Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1680/2022 17.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh 14 mart 20017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci ildə nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu l təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişlər. Cavabdehlə evləndikləri ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan cavabdehın ailəyə münasibəti dəyişmiş və uşaqları ilə maraqlanmamışdır. O uzun müddət uşaqların xatirinə və ailənin dağılmaması üçün bir çox şeylərə göz yumuşdur. Sonralar o, nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və aliment tələbi üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu zaman ona məlum olmuşdur ki, cavabdeh ilə nikahı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-2087/2017 saylı qətnamə ilə pozulmuşdur. Həmin vaxt o da aliment tələb etmək niyyətində olacaqdır, lakin cavabdeh onunla yaşaya-yaşaya və vədlər verməklə onu aliment tələbindən yayındırmış, özü isə nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. O, isə bu illər ərzində cavabdehin anasına məxsus evdə uşaqları ilə birlikdə yaşayaraq, cavabdehin yaşlı anasının və uşaqlarının qeydinə qalmışdır. Neçə illərdir ki, qohum-əqrabanın təkidlərinə görə ailəsini saxlamış və cavabdehin bir gün geri qayıdacağına inanmışdır. Özü müəllimə işləyir. Aylıq məvacibi uşaqların saxlanmasına çatmir. Ona görə də cavabdehdən nikahın pozulduğu tarixdən aliment tutlmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və MPM-in müvafiq maddələrinə əsasən hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı və onun və vəkili Nümayəndə öncəki məhkəmə iclasında iddianı müdafiə edib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilməsini, lakin cavabdehin məhkəmə iclasına gəlmədiyini nəzərdən keçirən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatı, onun vəkili Nümayəndə çıxışını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı, 326966 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Cavabdeh arasında nikah xx.xx.2007-ci ildə Qaradağ rayon qeydiyyat şöbəsində 413 №-li akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Yusibova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ № 756536 saylı və AZ-İİ № 276857 saylı şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu l təvəllüdlü X10 adlı iki uşaqları var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV № 018271 saylı şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 anası X9, atası - Cavabdehdur. İş materiallarında olan ilkin və məhkəmə iclasında tədqiq edilən ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/4-01016 saylı arayışdan görünür ki, Yusubov Cavabdeh Rəna Alik qızı tərəfindən irəli sürülən nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi üzrə 05 may 2022-ci il tarixdə saat 14:45-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak eməmiş, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinın xx.xx.2017-ci il tarixli, 2(002)-2087/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci ildə Qaradağ rayon qeydiyyat şöbəsində 413 №-li akt qeydi ilə bağlanmış nikah qeydinin pozulması və birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X2 Rəna Alik qızının himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilə bildirişindən görünür ki, Cavabdeh adına əmək müqaviləsi mövcuddur və əmək haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. İşin məhkəmə iclasında iddiaçının izahatı ilə və iş materialları ilə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehdən birgə nikahdan olan yetkinlik yaşina çatmayan uşaqlarının saxlanması üçün aliment tutulmasını xahiş edir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli – məhkəməyə cavabdehin sabit iş yeri və əmək haqqı olması barədə arayış tədqim olunduğundan aliment iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan - xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay iki uşağa görə - cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və həmçinin aliment tələbinin cavabdehin gəlirinə yönəldilmə əsasında tutulan aliment yetkinlik yaşına çatmayan uşaqların maddi təminatına kifayət etmədiyindən eyni zamanda məhkəmə hesab edir ki, hal-hazırda cavabdehin himayəsində və yanında faktiki nikahdan olan digər bir yetkinlik yaşına çatmayan uşağın maddi təminatının təmin edilməli olduğunu nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə hər ay iki uşağın saxlanması ilə bağlı cavabdehin əmək haqqınin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə uşağa görə 72 manat, iki uşağa görə cəmi 144 manat sabit pul məbləğində aliment hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının alimentin 14 mart 2017-ci il tarixdən hesablanması tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü və yaxud aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edəcək hər hansi bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə sübutların yetərsizliyi səbəbindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3-cü maddsəinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardı. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1-ci və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu l təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay iki uşağa görə - iddiaçının qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda və əlavə olaraq hər ay bir uşağa görə 72 manat, iki uşağa görə cəmi 144 manat sabit pul məbləğində aliment məbləğində aliment tutulmalıdır. Aliment tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq 51 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu l təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay iki uşağa görə - iddiaçının qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 72 manat, iki uşağa görə cəmi 144 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Aliment tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq 51 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1680/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1680/2022
17.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver