Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1909/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Eibova Khazangülə qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xəzəngül Eibovaya qarşı iddia ərizəsi ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdeh Eibova Khazangülün xeyrinə tutulan aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclası 16 avqust 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh X3 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, İddiaçı ona qarşı “Aliment tələbinin ləğv edilməsi” barədə iddia ərizəsi mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəni bununla əsaslandırmışdır ki, iddia ərizəsi onun yaşadığı ərazi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə deyil, Bakı şəhər Qaradağ rayon Məhkəməsinə verilmişdir. Azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olmaqla onun himayəsindədir. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Bununla əlaqədar ona verilmiş Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün verilmiş İcazə vəsiqəsi, həm də Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 66 nömrəli Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2109 nömrəli, xx.xx.2023-cü il tarixli Arayışına əsasən övladı ilə göstərilən ünvanda yaşayır. Eyni zamanda onun himayəsində körpə uşağının olması Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə hgəlibgetməsini çox çətinləşdirəcəkdir. Odur ki, hesab edir ki, iddia tələbi üzrə mülki iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya digər məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Qeyd edilənlərə əsasən, hazırkı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən cavabdehin ərizəsinə etiraz ünvanlanaraq həmin ərizənin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddianın vəkili və nümayəndəsi məhkəmə iclasına ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələbinə əsasən məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə cavabdeh tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən edir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Seriya MYİ ******* nömrəli, Azərbaycan Respublikasının Ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən, Khazangul Eibovanın müvəqqəti yaşaması üçün icazə xx.xx.2024-cü il tarixədək verilmişdir və yaşayış yeri ünvan 3 ünvanıdır. Bundan başqa, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2109 nömrəli arayışa əsasən, Eibova Khazangül Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 25 ünvanında yerləşən özbaşına tikilidə yaşayır. Məhkəmə hesab edir ki, əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verdiyindən və cavabdeh Khazangul Eibovanın yaşadığı yer yuxarıda qeyd edilən sənədlərə əsasən Bakı şəhəri, Xətai rayonu olduğundan, vəsatət təmin edilərək ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Khazangul Eibovaya qarşı xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdehin xeyrinə tutulan aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1909/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1909/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver