Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-181/2023 14.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqı və son haqqhesaba görə 1367,42 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 1517,42 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehndə əmək müqaviləsi əsasında işləmişdir. Cari ilin iyun ayında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən xitam verilməsi haqqında ərizə vermişdir. 15 iyul 2022-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Nəzərinizə çatdırır ki, o, sonuncu günə qədər əmək funksiyalarımı icra etmiş, lakin cavabdeh ona əmək haqqını və son-haqq hesabı ödəməkdən qərəzli şəkildə imtina etmişdir. Hazırki iddia ərizəsinə əlavə etdiyi bank hesabından çıxarışdan da görünür ki, əmək haqqı və son haqq-hesabı tam ödənilməmişdir. Beləliklə, cavabdehin ona 1367,42 manat əmək haqqı borcu qalmışdır. Bu mübahisə ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər İdarəsinə yazılı şikayət etmişdir. Həmin şikayəti əsasında cavabdehin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4- cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Bununla yanaşı sözü gedən əmək haqqı tələbini təşkil edən 1363,59 manat pul vəsaiti miqdarında cavabdehin bank hesabına həbs qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi üçün Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, ərizəsi təmin edilib. Qeyd olunanlara görə hesab edir ki, həmin pul vəsaiti cavabdehdən məcburi tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubunun mətnində “araşdırma zamanı, hüquqi şəxslər "xxxx" MMC, Cavabdeh MMC və "xxxx" MMC -də son haqq hesabınızın ödənilməməsi ilə bağlı ARƏƏSMN-nə ünvanladığınız müraciətə X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin araşdırılması məqsədilə "xxxx" MMC-nin ünvanına **********8 saylı xx.xx.2022-ci il tarixli, Cavabdeh MMC-nin ünvanına **********6 saylı xx.xx.2022-ci il tarixli, "xxxx" MMC-nin ünvanına **********8 saylı xx.xx.2022-ci il tarixli məktublarla müraciət olunaraq onlara aid olan sənədlərin qanunvericilyə uyğun olaraq təqdim edilməsi sonuncular tərəfindən təmin olunmamışdır. Eyni zamanda araşdırma nəticəsində ARƏƏSMN-nin məzkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçıyla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində , Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq xitam verildiyi məlum olmuşdur. Təqdim olunan bank hesab çıxarışından son haqq-hesabınızın cəmiyyətlər tərəfindən ödənilmədiyi müəyyən edilmişdir. Bununla da “İnmax Group“ MMC-nin, Cavabdeh MMC -nin və "xxxx" MMC-nin rəhbərləri barəsində ARİXM-nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, “E-Sosial.gov.az” portalından çıxarışa əsasən işəgötürən Cavabdeh MMC İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli Son haqq-hesab-a dair sənədinə əsasən İddiaçı ödənilməli olan məbləğ 1367,42 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən hüquqi yardım xidməti olaraq 100 (bir yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi üzrə işçinin əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiaları ilə müəyyən edilmişdir ki, ARƏƏSMN-nin məzkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində görünür ki, Cavabdeh MMC İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) istinad olunmaqla xitam vermiş, lakin işçiyə son haqq hesab tam olaraq ödənilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edir: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu iş günü son haqq-hesabı tam həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 1367,42 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 1517,42 manat pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 1367(bir min üç yüz altmış yeddi) manat,42(qırx iki) qəpik, məcburi ilkin mediasiya üçün verilmiş 50(əlli) manat, hüquqi xidmətə görə 100(yüz) manat, cəmi 1517(bir min beş yüz on yeddi) manat, 42(qırx iki) qəpik pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-181/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-181/2023
14.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver