Məhkəmə qərarları › İş №e-2(002)-1574/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1574/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1574/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sığortalı "xxxx" MMC, faydalanan şəxs: "xxxx" MMC ilə Sığortaçı İddiaçı Sığorta Şirkəti ASC arasında bağlanmış xx.xx.2023-ci il tarixli avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə əsasən, 1 saylı əlavədə qeyd edilən **-AM-*** dövlət qeydiyyat nömrə nişanlı, “Skoda Karoq” markalı avtomobil "xxxx" ASC tərəfindən könüllü sığorta olunmuşdur. Azadolma məbləği 200 AZN, avtonəqliyyat vasitəsinə dəyən zərərin əvəzi 56,900 AZN müəyyən edilmişdir. Həmin şəhadətnamənin Bölmə 1-ə əsasən, avtonəqliyyat vasitəsinə dəyən zərərin sığortası: yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə); yanğın, öz-özünə alışma; təbii fəlakətlər, (zəlzələ, sunami və vulkan püskürməsi istisna olmaqla); avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğrulanması, avtonəqliyyat vasitəsinin oğurlanması, qaçırılması zamanı avtonəqliyyat vasitəsinə ziyan vurulması; ön və arxa şüşələrin və pəncərələrin sınması; üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri; avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya əşyaların düşməsi.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İXP xx.xx.2023-ci il tarixli ******* №li inzibati xəta haqqında protokolun məzmununa əsasən, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, X2 tərəfindən imza edilmişdir.

3. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli Sığorta Aktının məzmununa əsasən, sığortalanmış **-AM-*** dövlət qeydiyyatı nömrə nişanlı, “Skoda Karoq” markalı avtomobil, zərərin ümumi həcminin 8316.14 manat, sığorta ödənişinin 8316.14 manat olduğu qeyd olunmuşdur.

4. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.20223-cü il tarixli ödəniş tapşırığına əsasən, xx.xx.2023-ci il tarixdə "xxxx" ASC tərəfindən 8316.14 manat "xxxx" MMC-in hesabına ödəniş həyata keçirilmişdir.

5. Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesablama aktına əsasən, **-AM-*** dövlət qeydiyyat nömrə nişanlı, “Skoda Karoq” markalı avtomobilə 8316.14 manat xərc çəkilmişdir. İddia tələbi

6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan “Skoda Karoq” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3316.14 AZN çü) min üç yüz on altı manat) pulun və ödənilmiş 53.17 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “BMW 528İ” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Karoq” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********7 nömrəli, sığorta şəhadətnaməsindən və 125901 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Skoda Karoq” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2026-cü ilə qədər könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2023-cüil tarixli rəsmi servis "xxxx" MMC tərəfindən təqdim edilən akta əsasən, “Skoda Karoq” markalı, **- AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8316.14 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 13914 nömrəli ödəniş tapşırığına, əsasən sığortalanmış “Skoda Karoq” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 8316.14 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh oğlu İFXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 200 manat azadolma məbləği çıxılmaqla 8116.04 AZN məbləğin 4800 AZN hissəsi cavabdehin sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan 3316.14 AZN hissə isə hələ də ödənilməmiş qalmışdır. Hesab edir ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh oğlu tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 3316.14 AZN çü) min üç yüz on altı manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1108.1, 936.1-ci maddələrinə istinad etmişdir.

9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı "xxxx" ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

12. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

13. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən, sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir.

14. “Sığorta fəaliyyəti haqqında” Qanunun: 3.3-cü maddəsinə əsasən, bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

17. İddia əsaslıdır.

18. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, Cavabdeh **-AM-*** dövlət qeydiyyat nömrə nişanlı, “Skoda Karoq” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “BMW 528İ” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin sığorta hadisəsi nəticəsində **-AM-*** dövlət qeydiyyat nömrə nişanlı, “Skoda Karoq” markalı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 8316.14 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. 200 manat azadolma çıxılmaqla sığorta şirkəti tərəfindən 4800 manat ödəniş edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hazırkı mülki iş üzrə vurulmuş ziyanın məbləği mübahisələndirildiyindən iş üzrə ekspertiza təyin edilmişdir.

19. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4816 nömrəli ekspert rəyinə əsasən, dən görünür ki, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı, “Skoda Karoq” minik markalı, **-AM- *** dövlət qeydiyyat nişanlı, Şassi TMBJC4NU3P5042061 minik avtomobilinin təmir-bərpa xərci təxminən 8312.14 manat müəyyən edilmişdir.

20. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və hesab edir ki, azadolma məbləği 200 AZN və cavabdehin sığorta şirkəti tərəfindən ödənilmiş 4800 AZN çıxılmaqla qalan məbləğ, 3312,14 AZN həddində təmin edilməlidir.

21. Bu halda məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş olan cavabdehdə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 53.17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53.17 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 53.12 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məsrəfin ödənilmiş tələblərə mütənasib olaraq 48 manat hissəsi isə cavabdehdən, 2 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

24. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi qismində ödənilmiş sığorta ödənişi olaraq 3312.14 manat məbləğində pul vəsaiti və ödənilmiş 53.12 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəfin 2 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 48 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

25. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində ödənilmiş sığorta ödənişi olaraq 3312.14 manat məbləğində pul vəsaiti və ödənilmiş 53.12 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 50 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəfin ödənilmiş tələbə mütənasib olaraq 2 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 48 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar