Məhkəmə qərarları › İş №e-2(002)-169/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-169/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-169/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4470 saylı daxili lizinq müqaviləsinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.

2. İddiaçı MMC ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən, “Khazar SD" minik markalı avtomobil Cavabdeh2 təhvil verilmişdir.

3. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-199/2023 saylı qətnaməsi ilə Cavabdeh2 01 oktyabr 2021-ci il tarixli, MAS-4470 saylı daxili lizinq müqaviləsi üzrə 758.94 manat əsas, 433.35 manat mükafat, 5 manat cərimə, dəymiş zərərə görə 5385.10 manat olmaqla, cəmi 6582.39 manat məbləğində pul və ödənilmiş 90.37 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilməsi qət edilmişdir.

4. Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən Cavabdeh2 dair “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixli İXP4986768, xx.xx.2022-ci il tarixli İXP4742364, xx.xx.2022-ci il tarixli İXP4706179, xx.xx.2022-ci il tarixli EQ10503610, xx.xx.2022-ci il tarixli İXP4490058, xx.xx.2022-ci il tarixli İXP4442726, xx.xx.2022-ci il tarixli EQ10503606, xx.xx.2022-ci il tarixli BNA2200005, xx.xx.2022-ci il tarixli BNA2310126, xx.xx.2022-ci il tarixli EQ10503601, xx.xx.2022-ci il tarixli EQ10503604, xx.xx.2022-ci il tarixli EQ10503653, xx.xx.2022-ci il tarixli EQ10503595, xx.xx.2022-ci il tarixli EQ8907795 nömrəli protokollar qeyd olunmuşdur.

5. Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən Cavabdeh1 dair “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2021-ci il tarixli BNA1533812, xx.xx.2021-ci il tarixli BNA1350395, xx.xx.2021-ci il tarixli BNA1350394, xx.xx.2021-ci il tarixli BNA1350393, xx.xx.2021-ci il tarixli BNA1350392, xx.xx.2021-ci il tarixli BNA1350391, xx.xx.2021-ci il tarixli BNA1350390 nömrəli protokollar qeyd olunmuşdur.

6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məktubuna əsasən, müraciətdə qeyd edilən “KHAZAR SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən idarə edilən zaman barələrində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar və həmin qərarlar üzrə həyata keçirilmiş ödənişlər barədə AYNA-nın informasiya sistemində məlumatlar qeyd edilmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, Lizinq obyetki olan avtomobil istifadədə olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar AR X4 tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bu faktı AR X3 portalından alınmış çıxarış təsdiq edir. Mülki qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən törədilmiş İnzibati Xəta haqqında Protokollara əsasən ümumilikdə 224 manat məbləğində cəriməni ödəmişdir. Ondan İddiaçı MMC-ə yaranmış borcu 7 gün ərzində ödəməyi tələb edir. Əks təqdirdə İnzibati Xəta haqqında Protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, Lizinq obyetki olan avtomobil istifadədə olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar AR X4 tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bu faktı AR X3 portalından alınmış çıxarış təsdiq edir. Mülki qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən törədilmiş İnzibati Xəta haqqında Protokollara əsasən ümumilikdə 224 manat məbləğində cəriməni ödəmişdir. Ondan İddiaçı MMC-ə yaranmış borcu 7 gün ərzində ödəməyi tələb edir. Əks təqdirdə İnzibati Xəta haqqında Protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir. İddia tələbi

9. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh1 224 manat, Cavabdeh2 411 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli MAS-4470 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 07 fevral 2023-cü il tarixli 2(066)- 199/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 6582.39 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1 o. 1. BNA1350390 saylı protokola görə 32 manat; 2. BNA1350391 saylı protokola görə 32 manat; 3. BNA1350392 saylı protokola görə 32 manat; 4. BNA1350393 saylı protokola görə 32 manat; 5. BNA1350394 saylı protokola görə 32 manat; 6. BNA1350395 saylı protokola görə 32 manat; 7. BNA1533812 saylı protokola görə 32 manat; Cavabdeh2 o. 1. EQ8907795 saylı protokola görə 32 manat; 2. EQ10503595 saylı protokola görə 45 manat; 3. EQ10503653 saylı protokola görə 16 manat; 4. EQ10503604 saylı protokola görə 9 manat; 5. EQ10503601 saylı protokola görə 54 manat; 6. EQ10503606 saylı protokola görə 9 manat; 7. EQ10503610 saylı protokola görə 18 manat; 8. BNA2310126 saylı protokola görə 18 manat; 9. BNA2200005 saylı protokola görə 18 manat; 10. İXP4442726 saylı protokola görə 64 manat; 11. İXP4490058 saylı protokola görə 64 manat; 12. İXP4706179 saylı protokola görə 64 manat. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 635 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMCyə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

11. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1108.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir. İddiaya etiraz

12. Cavabdeh1 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, həmin iddianı əsassız hesab edir. Məhkəmə tərəfindən hazırda işə “kiçik iddialar üzrə icraat” qaydasında baxılacağı təqdirdə gələcəkdə onun hüquqlarının pozulmasına səbəb ola bilər. İş üzrə tam araşdırılma aparılmalıdır.

13. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddəsinə əsaslanmışdır.

14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3313/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Suliddin oğlu və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

15. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı MMC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.

17. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini, avtomobili ilk o almış, ancaq sonra satılmışdır. Maşın satıldıqdan 6 ay sonra maşının cərimələri gəlməyə başladı. İş materiallarında olan inzibati cərimə protokolları və fotoşəkilləri nəzərdən keçirərək ona aid hissədə iddianı qəbul edir. Cərimələrin həqiqətən də taksi faəliyyəti ilə məşğul olduğu zaman yazılmışdır.

18. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən məhkəmə baxışını cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. b) Əsaslandırma

21. İddia əsaslıdır.

22. İşin faktiki halları bundan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti qismində “Khazar SD" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-199/2023 saylı qətnaməsi ilə Cavabdeh2 01 oktyabr 2021-ci il tarixli, MAS-4470 saylı daxili lizinq müqaviləsi üzrə cəmi 6582.39 manat məbləğində pul və ödənilmiş 90.37 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilməsi qət edilmişdir.

23. Lizinq obyekti olan avtomobil cavabdehlərin müvəqqəti istifadəsində və sahibliyində olan zaman inzibati xəta ilə əlaqədar sürücülər AR BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmələri və həmin ödənişlərin iddiaçı tərəfindən ödənilməsi barədə sübutlar işə əlavə edilmiş, eyni zamanda, cavabdehlərdən Cavabdeh1 iddianın ona aid olan hissəsini etiraf etmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

25. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

27. Məhkəmə Cavabdeh1 iddianı etiraf edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsinə münasibətdə hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş vermədiyindən qəbul edilməlidir.

28. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.

29. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: zərərçəkənə ziyan vurulmasına gətirib çıxaran əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.

30. Məhkəmə iddia tələbində qeyd edilən “Khazar SD" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə cavabdehlərin istifadəsi zamanı yaranmış inzibati xəta haqqında protokollar üçün ödənilmiş məbləği tələb etmişdir. Məhkəmə tərəfindən verilən sorğular və iş materiallarına əlavə olunmuş sübutlardan Cavabdeh1 tərəfindən 224 manat, Cavabdeh2 tərəfindən isə 411 manat məbləğində inzibati xətanın baş verməsi və İddiaçı MMC tərəfindən cərimələrin ödənilməsi qəbzlərdən görünür.

31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, zərərçəkənə ziyan vurulmasına gətirib çıxaran əməl, həmin əməlin hüquqazidd olması və cavabdehlərin təqsiri sübut edildiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərcləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh1 224 manat, Cavabdeh2 411 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı MMC tərəfindən (inzibati xəta haqqında protokollara əsasən) ödənilmiş cərimələrə görə Cavabdeh1 224 manat, Cavabdeh2 411 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar