Məhkəmə qərarları › İş №e-2(002)-2148/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2148/2024

31.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2148/2024 31.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, İddiaçı cavabdeh X1 qarşı alimentin azaldılaraq sabit pul məbləğində tutulması və birgə yaşayış dövründə götürdüyü və indiyədək ödədiyi kredit borclarının yarısının cavabdehdən alınıb ona ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayonu Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin sabit pul məbləğində tutulmasıyəni xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin ondan tutularaq cavabdehə ödənilməsi barədə və birgə yaşayış dövründə götürdüyü və indiyədək ödədiyi kredit borclarının yarisinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələblərindən biri alimentin azaldılaraq sabit məbləğdə tutulması, digər tələbi isə birgə nikah dövründə əldə edilmiş və onun tərəfindən ödənilmiş kredit borclarının yarısının cavabdehdən onun xeyrinə tutulması tələbinə aiddir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində eyni cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Məhkəmə hesab edir ki, həmin bir-biri ilə əlaqədar olmayan bir neçə tələblərin birlikdə baxılması prosedur baxımından yolverilməzdir və həmin tələblərə ayrı icraatlarda baxılması məqsədəuyğundur. Həmçninin, Mediasiya haqqında qanunvericiliyin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər ilkin mediasiya sessiyasında iştirak etməli, mediasiya prosesinin nəticəsinə dair müvafiq arayışı (mediasiya sessiyasında iştirak edilməməsinə dair və ya ilkin medasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış) və ya müvafiq protokolu (yekunda barışıq sazişi bağlanmaması və ya mediator tərəfindən mediasiya prosesinin həyata keçirilməsindən imtina edilməsi ilə bağlı medasiya prosesinə xitam verilməsinə dair protokol) əldə etdikdən sonra məhkəməyə müraciət etməli, habelə həmin arayış və ya protokol iddia ərizəsinə əlavə edilməlidir. Hazırki halda isə iş materiallarından görünür ki, hazırki mülki iş üzrə tərəflərin ilkin medasiya sessiyasında iştirak etməsinin nəticəsinə dair müvafiq arayış və ya müvafiq protokol iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda iddia ərizəsində göründüyü kimi, iddiaçı bir-biri ilə əlaqədar olmayan iki iddia tələbləri ilə müraciət etməsinə baxmayaraq, yalnız 100 manat məbləğində dövlət rüsumu ödəmilməsinə dair qəbz əlavə etmişdir. Hazırki iddia tələblərindən digəri olan birgə yaşayış dövründə götürdüyü və indiyədək ödədiyi kredit borclarının yarısının cavabdehdən alınıb ona ödənilməsinə dair iddia tələbi ilə iddiaçı konkret məbləğ qeyd etməsə də məzmunundan göründüyü kimi cavabdehdən pul tələb edir, qiymətləndirilən tələb olduğundan məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissədə də müvafiq məbləği müəyyən edilməklə dövlət rüsumu ödənilməlidir.Ona görə də məhkəmə qeyd edilən hallar əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1- ci maddəsinə iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrinə görə dövlət rüsumu- 30 manat məbləğində, 8.1.2- ci maddəsinə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 8.1.3-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizələrinə görə-120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, 8.1.4-ci maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda-390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində, 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.5-ci maddələrində göstərilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.Bu halda ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmçinin də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona görə geri qaytarılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə iddia ərizəsi ilə bağlı tələblərə riayət olunmadığından, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və eyni zamanda mediasiya prosesində iştirakına dair arayış təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152.1.5, 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı alimentin azaldılaraq sabit pul məbləğində tutulması və birgə yaşayış dövründə götürdüyü və indiyədək ödədiyi kredit borclarının yarısının cavabdehdən alınıb ona ödənilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 100(yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar