Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-168/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın yanında saxlanılması və aliment tələbləri barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbləri barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın yanında saxlanılması və aliment tələbləri barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 23 avqust 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 ataları İddiaçı ilə qalmaları, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbləri barədə qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın nikahın pozulması hissəsində təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 anaları Cavabdeh himayəsinə verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X17 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar tərəflərin münasibətləri normal olsa da, sonradan bu münasibətlər pozularaq aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. Tərəflərin ər-arvad münasibətləri faktiki olaraq çoxdan pozulmuşdur və hal-hazırda sadəcə formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası və tərəflərin barışması mümkün deyildir. Belə ki, İddiaçı anası tərəfindən dəfələrlə cavabdehin oğluna qarşı etdiyi xəyanət aşkarlanmış, lakin oğlunun ailəsi dağılmasın deyə ona bu barədə məlumat verməmişdir. Daha sonra isə iddiaçı cavabdehin sosial şəbəkələrində bir sıra şübhəli paylaşımlar, mesajlar görmüşdür. Buna baxmayaraq, heç bir narahatlıq olmasın, uşaqların psixologiyası pozulmasın deyə cavabdehin hərəkətlərinə göz yummuşdur. Sonuncu dəfə iddiaçı birgə yaşadıqları evdə olduğu zaman Vüqar adlı şəxs qapını döymüş, özünü Günel kimi təqdim edən cavabdehin burada olub-olmadığını soruşmuşdur. İddiaçı burada Günel adlı birinin yaşamadığını bildirsə də, qarşı tərəf təkidlə bunun mümkün olmadığını, Günel adlı şəxslə dəfələrlə görüşdüyünü və onun bu evdə yaşadığını qeyd etmişdir. Bundan sonra Vüqar özünü Günel kimi qələmə verən cavabdeh ilə çəkilmiş şəkilləri iddiaçıya təqdim etmiş, neçə müddətdir ki, münasibətdə olduğunu bildirmişdir. Hətta cavabdehin ona elçi gəlməsi üçün israr etdiyini, buna görə də öz ailəsinə onunla ciddi münasibətdə olduğunu demişdir. İddiaçı bütün bunlardan olduqca təəccüblənmiş, cavabdehin evli olduğunu deyərək toy şəkillərini həmin şəxsə göstərmişdir. Bir daha aydın olur ki, ailə münasibətlərinin bərpası qətiyyən mümkün deyildir. Əlavə olaraq diqqətə çatdırmaq istəyir ki, cavabdeh Vüqar adlı şəxslə görüşərkən yanında yetkinlik yaşına çatmayan övladı X9 da götürmüşdür. Əzizova Nurayın dediklərinə görə, anası Vüqarla görüşdüyü zaman İddiaçı qardaşı, Nurayı isə qardaşı qızı kimi təqdim etmişdir. Bununla əlaqədar cavabdeh dəfələrlə qızı Nurayı heç kimə bu barədə məlumat verməsin deyə təhdid etmişdir. Qeyd olunanlara əsasən bir daha sübut olunur ki, nəinki ailə münasibətlərinin bərpası, eyni zamanda azyaşlı uşaqların cavabdehin yanında qalması qeyri-mümkündür. Belə ki, ana uşaqların tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanına malik deyildir. Cavabdeh dəfələrlə öz uşaqlarına qarşı psixi və fiziki zor tətbiq etmiş, uşaqlarla qəddar rəftara yol vermiş, nəticədə isə valideynlik vəzifələrindən sui-istifadə etmişdir. Hazırda X3 və X17 ataları İddiaçı ilə birlikdə qalırlar. Uşaqlar azyaşlı olsalar belə, analarının ailəsinə, uşaqlarına qarşı biganə münasibətini dərk edərək ataları ilə birlikdə qalmaq istəyirlər. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, birgə nikahdan olan X17 və X16 iddiaçının himayəsində qalmalı, cavabdehdən azyaşlı uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Qarşılıqlı iddiaya münasibətdə isə onu bildirməyi zəruri hesab edir ki, iddiaçı və onun anası tərəfindən uşaqların tələbatları təmin olunmaqla onlara kifayət qədər yaxşı baxılır. Belə ki, cavabdeh tərəf iddiaçı tərəfin uşaqlara baxa bilməyib uşaqların nəzarətsiz qaldığını iddia etsə də, bu hal həqiqətə uyğun deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı özü də bildirmişdir ki, məktəb çox yaxında olduğundan uşaqlar qonşu uşaqları ilə birlikdə məktəbə gedib-gəlirlər. Eyni zamanda, iddiaçı növbəli iş rejimində, yəni bir gün saat 07:00-dan saat 16:00-a kimi, növbəti gün isə saat 14:30-dan saat 23:30-a kimi işləyir. İddiaçının evdə olduğu vaxtlar onun anası işdə olur, anasının evdə olduğu vaxtlar isə iddiaçı işdə olur. Uşaqlar heç vaxt nəzarətsiz qalmırlar. Əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçı əmək müqaviləsi üzrə əmək haqqı alır, başqa hər hansı qazancı yoxdur. Həmçinin, iddiaçı uşaqların cavabdehlə görüşmələrinə etiraz etmir, faktiki olaraq uşaqlar anaları ilə hər həftə görüşürlər. Qeyd olunanlara əsasən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, nikahın pozulmasına razıdır, lakin qalan hissədə ilk iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı iddia ərizəsində onun Koroğluya xəyanət etməsi, uşaqlara qayğı göstərməməsi barədə yalan ifadələr yazmışdır. İddiaçı tərəfin bu əsassız və yalan iddialarını qəbul etmir. Ətraflı olaraq nəzərə çatdırmaq istəyir ki, o, xx.xx.2023-cü il tarixdən İddiaçı ilə ayrı yaşayır. Azyaşlı Nuray ve Tuncay ataları İddiaçı yanındadır. Uşaqlar onun əlindən məcburi şəkildə alınmış və övladların anaları ilə görüşü tam kəsilmişdir. Sonradan məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri kimi görüş təyin edilmiş, bundan sonra övladları ilə görüşə bilmişdir. Övladları hər həftə onunla böyük həvəslə görüşür, hətta geri qayıtmaq istəmədiklərini, ataları və nənələri tərəfindən təhdid olunduqlarını bildirirlər. Nuray və Tuncay məktəblidir. Nurayı ve Tuncayı məktəbə elə bir şəxs aparıb gətirir ki, onun özünün ailəsində ciddi problemlər var. Elə bir şəxsə uşaq əmanət etmək olmaz. O, övladlarını görmək üçün məktəbə gedən zaman Koroğlu orada səs-küy yaradaraq onun uşaqları görməməsi üçün ciddi tədbirlər görür. Bu səbəbdən, o, uşaqların psixoloji vəziyyətini nəzərə alaraq və məktəbdə xoşagəlməz hadisələrin qarşısını almaqdan ötrü uşaqlara həsrət qalsa da onları sadəcə uzaqdan izləyir. Eyni zamanda bildirir ki, o, ərinə heç vaxt xəyanət etməmişdir. Əksinə Koroğlu ona dəfələrlə xəyanət etmişdir, bundan həm Koroğlunun ailəsi, həm də öz ailəsi məlumatlıdır. O, övladlarının xətrinə, həm də qohumluq münasibətlərinə görə İddiaçı xəyanətlərinə, pis vərdişlərinə, təhqirlərinə və şiddətinə səbrlə dözüb oturmuşdur. Çünki Koroğlu ilə həm də qohumdur. Onun Koroğluya xəyanət etməsi faktı ona atılan böhtandır. Vüqar adlı şəxslə sadəcə dost münasibətləri olmuşdur. O, uşaqlarla parkda olarkən həmin şəxs də orada olmuşdur. Uşaqları qardaşının uşaqları kimi təqdim etməsi və şəkilləri qızının çəkməsi həqiqətə uyğun deyildir. Belə hadisə olmamışdır. Bütün bunları uşaqlara iddiaçı öyrətmişdir. Koroğlunun uşaqları anadan ayırmaqda tək məqsədi aliment ödəməmək və ona bəslədiyi kinli münasibətə görə uşaqları ananın üzünə həsrət qoymaqdır. Bütün bunları özü şəxsən ona demişdir. Bir daha bildirir ki, o, Koroğlu ilə evlilik dövründə dəfələrlə şiddətə, işgəncələrə məruz qalmışdır. Lakin sonda azyaşlı övladlarının ona qarşı öyrədilməsinə dözməmiş və ǝr evini tərk edərək, ata evinə iki azyaşlı övladı ilə sığınmışdır. Onun boşanacağını bilən Koroğlu guya uşaqları görmək istədiyini bəhanə edərək, uşaqları ondan istəmiş, o isə uşaqların atası ilə görüşünə mane olmamışdır. Bu fürsətdən istifadə edən Koroğlu azyaşlı övladlarını evinə aparmış ve bir daha ona verməyərək, onları analarının üzünə həsrət qoymuşdur. O, övladlarından ayrı qaldığı üçün mənəvi əziyyət çəkir. Tez bir zamanda azyaşlı uşaqlarına qovuşmaq arzusundadır. Bundan əlavə qeyd edir ki, İddiaçı marketdə rəhbər vəzifədə işləyir, bütün günü işdə olur, onun anası da səhər tezdən işə gedir. Həyat yoldaşı və qaynanası işdə olduqlarına görə uşaqları qonşuya əmanət edirlər. Uşaqlar nəzarətsiz qaldığından marketə, oyun salonuna gedirlər. Uşaqlarla görüş zamanı qızının əlinin yandığını görmüş, qızı özünə yemək bişirərkən əlini yandırdığını demişdir. İddiaçı özü uşaqlara baxmır, həm də onları ana qayğısından məhrum edir. Azyaşlı uşaqların ana qayğısına ehtiyacı vardır, hazırda özü işləmir, bütün vaxtını uşaqlarına ayırmaq istəyir. Qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında nikah pozulmalı, birgə nikahdan olan uşaqlar ananın himayəsinə verilməli və uşaqların saxlanması üçün aliment təyin edilməlidir. Ona görə də ilk iddianın nikahın pozulması hissəsində təmin, qalan hissədə rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək ilk iddianın nikahın pozulması hissəsində təmin, qalan hissədə rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, buna baxmayaraq Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, mülki iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Qaradağ rayon İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, Komissiya tərəflərin və azyaşlıların yaşayış tərzinin müəyyən edilməsi ilə əlaqədar onlayn və yerində araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki, İddiaçı və Cavabdeh ayrı yaşayırlar. X1 və X17 ataları İddiaçı yanında və himayəsindədir. İddiaçı Cavabdeh ilə nikahının pozulmasına səbəb olaraq cavabdehin ona Vüqar adlı şəxslə xəyanət etdiyini, Cavabdeh Vüqar adlı şəxslə üç ildən artıq əlaqəsinin olduğunu və bu məsələdən 10 oktyabr 2023-cü il tarixində həmin şəxsin özü tərəfindən məlumatlandırıldığını Komissiyaya bildirmişdir. Cavabdeh Vüqar adlı şəxslə "PUBG" oyunu vasitəsilə tanış olduğunu, ona adını Günel olaraq təqdim etdiyini və onunla dost olduğunu Komissiyaya bildirmişdir. Cavabdeh İddiaçı ilə nikahının pozulmasına səbəb olaraq İddiaçı ona mütamadi olaraq şiddət göstərdiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən X1 və X17 ilə ayrıca və Komissiyanın iclasında söhbət aparılmış, onlardan valideynlərindən kimin yanında qalması barədə fikri öyrənilmişdir. Söhbət zamanı azyaşlılar ataları İddiaçı daha çox bağlı olduqlarını və onunla qalmaq istədiklərini bildirmişlər. 16 iyun 2015-ci il təvəllüdlü X16 ayrıca söbət zamanı bildirmişdir ki, anası Cavabdeh onu bir neçə dəfə şahmat dərnəyindən çıxdıqdan sonra Vüqarla görüşdüyü parka aparmış, Vüqara X3nı qardaşı övladı kimi təqdim etmişdir. X3 anası Cavabdeh Vüqarla birgə olan fotolarını telefon vasitəsilə ona çəkdirdiklərini Komissiyaya bildirmişdir. Komissiyanın üzvləri tərəfindən İddiaçı və Cavabdeh ilə söhbət aparılmış, azyaşlı övladlarının gələcəyi naminə valideynlik borcu, azyaşlıların mənəvi tərbiyəsi və sağlamlığının, eləcə də psixoloji durumunun təmin olunması, onların xüsusən bu yaşda hər iki valideyn qayğısına ehtiyaclarının vacibliyi bildirilmişdir. İzah olunmuşdur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Komissiya təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatı, azyaşlıların mənafeyini, psixoloji durumunu, birbirinə olan bağlılığını, azyaşlıların ifadə etdiyi istəyini və digər zəruri halları nəzərə alaraq, 16 iyun 2015-ci il təvəllüdlü X7 və 05 sentyabr 2016-cı il təvəllüdlü X8 ataları İddiaçı yanında və himayəsində saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Bundan əlavə qeyd edir ki, iddiaçı Əzizov X19 qəsəbəsi, Qobu-Park yaşayış massivində yerləşən "QRANDMART" marketdə müdir müavini işləyir. İddiaçı işdə olduğu vaxtlarda X1nın və X8 qayğıları ilə nənələri X10 məşğul olur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən xx.xx.2015-ci il təvəllüdlü X16 bildirmişdir ki, o, Cəbrayıl rayon məktəbində 3-cü sinifdə oxuyur. Valideynləri ayrılarsa atasının yanında qalmaq istəyir. Anası ilə yaşamaq istəmir, çünki anası başqa oğlanla görüşür, həmin oğlanın adı Vüqardı. Əvvəl o, Vüqardan qorxurdu deyə onunla danışmırdı. Sonra Samiş (anası) onları tanış etmişdir. O, şahmat dərsində olanda Vüqar gəlib onun müəlliməsini döymüşdü, çünki Vüqar elə bilirdi ki, Samiş onun anası deyildir. O, hər həftə anası ilə görüşür, amma atası ilə birgə yaşamaq istəyir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən xx.xx.2016-cı il təvəllüdlü X17 bildirmişdir ki, o, Cəbrayıl rayon məktəbində 2-ci sinifdə oxuyur. Valideynləri ayrılarsa atasının yanında qalmaq istəyir. Anası ilə yaşamaq istəmir, çünki anası başqa oğlanla görüşür. O, şahmata getmir deyə özü bunu görməmişdir, Nuray nənəsinə danışanda eşitmişdir. Hazırda anası ilə görüşür, amma atası ilə birgə yaşamaq istəyir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 979733 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X11 xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 1456 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 570733 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 843571 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə Abşeron rayonunda anadan olmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 17 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı Cavabdeh ilə 2014-cü il tarixdə ailə həyatı qurmuş, nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları, 16 iyun 2015-ci il təvəllüdlü X16 və 05 sentyabr 2016-cı il təvəllüdlü X17 anadan olmuşdur. Əvvəllər İddiaçı və Cavabdeh arasında münasibətlər yaxşı olmuşdur. Sonradan aralarında narazılıqlar yaranmışdır və bu səbəbdən tərəflər ayrı-ayrı ünvanda yaşayırlar, birgə təsərrüfat aparmırlar. X1 və X17 ataları İddiaçı himayəsindədir. Qaradağ Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(002)-3672/2023 nömrəli qərardadına əsasən Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qəyyumluq və himayəçilik məsələləri üzrə komissiya" tərəflərin və azyaşlıların yaşayış tərzinin müəyyən edilməsi ilə əlaqədar onlayn və yerində araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki, İddiaçı Cavabdeh ilə dörd aydan çoxdur ayrı yaşayır. X1 və X17 ataları İddiaçı yanında və himayəsindədirlər. İddiaçı Cavabdeh ilə nikahının pozulmasına səbəb olaraq cavabdehin ona Vüqar adlı şəxslə xəyanət etdiyini göstərmişdir. İddiaçı Cavabdeh Vüqar adlı şəxslə üç ildən artıq əlaqəsinin olduğunu və bu məsələdən 10 oktyabr 2023-cü il tarixindən həmin şəxsin özü tərəfindən məlumatlandırıldığını Komissiyaya bildirmişdir (Cavabdeh Vüqar adlı şəxslə olan fotoları rəyə əlavə olunur). Cavabdeh Vüqar adlı şəxslə "PUBG” oyunu vasitəsilə tanış olduğunu, ona adını Günel olaraq təqdim etdiyini və onunla dost olduğunu Komissiyaya bildirmişdir. Cavabdeh İddiaçı ilə nikahının pozulmasına səbəb olaraq İddiaçı ona mütamadi olaraq şiddət göstərdiyini bildirmişdir. İddiaçı Əzizov X20 rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış massivi 1, ev 6, mənzil 9 ünvanında üç nəfər ailə üzvü anası, X1 və X17 ilə birgə yaşayır. Yaşayış sahəsi 116 m² olan ev üçotaqlıdır. Mənzil sahibi iddiaçının anası X5r. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. İddiaçı Əzizov X19 qəsəbəsi, Qobu-Park yaşayış massivində yerləşən "QRANDMART" marketdə müdir müavini işləyir. İddiaçı işdə olduğu vaxtlarda X1nın və X8 qayğıları ilə nənələri X10 məşğul olur. X1 və X2 rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış massivində yerləşən Cəbrayıl rayon 2 nömrəli tam orta məktəbində təhsil alırlar. Cavabdeh Əzizova X13 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 31-ci məhəllə, döngə 6, ev 14 ünvanında üç nəfər ailə üzvü atası, anası və qardaşı ilə birgə yaşayır. Yaşayış sahəsi 130 m² olan ev bir mərtəbədən dörd otaqdan ibarətdir. Mənzil sahibi cavabehin atası X6r. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh işləmir. Cavabdeh azyaşlı övladları X16 və X17 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18-00-dək görüşdüyünü Komissiyaya bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən X1 və X17 ilə ayrıca və Komissiyanın iclasında söhbət aparılmış, onların valideynlərindən kimin yanında qalmaları barədə fikri öyrənilmişdir. Söhbət zamanı azyaşlılar ataları İddiaçı daha çox bağlı olduqlarını və onunla qalmaq istədiklərini bildirmişlər. 16 iyun 2015-ci il təvəllüdlü X16 ayrıca söbət zamanı bildirmişdir ki, anası Cavabdeh onu bir neçə dəfə şahmat dərnəyindən çıxdıqdan sonra Vüqarla görüşdüyü parka aparmış, Vüqara X3nı qardaşı övladı kimi təqdim etmişdir. X3 anası Cavabdeh Vüqarla birgə olan fotolarını telefon vasitəsilə ona çəkdirdiklərini Komissiyaya bildirmişdir. Komissiya üzvləri tərəfindən İddiaçı və Cavabdeh ilə söhbət aparılmış, azyaşlı övladlarının gələcəyi naminə valideynlik borcu, azyaşlıların mənəvi tərbiyəsi və sağlamlığının, eləcə də psixoloji durumunun təmin olunması, onların xüsusən bu yaşda hər iki valideyn qayğısına ehtiyaclarının vacibliyi bildirilmişdir. İzah olunmuşdur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 17-18-ci maddələrinə görə, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Komissiya təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatı, azyaşlıların mənafeyini, psixoloji durumunu, bir-birinə olan bağlılığını, azyaşlıların ifadə etdiyi istəyini və digər zəruri halları nəzərə alaraq, 16 iyun 2015-ci il təvəllüdlü X7 və 05 sentyabr 2016-cı il təvəllüdlü X8 ataları İddiaçı yanında və himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan İddiaçı həyat şəraitinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Komissiya İddiaçı mənzil-məişət şəraitini müayinə etmək məqsədi ilə yerində və onlayn araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Əzizov X20 rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış massivi 1, ev 6, mənzil 9 ünvanında üç nəfər ailə üzvü anası, X1 və X17 ilə birgə yaşayır. Yaşayış sahəsi 116 kv.m olan ev üçotaqlıdır. Mənzil sahibi iddiaçının anası X5r. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Əzizov X19 qəsəbəsi, Qobu-Park yaşayış massivində yerləşən “Qrandmart” marketdə müdir müavini işləyir. İddiaçı işdə olduğu vaxtlarda X1nın və X8 qayğıları ilə nənələri X10 məşğul olur. X1 və X2 rayonu, Lökbatan qəsəbəsi, Qobu- Park yaşayış massivində yerləşən Cəbrayıl rayon 2 nömrəli tam orta məktəbdə təhsil alırlar. İş materiallarında olan Cavabdeh həyat şəraitinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Komissiya Cavabdeh mənzil-məişət şəraitini müayinə etmək məqsədi ilə yerində və onlayn araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Əzizova X13 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 31-ci məhəllə, döngə 6, ev 14 ünvanında üç nəfər ailə üzvü atası, anası və qardaşı ilə birgə yaşayır. Yaşayış sahəsi 130 kv.m olan ev bir mərtəbədən dörd otaqdan ibarətdir. Mənzil sahibi cavabdehin atası X6r. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh işləmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X17 psixi inkişaflarına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildirlər. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2015-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağılılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2016-cı il təvəllüdlü X8 hal-hazırda atası İddiaçı və anası Cavabdeh eyni dərəcədə bağlılığı müəyyən olunur. İş materiallarına həmçinin fotoşəkillər əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı ilə bağlı çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də müdir müavini vəzifəsində işləyir və aylıq əmək haqqı 630 manatdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinin tələbinə əsasən, ərarvad arasında saziş olmadıqda, eləcə də, bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və alimentin tutulmasını müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. bir uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2. iki uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 7.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.5-ci bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin Qərarın 7.7-ci bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Beləliklə, məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, hazırda tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, ilk iddianın nikahın pozulması barədə hissəsi əsaslı hesab olunaraq təmin edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi; yaşları (8 və 9 yaşında olmaları); nə Komissiyanın rəyində, nə məhkəmə iclasında verdikləri izahatlarda, nə də psixoloji ekspertizanın rəyində uşaqların analarına qarşı dözülməz mənfi münasibət bildirmədikləri; onların hər həftə anaları ilə görüşdən imtina etməməsi; habelə psixoloji ekspertizanın rəyində qeyd olunan hallar (yaşlarına və fərdi-psixoloji xüsusiyyətlərinə görə uşaqların fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaması, onların hər iki valideynə bağlılığının müəyyən edilməsi), eyni zamanda İddiaçı mövcud iş rejimi nəzərə alınaraq, nikah pozulduqdan sonra azyaşlı uşaqların analarının yanında qalması məqsədəuyğun hesab edilməlidir. Qeyd olunanlara əsasən, ilk iddia uşaqların atanın yanında qalması və anadan alimentin tutulması hissəsində əsassız hesab olunaraq təmin edilməməli, qarşılıqlı iddia uşaqların ananın yanında qalması hissəsində əsaslı hesab olunaraq təmin edilməli, lakin azyaşlı uşaqların ananın faktiki himayəsinə verilməsi qətnamə qanuni qüvvəyə mindikdən sonra mümkün hesab edilməlidir. Bu səbəbdən qarşılıqlı iddianın aliment tələbinə dair hissəsi də qismən təmin edilməli, cavabdehin işləməməsi, İddiaçı aylıq qazancının məbləği və uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ nəzərə alınmaqla, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 faktiki analarının himayəsinə verildikləri gündən yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin olunduğundan, ekspertizanın xərci tərəflər arasında bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2014-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1456 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 anaları Cavabdeh yanında qalmaları müəyyən edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X17 ataları İddiaçı alınaraq anaları Cavabdeh faktiki himayəsinə verilsin. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 faktiki analarının himayəsinə verildikləri gündən yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 40 (qırx) manat, Cavabdeh 40 (qırx) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X4, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-168/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-168/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver