altı qəpik) pulun və iddianın qaldırılması üçün ödənilmiş 141.92 AZN züy) qırx bir manat doxsan iki qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Kamaz-65115016” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 2. İş materiallarına əlavə edilmiş **********0 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 120721 saylı sığorta aktından görünür ki, “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər müddətdə, avtomobilin sığorta dəyəri 41500 AZN olmaqla könüllüsığorta müqaviləsi (kasko sığorta) əsasında sığortalı olmuşdur. 3. İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, sığortalanmış “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31430 AZN (otuz bir min dörd yüz otuz manat) ziyan dəymişdir. 4. Sığorta aktından da göründüyükimi, sığortalanmış“VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam məhv olduğundan sığorta məbləği olan 41500 AZN-dən avtomobildən qalan qalıqların dəyəri olan 19000 AZN (on doqquz min manat) və sığorta müqaviləsində nəzərdə tutulan 250 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişinin məbləği 22250 AZN (iyirmi iki min iki yüz əlli manat) olmuşdur. 5. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 8993 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş sığortalanmış “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, habelə könüllü sığorta müqaviləsi üzrə sığortalı olan "xxxx" MMC-nin hesabına hesabına 22250 AZN (iyirmi iki min iki yüz əlli manat) sığorta ödənişini ödəmişdir. 5. Hadisə baş verən tarixdə zərərvuran “Kamaz-65115016” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün icbari sığorta əsasında mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığı üçün ödənilmiş sığorta ödənişinin 4944.44 AZN dröd) min doqquz yüz qırx dörd manat qırx dörd qəpik) hissəsi həmin icbari sığorta şirkəti tərəfindən iddiaçıya geri qaytarılmışdır. Lakin geri qalan 17305.56 AZN (on yeddi min üç yüz beş manat əlli altı qəpik) hissə cavabdehin özü tərəfindən geri qaytarılmamışdır. 6. İş materiallarına əlavə edilmiş “cinayət işinin xitam edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən, Cavabdeh oğlu xx.xx.2022-ci il tarixdə saat 05:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayon Ələt qəsəbəsi ərazisindən keçən 63.5-ci kilometrində, idarə etdiyi “Kamaz-65115016” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətinə hərəkətdə olarkən qarşı eyni istiqamətdə yolun sağ kənarında dayanmış vəziyyətdə olan X2 oğlunun idarə etdiyi “Volksvagen Caravella” minik markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuş nəticədə “Volksvagen Caravella” minik markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X3 oğlu sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almışdır. Aparılan araşdırma zamanı hadisənin Cavabdeh oğlunun təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən olunmuşdur. Sonuncu zərərçəkmiş şəxslə barışdığı üçün barəsində CM-nin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə xitam qərarı qəbul edilmişdir. Barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. Tərəfindən həmin qərarın əldə olunması üçün dəfələrlə AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğular göndərilsə də, həmin inzibati xəta haqqında qərarı əldə etmək mümkün olmamışdır. Lakin bununla belə iş materiallarına əlavə edilmiş bütün sənədlərlə sığorta hadisəsinin olması və zərərin yaranması, zərərin Cavabdeh oğlunun təqsirli hərəkətləri nəticəsində yaranması faktı təsdiq olunur. Zərərçəkən sığortalı nəqliyyat vasitəsinə görə sığorta ödənişi tam həcmdə ödənildiyindən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Subroqasiya hüququ yaranmışdır. Tərəfindən sözügedən şəxsə həm şifahi (telefon danışığı), həm də yazılı müraciət (pretenziya) edilməsinə baxmayaraq, ödəniş edilməmişdir. Yuxarıda dedikləri ilə birlikdə hesab edir ki, 17305.56 AZN (on yeddi min üç yüz beş manat əlli altı qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş edir. Həmçinin iş materiallarında olan ekspert rəyi ilə tanışdır və etirazları yoxdur. Ekspertin rəyindən də görünür ki, nəqliyyat vasitəsinə dəymiş ziyan iddiaçının müəyyənləşdirdiyindən də artıq məbləğə hesablanmışdır. Bu iddiaçı tərəfindən qiymətləndirmənin obyektiv aparıldığını sübut edir. Həmçinin diqqətinizə çatdırmaq istəyir ki, müstəqil ekspert tərəfindən keçirilən ekspertiza xərcləri olan hər biri 300 manat olmaqla 600 manat iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, ekspertizanın keçirilməsi üçün iddiaçı tərəfindən ödənilən ekspert xərcinin, iddia tələbinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, 2022-ci ildə cavabdehin kamazı ilə Volsvagen toqquşmuşdur. Hadisə ilə bağlı cavabdeh təqsirli bilindi. Kasko sığortaya görə 75%-dən çox zədələnirsə, tam məhv olmuş sayılır. 22150 manat digər tərəfə ödənir. Sürücüyə yox, City-fokus şirkətinə pul ödənib, çünki maşının ödənişini sürücü yox, o şirkət ödəyib. 41500 manat zərər tam məhv olmadır, ondan 19000 manat çıxılıb, 250 manat da əlavə çıxılıb. -Məbləğ 17000 manatdan çoxdur. Hadisə ilə bağlı cinayət işinin başlanması rədd edildi. Çünki o maşını rəsmi servis təmir edib, avadanlıqlarını da xaricdən gətirdib. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, təqsirini inkar etmir belə ki, o hadisəni özü törətmişdir. Hadisə ilə bağlı o, təqsirkardır. Rəsmi işi yoxdur, iddia tələbini qəbul etmir və hadisə baş verəndə içkili olmuşdur, ölüm olmadı, maşınla kamazı vurmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Kamaz-65115016” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********0 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 120721 saylı sığorta aktından görünür ki, “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər müddətdə, avtomobilin sığorta dəyəri 41500 AZN olmaqla könüllü sığorta müqaviləsi (kasko sığorta) əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş 120721 saylı sığorta aktından görünür ki, xx.xx.2023cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsondə zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyaat hadisə nəticəsində 31430 manat ziyan dəymişdir. Sığortalı avyomobil tam məhv olduğundan sığorta məbləği, 41500 manat hadisədən dərhal sonrakı 19000(avtomobilin qalıq dəyəri) manat və 250 manat(sığrta müqaviləsində nəzərdə tutlmuş azadolma məbləği) çıxmaqla sığorta ödənişi 22250 manata bərabaər olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, sığortalanmış “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31430 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından da göründüyü kimi, sığortalanmış “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam məhv olduğundan sığorta məbləği olan 41500 manatdan avtomobildən qalan qalıqların dəyəri olan 19000 manat və sığorta müqaviləsində nəzərdə tutulan 250 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişinin məbləği 22250 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 8993 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş sığortalanmış “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, habelə könüllü sığorta müqaviləsi üzrə sığortalı olan "xxxx" MMC-nin hesabına hesabına 22250 manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin xitam edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən, Cavabdeh oğlu xx.xx.2022-ci il tarixdə saat 05:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayon Ələt qəsəbəsi ərazisindən keçən 63.5ci kilometrində, idarə etdiyi “Kamaz-65115016” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətinə hərəkətdə olarkən qarşı eyni istiqamətdə yolun sağ kənarında dayanmış vəziyyətdə olan X2 oğlunun idarə etdiyi “Volksvagen Caravella” minik markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuş nəticədə “Volksvagen Caravella” minik markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X3 oğlu sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almışdır. Aparılan araşdırma zamanı hadisənin Cavabdeh oğlunun təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin xitam edilməsi haqqında qərardan görünür ki, Cavabdeh oğlunun zərərçəkmiş şəxslə barışdığı üçün barəsində CM-nin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə xitam qərarı qəbul edilmişdir. Barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Volksvagen Caravella” minik markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası X1nin xx.xx.2025-ci il tarixli 72 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, "Volksvagen" markalı, "Caravella minik" modelli, buraxılış ili 2013cü il, dövlət qeydiyyat nişanı **-AC-***, Tipi vaqon, rəngi qara metallik, mühərrik həcmi 2000 sm³ olan nəqliyyat vasitəsinin 2023-cü ilə bazar dəyəri 36618 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmiş həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası X1nin xx.xx.2025-ci il tarixli 199 nömrəli ekspert rəyindən görünür ki, Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, "Volksvagen Caravella" minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatında göstərilən materialların və xidmətlərin qiyməti həmin tarixə real bazar qiymətlərinə uyğundur. Aparılmış tədqiqatlar nəticəsində, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatında "Volksvagen Caravella" minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən və ya təmir edilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin(xidmətlərin) həmin tarixə dəyəri 31430 manat təşkil etmişdir.Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmiş həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olmaqla qismən təmin edilməlidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Kamaz-65115016” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VolksWagen Caravelle” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İcbari sığorta müqaviləsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkmiş şəxsə 22250 manat sığorta ödənişi edilmişdir. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, hadisə baş verərkən cavabdehin təqsiri həm özünün məhkəmə iclasındakı etirafedici ifadələri və “cinayət işinin xitam edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə təyin edilmiş Azərbaycan Respublikası X1nin xx.xx.2025-ci il tarixli 72 nömrəli ekspert rəyindən görünür ki, "Volksvagen Caravella minik" markalı nəqliyyat vasitəsinin 2023-cü ilə bazar dəyəri 36618 manat müəyyən edilir. Həmçinin məhkəmə tərəfindən mülki iş üzrə təyin edilmiş Azərbaycan Respublikası X1nin xx.xx.2025-ci il tarixli 199 nömrəli ekspert rəyindən də görünür ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatında "Volksvagen Caravella" minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən və ya təmir edilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin(xidmətlərin) həmin tarixə dəyəri 31430 manat təşkil etmişdir. İş materiallarından olan ödəniş tapşırığından göründüyü kimi, iddiaçı tərəfindən zərərçəkmiş avtomobilin mülkiyyətiçisi-"xxxx" MMC-nin iddiaçıya ünvanladığı məktuba əsasən, həmçinin, sığorta məbləği 41500 manatdan avtomobildən qalan qalıqların dəyəri olan 19000 manat və sığorta müqaviləsində nəzərdə tutulan 250 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişinin məbləği 22250 manat sığorta ödənişini zərərçəkmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Daha sonra həmin məbləğdən zərərvuran “Kamaz-65115016” markalı, **-LC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün icbari sığorta əsasında mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığı üçün ödənilmiş sığorta ödənişinin 4944.44 manat hissəsi həmin icbari sığorta şirkəti tərəfindən iddiaçıya geri qaytarılmışdır. Bu səbəbdən hazırda iddiaçı cavabdehdən 17305.56 manat sığorta ödənişini və iddianın qaldırılması üçün ödənilmiş 141.92 manat dövlət rüsumunu tələb etmişdir.Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirildiyindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən cavabdehə qarşı subroqasiya hüququ yarandığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 141,92 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülk iş üzrə ekspertizalardan birinin xidmət haqqı- xərci- 300 manat olmaqla iddiaçı tərəfindən ödənildiyindən hazırda həmin məbləğ də iddiaçı tərəfindən cavabdeh tələb edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 300 manat ekspertiza xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, digər ekspertizanın xərci isə ödənilmədiyindən və hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, 300 manat ekspertiza xərci cavabdehdən X1 MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh 17305,56 manat məbləğində sığorta ödənişi, ödənilmiş 141,92 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17305,56 (on yeddi min üç yüz beş manat əlli altı qəpik) manat məbləğində sığorta ödənişi, ödənilmiş 141,92 (yüz qırx bir manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu və 300(üç yüz) manat ekspertiza xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 300(üç yüz) manat ekspertiza xərci tutularaq X1 MMC-nin hesabına ödənilsin. (Kapital Bank ASC Sahil Filialı, Kod 201218, VÖEN:**********,SWİFT kod AİİBAZ2X,M/H:AZ37NABZ********************,VÖEN**********,Hesab:AZ64AİİB400900C** ********208) Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar