Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-21/2025 19.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların atanın himayədə saxlanılması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar (5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 3-16-5/7-H-12/2-1415/2023 nömrəli arayış). Birgə nikahlarından iki övladı doğulmuşdur: xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7. (3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, AZ-T 254423 və xx.xx.2023-cü il tarixli, AZ-T 254424 nömrəli doğum haqqında şəhadətnamə).
2. Xətai RPİ-in 37-ci PŞ-in təhqiqatçısı polis baş leytenantı X4 cinayəti işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına əsasən, toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilsin, hadisəni törətmiş Cavabdeh gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. İddia tələbi
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2017-ci il tarixli, 4207 saylı nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X10 arasında nikah haqqında 14 dekabr 2017-ci il tarixidə 4207 saylı akt 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikah dövründən xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. İlk vaxtlar iddiaçı və cavabdeh arasında normal ailə münasibətləri mövcud olmuşdur. Xüsusilə İddiaçı ailə başçısı, ər və ata kimi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Lakin cavabdehin müəyyən hərəkətləri ailə münasibətlərinə ciddi xələl gətirmişdir (sübutlar məhkəmə iclasında təqdim ediləcək) və İddiaçı Cavabdeh ilə arasında bağlanmış 14 dekabr 2017-ci il tarixli nikahın pozulması qərarına gəlmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Cavabdeh ailəyə hörmətsizlik nümayiş etdirən hərəkətləri mövcuddur. Brigə nikahdan dünyaya gəlmiş hər iki övlad-xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 azyaşlıdır. Cavabdeh öz analıq məsuliyyətini dərk etmədən, azyaşlı övladlarının tərbiyəsi və inkişafına vurduğu zədəni görməzdən gəlməkdədir. Bütün bu göstərilən amillər azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 gələcək inkişafına, onların düzgün tərbiyə olunmasına mənfi təsir göstərir. İddiaçı hər iki övladını qayğı ilə əhatə edir, onların təlim və tərbiyəsi ilə məğul olmağa kifayət qədər maraqlıdır. İddiaçı şəxsi əmlaka malik olmaqla hər iki övladının normal şəraitdə böyümələri üçün geniş imkanlara malikdir. Hesab edir ki, Cavabdeh davranışları azyaşlı övladlarının təlim və tərbiyəsinə ciddi zərər vuracağından, hər iki azyaşlının əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin edilməsi, eləcə də bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə İddiaçı ilə birlikdə, cavabdehin himayəsində yaşamaları məqsədəmüvafiqdir. Məsələnin həll edilməsi üçün mediasiyaya da müraciət edilmişdir. Lakin cavabdeh ailə münasibətlərinin normallaşdırıla bilməsi üçün belə mediasiya prosessində iştirak etməmişdir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 22.1, 75.1-ci maddələrinə istinad etmişdir. İddiaya etiraz
6. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək İddiaçı ilə aralarında olan nikahın pozulması və birgə nikahından olan azyaşlı: xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsində yazılanların hamısı şər və böhtan xarakteri daşıyır. Ailə qurduğu ilk vaxtlarda başlayaraq xasiyyəti bir-birinə uyğun gəlməmişdir. İddiaçının ona olan münasibəti daim soyuq olmuşdur. İddiaçı dəfələrlə heç bir səbəb olmadan evdə dava-dalaş salmış, ona qarşı fiziki güc tətbiq edərək incitmiş, boğazından yapışaraq onu boğmuşdur. Onun ona fasiləsiz, davamlı olaraq göstərdiyi təzyiqlər nəticəsində və həyatdan bezdirdiyinə görə intihar etmək və hətta özünü yuxarı mərtəbədən yerə atmaq qərarına gəlmişdir. Sonuncu dəfə yəni, 2023 ilin 20 sentyabrda saat 21:00-22:00 radələrində iddiaçı və ailəsi təzyiq göstərərək onu təhqir və alçaltmaq yolu ilə evdən qovdular. Həmin vaxt baldızı Səbinə də ona hücum edərək nişan və toy zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını güclə ondan aldılar. O cümlədən, baldızı güc göstərərək əllərini qulaqlarına uzadaraq sırğalarını qoparmaq istədi. O buna etiraz etdi və qulaqlarının cırılmasından qorxaraq, sırğalarını özü çıxararaq ona verməyə məcbur oldu. Bundan sonra, şkafda olan ona məxsus qara çantanın içərisində saxladığı digər qızıllarını da götürərək uşaqlarla birlikdə onu evdən qovdular. Birgə yaşadığı dövrdə iddiaçı plan quraraq boşayacağını nəzərdə tutmuş və bunun üçün onu qohuməqraba, tanış-biliş arasında rüsvay etmək, alçaltmaq üçün əlindən gələn hər şeyi etmişdir. Montaj yolu ilə tərtib etdiyi şəkillərini əlində saxlayaraq boşanma vaxtı ondan almaq və bu yolla şantaj etmək qərarına gəlmişdir. Hal-hazırda qovulduğu üçün azyaşlı övladları ilə birlikdə valideynlərinin yanında yaşayır. O heç vaxt ailəsinə üz qaralığı və xələl gətirən hərəkətlərə yol verməmişdir. Buna baxmayaraq iddiaçı ailəsinə lazımi səviyyədə baxmamış, maddi cəhətdən təmin etməmiş, ona və uşaqlarına diqqət və qayğı göstərməmişdir.
7. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4-cü maddəsinə əsaslanmışdır.
8. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı məhkəmə iclasında bildirdi ki, iddia tələbini müdafiə edir, boşanmaq fikri qətidir, uşaqlar cavabdehin himayəsindədir, lakin cavabdeh uşaqlarla maraqlanmır, onları yiyəsiz qoyub başqa kişilərlə istirahətə gedib. O, həmin kişiləri tanımır. Uşaqlar ona maraqlı deyil, sadəcə aliment almaq üçün uşaqları onun yanında saxlanmasını istəyir. Uşaqlar onun himayəsinə veriləcəyi təqdirdə uşaqların əxlaqı pozulacaq, uşaqlar ya onun himayəsinə, ya da dövlətə verilsin. Uşaqların cavabdehin himayəsinə verilməsinə razı deyil. Cavabdeh ona xəyanət edib, şəkillərini başqa kişilərə göndərib, həmin kişilər də öz şəkillərini ona göndərib. Gösətrilənlərə əsasən, iddiaçı nikahın pozulmasını, uşaqların iddiaçının himayəsində saxlanılmasını xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında, bildirdi ki, iddia tələbini müdafiə edir, iddiaçının boşanmaq fikri qətidir. Cavabdeh iddiaçıya xəyanət edib. O, ailə münasibətlərini qorumaq niyyətində deyil. Cavabdehin daimi yaşamaq üçün yeri yoxdur, iki dəfə yaşayış yerini dəyişib, uşaqlarla rütubətli evdə yaşayır. İddiaçının evinin isə şəraiti var, uşaqlar həmin evdə doğulub, həmin evi doğma evləri sayırlar. Uşaqlar cavabdehə maraqlı deyil, uşaqlarla maraqlanmır. Cavabdeh uşaqları evdə tək qoyaraq Qusar rayonuna istirahətə gedib. O, iddiaçıya başqa kişilərlə xəyanət edir. Cavabdeh atası ilə birlikdə yaşayır, atası da narkotik maddə ittihamı ilə həbs edilib, cəza çəkib. İddiaçı uşaqların atası olaraq uşaqlarını onun himayəsinə verilməsini istəyir, uşaqların onun himayəsinə veriləcəyi təqdirdə cavabdehdən aliment tələbi olmayacaq. Cavabdeh isə uşaqları ancaq aliment almaq üçün istəyir, əgər belə deyilsə o zaman iddiaçıdan aliment tələb etməsin. İddiaçının uşaqlara baxa bilmə şəraiti var. İddiaçı az öncə bildirdi ki, uşaqlara ona verilsin, hər ay buna görə cavabdehə aliment ödəməyə razıdır. Onun bu sözü belə uşaqların, onların tərbiyəli böyüməsinin iddiaçı üçün nə qədər vacib olduğunu göstərir. İddiaçının nümayəndəsi və vəkili nikahın pozulmasını, uşaqların iddiaçının himayəsində saxlanılmasını xahiş etmişdir. 11.İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçının bacıdır. Qardaşının uşaqlarına evdə olanda özü də qulluq edib, onlara baxıb. Uşaqlara baxmaq üçün onlarda hər cür şərait var, anasında qalması uşaqların mənafeyinə uyğun deyil, odur ki, uşaqların atalarına verilməsini xahiş edir.
12. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, nikahın pozulmasına razıdır, uşaqların iddiaçının himayəsinə verilməsinə isə razı deyil. Uşaqlar onun himayəsindədir, azyaşlıdırlar. Onlara doğulandan özü baxmışdır, hər bir ehtiyaclarını bir ana kimi qarşılayır. Uşaqları da ona bağlıdır. Heç vaxt uşaqlarını tək qoyub harasa getməmiş, harasa getmişdirsə uşaqlarını da özü ilə aparmışdır. Uşaqlar heç vaxt yiyəsiz olmayıb. Yaşadığı evdə uşaqların otağında pəncərə var, qaldıqlar ev kirayədir, evin kirayəsi 350 manatdır. Uşaqların tərbiyə edilməsində problem yoxdur. İddiaçı tərəf atasının həbsdə yatdığını bildirir, bunu onunla evləndiyi zaman da bilirdi, o zaman onunla evlənməzdi. Azyaşlı uşaqlarının analarının yanında qalması mütləqdir, eyni zamanda, o həmin uşaqların saxlanması üçün aliment tələb edir. Odur ki, onun vəkili və nümayəndəsi alimentlə bağlı ərizəsini elektron kabinetə yerləşdirmişdir. Hər uşağa 235 manat, cəmi 470 manat aliment tələb edir. Uşaqların böyüdülməsi üçün alimentə ehtiyacı vardır.
13. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək nikahın pozulması hissəsində iddianı qəbul etdiklərini, lakin uşaqların atalarına verilməsinə qətiyyətlə etiraz etdiklərini, cavabdeh ilə bağlı iddiaçının söylədiklərinin yalan olduğunu, azyaşlı uşaqların analarının himayəsinə verilməli olmasını bildirdi. Eyni zamanda, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması və birgə nikahlarından olan azyaşlılar: xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019cu il təvəllüdlü X1 Cavabdeh himayəsində qalması və onların saxlanması üçün hər uşağa görə ayrı-ayrılıqda 235 manat, cəmi 470 manat aliment tutularaq X6 verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
15. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlaını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 101.2-ci maddəsinə görə, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə görə, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarı: Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
21. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il 15 saylı qərarı: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Əsaslandırma
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birdə nikahlarından yetkinlik yaşına çatmamış iki övladı vardır. Tərəflər arasındakı nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. Tərəflərə məhkəmə iclasında iştirak edərək nikahın pozulmasına razılıqlarını bildirmişdirlər. Bu halda, məhkəmə ailə qanunvericiliyinin tələblərini əsas götürərək hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır.
23. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları Şahin və Melisa analarının himayəsində olmaqla onlarla birlikdə yaşayırlar. Tərəflər arasında nikahın ləğvindən sonra uşaqların valideynlərdən hansının yanında saxlanması barədə mübahisə olmuşdur.
24. Məhkəmə bununla bağlı qeyd edir ki, BMT-nin «Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının» 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır.
25. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq haqqında Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait olduğu hallardan başqa anasından ayrılmamalıdır.
26. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideyinlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edər digər hallar.
27. Həmin Qərarın 7.6-cı bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
28. Həmin Qərarın 7.2-ci bəndinə əsasən, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
28. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət yetirdikdə görünür ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanılması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanılması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa, dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır.
29. Məhkəmə tərəfindən uşaqların tərəflərdən hansının yanında saxlanması məsələsinin araşdırılması üçün iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyasının rəyi əldə edilmiş, eyni zamanda iş üzrə müvafiq ekspertiza təyin edilmişdir.
30. Belə ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyası tərəfindən verilmiş 5-13/2-172/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun, müvafiq rəyin və həmin rəyə əlavə edilmiş mənzil-məişət vəziyyətinin müəyyən edilməsi barədə aktların məzmunundan görünür ki, İddiaçı Cavabdeh dörd aydan çoxdur ayrı yaşayır, azyaşlılar X8 və X7 anaları Cavabdeh, yanında və himayəsindədirlər. İddiaçı və Cavabdeh bir neçə şəxslə xəyanət etdiyini bildirmişdir. İddiaçı qızının ona Cavabdeh ona xəyanət etməsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi foto və səs yazıları Komissiya tərəfindən araşdırılmışdır. Foto və səs yazıları Cavabdeh təqdim edilmişdir. Cavabdeh fotolarda olan şəxsin özü olduğunu etiraf etmiş, lakin həmin fotoların həyat yoldaşı İddiaçı göndərmək üçün çəkdiyini bildirmişdir. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvansız fərdi evdə bacısı, kürəkəni, bacısının övladı ilə birgə yaşayır. Ümumi sahəsi 136 m² olan mənzil üç otaqdan ibarətdir. Mülkiyyət sahibi İddiaçı kürəkənidir. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. İddiaçının verdiyi şifahi məlumata əsasən o, "Bibi-Heybət" NQÇİ- də ilməçi işləyir. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanında atası, anası, azyaşlı övladları X8 və X7 ilə birgə kirayə yaşayır. Ümumi sahəsi 94 m² olan mənzil üçotaqdan ibarətdir. Mənzil orta təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh şifahi məlumatına əsasən o, işsizdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qayyumluq və himayədarlıq məsələləri üzrə komissiya"sının üzvləri tərəfindən İddiaçı və Cavabdeh ilə söhbət aparılmış, azyaşlı övladlarının gələcəyi naminə valideynlik borcu, onların mənəvi tərbiyəsi və sağlamlığının, eləcə də psixoloji durumunun təmin olunması ilə bağlı məsləhətlər verilmişdir. BMT Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş "Uşaq hüquqları Bəyannaməsi"nin 6-cı prinsipində qeyd olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün qayğıya və başa düşülməyə möhtacdır. O mümkün olduqda valideynlərinin himayəsində, onların məsuliyyəti altında və hər halda, qayğı və mənəvi-maddi təminat mühitində böyüməlidir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qayyumluq və himayəçilik məsələləri üzrə komissiya"sı təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatları, azyaşlıların mənafeyini, psixoloji durumunu, bir-birinə olan bağlılığı və digər zəruri halları nəzərə alaraq, yuxarıda adıçəkilən BMT qətnaməsinin humanist prinsiplərini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci və 63-cü maddələrinin tələblərinə uyğun, 03 aprel 2018-ci il təvəllüdlü X5 və 21 sentyabr 2019-cu il təvəllüdlü X1 anaları Cavabdeh yanında və himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab edir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 11/457 nömrəli ekspert rəyinə əsasən, Tədqiqatın 1-ci sualı üzrə xx.xx.2018-ci il təvəllüdlü X8 psixi cəhətdən normal etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikromühitə uyğundur. xx.xx.2019-cu il təvəllüdlü X1 yaşı ilə əlaqədar (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün deyildir. Tədqiqatın 2-ci və 3-cü sualları üzrə İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Tədqiqatın 4-cü sualı üzrə xx.xx.2018-ci il təvəllüdlü X5 anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2018-ci il təvəllüdlü X5 normal psixi inkişafı baxımından hər iki valideyni ilə mütəmadi olaraq ünsiyyətdə olması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Tədqiqatın 5ci və 6-cı sualları üzrə valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2018-ci il təvəllüdlü X5 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. xx.xx.2018ci il təvəllüdlü X5 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.
32. Göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 Cavabdeh yanında saxlanmalarının onların mənafelərinə daha uyğun olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Məhkəmə göstərilən qərara gələn zaman ana qayğısına və diqqətinə möhtac olduqları yaşda olmamalarını və cavabehin fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosionaliradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətlərinin müəyyən olunmamasını nəzərə alır.
33. Məhkəmə birgə nikahdan olan uşaqların saxlanması üçün cavabdehdən tutulmalı olan aliment tələbinə münasibətdə qeyd edir ki, həm yerli, həm beynəlxalq qanunvericliyin tələbinə əsasən, uşaqların üstün mənafeyi əsas götürülməklə həmin hissədə də iddia qismən təmin edilməlidir.
34. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
35. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri).
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). ...Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
38. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il 15 saylı qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
39. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat, «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
40. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə imzalaması ilə minimum aylıq əmək haqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat, 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentə dair hissədə iddia qismən təmin edilərək, Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və iddiaçının tələbi alimentin cavabdehin əmək haqqından hissə şəklində tutulması ilə bağlı olmadığından tərəflərin nikahından doğulmuş uşağın saxlanması üçün hər ay ödənilməli olan aliment sabit pul məbləği üzrə müəyyən edilməli, lakin həmin məbləğ minimum əmək haqqı məbləğinin mislinə uyğun indeksasiya edilməlidir.
42. Alimentin məbləği ilə bağlı olaraq məhkəmə qeyd edir ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur.
43. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddiaçının alimenti sabit pul məbləğində istəməsi və ölkə üzrə yaşayış minimumu və minimum əmək haqqı məbləği nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş X8 və X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh tərəfindən ərizə verildiyi vaxtdan, yəni 29 may 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə hər ay minimum əmək haqqı məbləğinin 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalı və Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
44. Məhkəmə əlavə olaraq tərəflərin diqqətinə çatdırır ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Plenum Qərarının göstərişlərinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə xərcləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
47. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat ödəniş etmiş və buna görə, ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad edilmiş, iddianın irəli sürülərkən 40 manat dövlət rüsumu ödəmişdir.
48. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının mediasiya xərcini çəkməklə əlaqədar azad edildiyi dövlət rüsumunun ödənilməmiş 60 manat hissəsi “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 manat məsrəf MPMin 119.1-ci maddəsinə əsasən, İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə
49. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 4207 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 Cavabdeh himayəsində və yanında saxlanılmalı, 29 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddiaçının azad edildiyi dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.
50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 4207 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 Cavabdeh yanında saxlanılsınlar. 29 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-143/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti aliment hazırkı qətnamənin icrası zamanı nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olan 140 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf İddiaçı tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X2, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. İddiaçının azad edildiyi dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemində, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova