Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(002)-2081/2021 18.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Bakı şəhəri,Nəsimi rayonu,N.Yusifbəyli,42C ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, “Kreditor" MMC Borclu 28.02.2020 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 699 manat məbləğində məişət məhsulunu kreditlə satmış, borcliu həmin məhsulu təhvil almışdır. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq,o borc öhdəliyini icra etməmişdir. Borclunun hazırda 699 manat əsas borcu, 209,7 manat cərimə borcu qalmışdır. Odur ki, borcludan 699 manat məbləğində əsas borc və 209,7 manat cərimə borcu olmaqla, ümumilikdə 908,7 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1958-cü il tarixdə anadan olmuş, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 699 manat məbləğində əsas borc, 209,7 manat məbləğində cərimə borcu olmaqla, cəmi 908,7 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2081/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(002)-2081/2021
18.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver