Məhkəmə qərarları › İş №e-2(002)-226/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-226/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-226/2025 07.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «uşağın himayədə olmasının müəyyən edilməsi, alimentdən azad edilmə və aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşaq tələbi və alimentin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Kazımova(Əkbərova)Sona Seyfəddin qızı ilə xx.xx.2011-ci il tarixli nikahından xx.xx.2011-cü il tarixdə doğulmuş oğlu X7 yaşayış yerinin müəyyən edilərək, onun himayəsində yaşamasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Kazımova(Əkbərova)Sona Seyfəddin qızı ilə nikahını xx.xx.2011-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində 248 saylı akt qeydi ilə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X14 və xx.xx.2013-cü il tarixdə isə X8 adlı iki uşağı doğulmuşdur. Onun iddia tələbi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-2413/2022 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş, onunla Cavabdeh ilə aralarında bağlanılmış 12 may 2011-ci il tarixli 248 saylı akt qeydi pozulmuş,xx.xx.2011-ci ildə anadan olmuş X7 və xx.xx.2013-cü ildə anadan olmuş X1 Cavabdeh himayəsində və yanında qalması ,hər iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx.xx.2022-ci il tarixdən başlayaraq, ondan Cavabdeh xeyrinə hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması və sair qət edilmişdir. Cavabdehlə nikahı məhkəmə qaydasında pozulduğu vaxtdan indiyənədək də həmişə azyaşlı uşaqları ilə ünsiyyətdə olmuş,üzərinə düşən aliment öhdəliyini də layiqincə yerinə yetirmişdir. Lakin 2024-cü ilin iyun ayından xx.xx.2011-ci il tarixdə doğulmuş oğlu X3 şəhərində onunla birlikdə yaşayır və Şirvan şəhəri 20 nömrəli tam orta məktəbin 8-ci sinfinə gedir. Onu da bildirir ki, oğlu Kazımlı Əli nikahı pozulana qədər də Şirvan şəhərində onunla bir ailədə yaşamış və hazırda da öz istəyi ilə onun yanında yaşayır və məktəbə də gedir, yaxşı şəraiti olan mənzillə təmin olunmuş, bundan başqa uşaq üçün lazım olan digər təminatlarla təmin olunmuş, onun təhsili ilə onun tərəfindən maraqlanılmışdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 7.5-ci maddəsində qeyd edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən AR Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdı” yaxud “qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması və dəqiqləşdirməsi barədə ərizə verərək İddiaçı cavabdeh Kazımova(Əkbərova)Sona Seyfəddin qızı ilə xx.xx.2011-ci il tarixli nikahlarından xx.xx.2011-cü il tarixdə doğulmuş X7 2024-cü ilin iyun ayından cavabdehin himayəsində olmasının müəyyən edilməsi və 01 iyun 2024-cü il tarixdən xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı cavabdeh Kazımova(Əkbərova)Sona Seyfəddin qızına hər ay bir uşaq üçün iddiaçı tərəfindən 150 manat sabit pul məbləğində ödənilən aliment öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı Şirvanda, cavabdeh Bakıda yaşayır. Cavabdehlə əlaqələri yoxdur. Hazırda aliment iddiaçının əmək haqqında tutulur. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, Fövqəladə Hallar Nazirliyində işləyir, iş rejimi 2 gündən bir işdə olur. Hazırda əmək haqqından 300 manat tutulur. Lakin xx.xx.2011-cü il təvəllüdlü X14 2024-cü ilin uyun ayından başalayaraq onun himayəsindədir, hazırda Şirvan şəhərində məktəbə gedir.O işdə olanda uşağın qayğıları ilə valideynləri məşğul olur.Hazırda ödənilmiş alimenti geri istəmir. Lakin xx.xx.2011-cü il təvəllüdlü X7 onun himayəsinə verilməsini və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-2413/2022 saylı qətnaməsinə əsasən xx.xx.2011-cü il təvəllüdlü X10 münasibətdə ödədiyi 150 manat aliment öhdəliyinin ləğv olunmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinetlə ərizə göndərərək, mülki iş üzrə məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qaradağ rayon İcra Hakimiyyətini “Qəyyumluq və Himəyadarlıq Məsələləri üzrə komissiyanın” nümayəndəsi X2 iştirakı ilə dindirilən xx.xx.2011-cü il təvəllüdlü X14 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, 14 yaşı var var, 2024-cü ilin iyun ayından atası ilə qalır. Əvvəl anası ilə qalırdı, anasının yanında şəraitin olmaması, təhsildən uzaq qalmağ onu hər şeydən geri salır. Evin, məktəbin şəraiti yox idi. Hazırda bacısı anası ilə qalır. Anası Güzdək qəsəbəsində yaşayır. Anası ilə ünsiyyəti var, yəni danışırlar. Atası ilə qalmaq istəyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarında olan sənədləri, qəyyum himayəçilik orqanının rəyini araşdıraraq, yetkinlik yaşına çatmayan uşağın fikrini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1809/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilsin. 06 iyul 2011-ci il təvəllüdlü X7 və 02 dekabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh xeyrinə hər ay iki uşağa görə - iddiaçının qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 30,5 manat, iki uşağa görə cəmi 61 manat sabit pul məbləğində aliment tutulması, qətnamə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2413/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddia qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 12 may 2011-ci il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsində 248 saylı akt qeydi ilə bağlanmış nikah pozulması,xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X8 Cavabdeh himayəsində və yanında saxlanılması,xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutulması,alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməsi, İddiaçı 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ № 230670 saylı və AZ-İİ № 704088 saylı şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 06 iyul 2011-ci il təvəllüdlü X7 və 02 dekabr 2013-cü il təvəllüdlü X8 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasındakı nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2413/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə pozulmuş və nikaha xx.xx.2022-ci i ltarixdə 239 saylı akt ilə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbin 8-ci sinfində oxuyur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasınin xx.xx.2025-ci il tarixli 5-8/2-213/2025 saylı rəyindən görünür ki, ddiaçı İddiaçı Cavabdeh qarşı "uşaq tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3642/2024 nömrəli qərardadı ile xx.xx.2011-ci il təvəllüdlü X9 valideynlərin hansının yanında qalmasının müəyyən edilməsi ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyatı yanında Qayyumluq və Himayəçilik Komissiyası tərəfindən rəy verilməsi qərara alınmışdır.Komissiya tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə ailə quraraq, nikahlarını 12.05 2011-ci il tarixində qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X14 adlı bir uşağı anadan olmuşdur. Lakin sonradan aralarında olan münasibətlər pozulmuş, onlar ayrılmışlar.Yetkinlik yaşına çatmayan uşaq hazırda atası İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Mənzil kommunal xidmətlərlə əhatə olunub, yaşayış üçün yararlıdır (akt əlavə olunur).Komissiya üzvlərinin, psixoloqun iştirakı ilə 10 yaşına çatmış xx.xx.2011-ci il təvəllüdlü X14 ilə söhbət aparıldı.İlkin olaraq uşağın psixoloji durumu normal qiymətləndirildi. Uşağa heç bir kənar təsir olmadan ana və ya ata ilə yaşarmaq istəyi soruşuldu və öz fikirlərini sərbəst şəkildə yazılı surətdə ifadə etmək şəraiti yaradıldı.Yetkinlik yaşına çatmayan 10 yaşına çatmış xx.xx.2011-ci il təvəllüdlü X14 hazırda atası İddiaçı ilə birlikdə yaşadığını, valideynlər ayrıldığı təqdirdə atası İddiaçı ilə qalmaq, onunla birlikdə yaşamaq istədiyini bildirdi (uşağın yazılı ifadəsi əlavə olunur).Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qayyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər."Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır."Uşaq hüquqları haqqında" Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir.Komissiya yuxarıda göstərilənlərə əsasən, 10 yaşına çatmış xx.xx.2011-ci il təvəllüdlü X7 fikrini və arzusunu, uşağın hazırki psixoloji durumunu nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşağın mənafeyini müdafiə edərək, 06.07 2011-0 təvəllüdlü X7 ata İddiaçı yanında qalmasını məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddənin tələbinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə isə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması ) nəzərə alınmaqla həll edilir. BMT-nin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq haqqında Bəyannəməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır.O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait olduğu hallardan başqa anasından ayrılmamalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq olmaz. «BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının» 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın validyeinlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideyinlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideyinlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideyinlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideyinlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edər digər hallar. Həmin Qərarın 7.6-cı bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Məhkəmə uşağın atasının himayəsinə verilməsinin məqsədəuyğun olması barədə qəyyumluq və himayəçilik orqanının müvafiq rəyini, uşağın dinlənilmiş fikrini, uşaqlar bir ildən çoxdur faktiki olaraq atası ilə birlikdə yaşamasını nəzərə alaraq atasının himayəsinə verilməsinin uşağın üstün maraqları konsepsiyası baxımından da məqsədəuyğun hesab edir. Həmçinin, məhkəmə iclasında izahatlardan, uşağın ifadəsindən, iş üzrə qəyyumluq rəyindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X14 2024-cü ilin iyun ayından atası-İddiaçı yanında davamlı olaraq qalır. Bu səbəbdən xx.xx.2011-ci il təvəllüdlü X7 2024-cü ilin iyun ayından iddiaçının himayəsində olması müəyyən edilməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2413/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı üçün 2024-cü ilin iyun ayından xx.xx.2011-ci il təvəllüdlü X10 münasibətdə aliment öhdəliyindən azad olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X7 İddiaçı himayəsində (yanında) olması müəyyən edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2413/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi hissəsində İddiaçı 2024-cü ilin iyun ayından etibarən aliment öhdəliyindən azad edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar