Məhkəmə qərarları › İş №e-2(002)-2168/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(002)-2168/2020

09.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(002)-2168/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi,13 ünvanında yaşayan kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu oğluna qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Tələbkar MMC ilə Borclu oğlu arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli, 01-AGT000026560 nömrəli əşyanın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu oğlu kreditordan 1 ədəd dəyəri 924 manat olan Samsung A-330 Black markalı mobil telefon almışdır. Borclu göstərilən məbləğdan qismən ödəniş etdikdən sonra kreditora 770 manat borcu qalmışdır. Ona görə də borcludan xx xxxx 2018-ci tarixli müqavilə üzrə 770 manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 220 manat məbləğində pul vəsaitinin alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, kreditor Tələbkar MMC ilə Borclu oğlu arasında bağlanılmış 19 iyul 2018-ci il tarixli, 01-AGT000026560 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Samsung A-330 Black markalı mobil telefonu kreditor Tələbkar MMC-dən almışdır. Borclunun ümumilikdə 770 manat borcu vardır. Kreditor Tələbkar MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin təkləb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1961-cü ildə Şamaxı şəhəri, Ərəbşalbaş kəndində doğulmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatında olan Borclu 19 iyul 2018-ci il tarixli müqavilə üzrə 770 (yeddi yüz yetmiş) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 790 (yeddi yüz doxsan) məbləğində pul vəsaiti alınaraq kreditor Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar